Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


J5fe&- Mübariz  Yusifov



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə150/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   146   147   148   149   150   151   152   153   ...   174
145J5fe&-


Mübariz  Yusifov

Şeirdən ucalıq umma dünyada 

Çünki Nizamiylə qurtardı o da 

Hərçənd sənətin çox rütbəsi var 

Həyata faydalı bir elm axtar 

Elmlər elmidir demiş peyğəmbər 

Din elmi,  təbabət elmi müxtəsər. 

Məndən söyləməkdir səndən eşitmək 

Bir insan əliboş gəzməsin gərək.

L-M,  2004,51-52.

Nizami  zəhməti,  əməyi,  çalışmağı  hər insan üçün  şərəf 

hesab  edir.  Odur  ki,  nəsihətamiz  hekayələr  məcmuəsi  hesab 

olunan 

«Sirlər 


xəzinəsi»ndə 

zəhmətin, 

əməyin, 

təşəbbüskarlığın  özü  «sirlər  xəzinəsinin  açan»  kimi  təsvir 

edilir.  «Kərpickəsən  qocanın  hekayəti»  buna  parlaq  bir 

nümunədir.  Burada  söhbət  ondan  getmir  ki,  adamlar  çörək 

qazanmaq üçün kərpickəsən olsa yaxşıdır.  Söhbətin məzmunu 

budur  ki,  hər  kəs  öz  zəhməti  ilə  yaşasa  yaxşıdır.  Bu 

ələbaxımlıqdan  uzaq  olmaq  deməkdir,  minnət  götürməkdən 

xali  olmaq  deməkdir.  Gözü-könlü  tox  olmaq  deməkdir.  Bu, 

kərpickəsənin dilindən deyilən Nizami didaktikasıdır:

Şam şəhəri tərəfdə qoca bir kişi vardı 

Uzaqlaşıb bəşərdən mələk kimi yaşardı. 

Toxuyardı özünə otdan, əncərdən köynək 

Dolanardı  minnətsiz, hər gün kərpic kəsərək.

Bir gün yenə o qoca tərini silə-silə 

Əlləşərkən palçıqda saman ilə, su ilə 

Çıxdı  qəfil gözəl bir dəliqanlı 

Xitab etdi qocaya dilli, ahlı,  amanlı:

«Bu nə işdir görürsən? Bu nə düşkünlük, qoca? 

Yalnız qullar,  kölələr dözər zillətə bunca 

Qoca dedi:  «Ay oğul, dəliqanlılıq etmə!

Öz işinlə  şuğullan, mənə ağıl öyrətmə!

Əziyyətli olsa da öyrəndim bu sənəti 

Ki, boynumda qalmasın bir kimsənin minnəti


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin