Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə146/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   142   143   144   145   146   147   148   149   ...   174
Mübariz  Yusifov

Nizaminin  Azərbaycan  cəmiyyətində  görmək  istədiyi  əxlaqi- 

etik normalardır.

Nizami «İskəndəmamə»də İskəndərin qıpçaq çölündəki 

insanların  adət-ənələlərinin  və  geyimlərinin  əxlaqi-etik 

normalara  uyğunlaşdırmasım  təqdir  edir.  Qadınların  açıq- 

saçıqlığmın  islam  etiketlərinə  uyğun  gəlməməsi  Nizamini 

narahat  edir.  Onların  adət-ənənələrində  dəyişiklik  edilməsini 

İskəndərin  vasitəsi  ilə  yerinə  yetirir.  Əlbəttə  ki,  Nizami  öz 

dövrünün  islami  əxlaq  normalarını  təqdir  edirdi.  Hərçənd 

Şəkər  haqqında  söhbət  gedəndə  onun  açıq-saçıq  olmasına 

baxmayaraq  ismətli  bir  qadm  kimi  yaşadığını  da  nəzərdən 

qaçırmır.  Ancaq  hər  halda,  öz  cəmiyyətində  qadının  açıq- 

saçıqlığım təqdir etmir və bunun fəsadlar yarada biləcəyindən 

ehtiyatlanırdı.  Həm  də  «Quran»dakı  Nur  (24)  ayəsinin  31 -ci 

ayəsinə  etimadı  da  nəzərə  alırdı:  «Mömin  qadınlara  de  ki, 

gözlərini  haram  buyrulmuş  şeylərdən  çevirsələr,  ayıb 

yerlərini  qorusunlar,  öz-özlüyündə  görünən  (əl,  uz)  istisna 

olmaqla,  zinətlərini  (baş,  boyun,  boğaz,  qol,  ayaq  və  s. 

naməhrəmə) göstərməsinlər».

İskəndərin  qıpçaq  çölündə  qadm  heykəlini  örtülü 

düzəltdirməsi,  eyni  zamanda,  Şirinin  başı  örtülü  təsvir 

edilməsi  Nizaminin  qadm  ismətinin  qorunması  barəsindəki 

idealına uyğun verilmişdir:

Bu zindana bənzər dünyada ancaq 

Qardaşı  qızıdır gözündə çıraq 

Sanki bir pəridir, pəri yox, bir Ay 

Qəhrəman bir qızdır, başda kələğay 

X-Ş,  2004, 64.

Nizami, 


həmçinin, 

əxlaqi-etik 

baxımdan 

islam 


qaydalarına  olduqca  ehtiramla  yanaşır.  İslam  etiketlərinin 

qorunmasını  və  onlara  riayət  olunmasını  təqdir  edir.  «Xosrov 

və  Şirin»də  Şirinin  dili  ilə  Xosrova  öyüd  verilir  ki,  İslama 

rəğbətlə  yanaşmağı  özünə  borc  bilsin,  hərçənd,  Xosrov 

dövründə  İslam  hələ  cəmiyyətdə  yox  idi.  İran  isə  atəşpərəst


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin