Nizamidə azərbaycançılıq
Nizamidə
atalar
sözlərinin
və
zərbi-məsəllərin
işlədilməsinə
dair
Azadə
Rüstəmzadənin,
Sabir
Həsənzadənin, Cavad Heyətin, Tağı Xalisbəylinin1 apardığı
tədqiqatları xüsusi qiymətləndirmək lazımdır. Nizamidə atalar
sözləri və zərbi-məsəllər üzrə tədqiqat aparan Nizamişünas
tədqiqatçılar içərisində Gəncədə çalışan Cahan Ağamirovun
da adını çəkmək lazımdır. Bu nəcib işə qoşulan hər bir
Azərbaycanlı
övladı zaman qarşısında öz vətəndaşlıq
borclarını yerinə yetirmiş olurlar.
Nizami istifadə etdiyi atalar sözlərini, zərb-məsəlləri və
hikmətli sözləri mətnə uyğun olaraq ya Azərbaycan dilindəki
varianta uyğun şəkildə işlədir, ya da özü müvafiq dəyişiklik
edir. Təsvir edilən hadisələrin bədiiliyini və məzmununu
həmin ifadələr vasitəsi ilə lakonikləşdirir, emosionallaşdınr
və onun təsiredicilik imkanlarını qüvvətləndirir. Məsələn,
Azərbaycan dilində «Özgəyə quyu qazan özü düşər», «Gen
qaz, dərin qaz, özün düşərsən» kimi atalar sözləri vardır.
Nizami fars dilində bu atalar sözünü elə işlədir ki, sanki onu
fars dilində yox, Azərbaycan dilində yazır. Yəni Azərbaycan
dilindəki atalar sözü fars dilindəki varianta sözbəsöz çevrilir:
Məgər nəşnidi əz fərraş-e in rah
Kc hər ku çəh konəd oftəd dər in çah.1
2
Məgər bu yolun xidmətçisindən eşitmədin ki,
Kim quyu qazsa, özü o quyuyu düşər?
Azərbaycan
dilində
işlədilən «Vaxtsız
banlayan
xoruzun başı kəsilər» atalar sözü Nizamidə mətnə uyğun
olaraq iki variantda işlədilir:
1
Bax: A.Rüstəmzadə. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, «Elm», 1979, s. 156-
198; Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan qaynaqlan. Bakı, «Azərbaycan
Dövlət Nəşriyyatı», 1991, s. 269-284; Sabir Həsənzadə. Nizaminin «Xəmsə»də
işlətdiyi Azərbaycan zərbi məsəlləri. Gəncə, «İlkin» nəşr., 2005, s. 5-136; Cavad
Heyət. «Xəmsə»də türkcə sözlər. «Ədəbiyyat qəzeti», 9 avqust, 1991-ci il.
2
«Xosrov və Şirin», Elmi tənqidi mətn, Bakı, Azərb. SSR EA nəşr., 1960 s.770.
|