Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə154/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   150   151   152   153   154   155   156   157   ...   174
Mübariz  Yusifov

hekayələri  Azərbaycan  folklorunda  geniş  yayılan  və  xalq 

tərəfindən  sevilən  variantlardan  da  məlum  olmuşdur.1 

Nizaminin  «Sirlər  xəzinəsi»ndə  qələmə  aldığı  «Ovçu,  it  və 

tülkünün  dastanı»,  «Meyvə  satanla  tülkünün  nağılı»,  «Bülbül 

ilə  qızılquşun  nağılı»  və  s.  mövzular «Kəlilə  və  Dimnə»dəki 

hekayələrlə  uyğun  gəlirsə,  bunda  təəccüblü  heç  bir  şey 

yoxdur.  Çünki,  əw əla,  «Kəlilə  və  Dimnə»  hekayələrindən 

ümumtürk  ruhu,  Azərbaycanlı  nəfəsi  gəlir,  ikincisi,  həmin 

hekayələrin 

bənzəri 

Azərbaycan 

folklorunda 

mövcud 


olmuşdur.  Nizami  də  həmin  hekayələrə  öz  bər-bəzəyini 

vurmuş,  onu  Azərbaycan  mühitində  ibrətamiz  səviyyədə  öz 

cəmiyyətinə təqdim etmişdir.

Nizaminin  «Xosrov  və  Şirin»  əsərinin  mövzusu 

Firdovsinin  «Şahnamə»sində  təsvir  edilsə  də  Azərbaycan 

folklorunda  «Xosrov  və  Şirin»  adında  nağıl  və  dastanın, 

«Fərhad  və  Şirin»  nağılının,  habelə,  «Şahzadə  Süleyman» 

nağılının  mövcudluğu  tədqiqatçılar  tərəfindən  təqdir  edilir.1

 2 

Azərbaycan ərazisində Fərhadla bağlı «Fərhad arxı», «Fərhad 



qalası»,  «Fərhad  evi»  kimi  yer  adlarının  mövcudluğu  da  onu 

göstərir  ki,  «Xosrov  və  Şirin»də  mühüm  epizodlardan  biri 

olan  Fərhad  haqqındakı  hekayə  təsadüfi  deyildir.3  Nizami  bu 

mövzunu  bilavasitə  xalqdan  almış,  bədiiləşirmiş,  cilalayıb 

sığallamış  və  yenidən  xalqın  təfəkkürünə  ərməğan  etmişdir. 

Tədqiqatlarda  da  Fərhadın  Azərbaycan  mühiti  ilə  bağlı  bir 

şəxsiyyət olduğu göstərilir.4

Nizaminin 

qələmə 

aldığı 


«Leyli 

və 


Məcnun» 

poemasının mövzusu ərəb  şifahi  xalq ədəbiyyatı ilə  bağlı olsa 

da Azərbaycan folklorunda da bu adda nağıllar yaranmışdır.

1

  R. Azadə.  Nizami  Gəncəvi,  (həyatı  və  sənəti).  Bakı,  «Elm»,  1979,  s.  164-165;  Tağı 



Xalisbəyli.  Nizami  Gəncəvi  və  Azərbaycan  qaynaqları.  Bakı,  «Azərbaycan  Dövlət 

Nəşriyyatı»,  1991, s.  24-25.

2

 Nizami Gəncəvi. Yeddi gözəl. Filoloji tərcümə. Bakı  «Elm»  1983  s  10



3

 Tağı Xalisbəyli. Həmin əsər, s.  47.

4

 Bax:  Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası  Bakı  «Yazıçı»  1982, s  151;



Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan qaynaqlan..  Bakı, «Azərbaycan 

Dövlət Nəşriyyatı»,  1991, s. 46-47.

150


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin