Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə156/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   152   153   154   155   156   157   158   159   ...   174
Mübariz  Yusifov

4.  Atalar sözləri və zərbi-məsəllər

Nizaminin  əsərlərində  Azərbaycan  xalqına  məxsus,  bu 

xalqın  milli  təfəkkürünün  şirəsi  ilə  yoğrulmuş  çoxlu  atalar 

sözləri  və  zərbi-məsəllər  işlədilmişdir.  Həmin  atalar  sözləri 

və  zərbi  məsəllərin  işlədilməsi  bir tərəfdən  ona  görə  zərurət 

olmuşdur  ki, 

Nizami 

öz 


əsərlərinin 

daxilini,  batini 

anlayışlarını 

Azərbaycana 

məxsus 

bütün 


əlamətlərlə, 

Azərbaycançılığa  məxsus  bütün  atributlarla  və  etiketlərlə 

bəzəyəcək  bütün  təsvir  edilən  hadisələrə  Azərbaycanlı  ruhu 

vermək  istəmişdir.  Atalar  sözləri  və  zərbi-məsəllər  xalq 

ruhunun  ən  bariz  göstəricilərindən  və  atributlarından  olduğu 

üçün  Nizami,  əlbəttə  ki,  onlardan  yan  keçə  bilməzdi.  Nizami 

öz  milli  təəssübkeşliyini  bütün  başqa  etiketlərlə  olduğu  kimi, 

atalar  sözləri  və  zərbi-məsəllərlə  də  canlandırmışdır.  İkinci 

bir  tərəfdən,  görünür,  Nizaminin  təsvirlərində  bu  təsvirləri 

canlandırmaq  üçün  vacib  olan  atalar  sözlərini  və  zərbi 

məsəlləri  fars  dilində  tapmamışdır.  Daha  dəqiq  desək,  yəqin 

ki,  fars  dilində  lazım  olan  məzmunu,  emosiyanı  çatdırmaq 

üçün  uyğun  atalar  sözlərinə,  zərbi-məsəllərə  və  üstəlik, 

hikmətli  sözlərə  təsadüf  olunmamışdır.  Yoxsa  Nizami  kimi 

dahi  bir  qələm  ustası  necə  ola  bilərdi  ki,  fars  dilinə  məxsus 

hikmətli  sözlərdən istifadə  etməyə  idi.  Bütövlükdə Nizaminin 

öz  əsərlərində  Azərbaycan  milli  düşüncəsini  canlandıran 

atalar  sözləri  və  zərbi-məsəllərdən  istifadə  etməsindən 

məqsədi  Azərbaycançılıq  ruhunun  canlandınlmasından  ibarət 

olmuşdur.  Nizaminin  əsərlərində  işlədilən  atalar  sözləri, 

zərbi-məsəllər  və  hikmətli  sözlərin  tədqiqi  çox  vacib 

məsələlərdən  biridir.  Ancaq  demək  lazımdır  ki,  Nizami  bizə 

çox  böyük  bir  mənəviyyat  xəzinəsi  qoyub  getmişdirsə,  onun 

hər misrası,  hər beyti  səslənib  «Mən  Azərbaycanlıyam» deyə 

haray  salırsa  onların  tədqiqini,  araşdırmasını  genişləndirmək 

və 


dərinləşdirmək 

Azərbaycanlı 

tədqiqatçıların 

milli 


düşüncəsinə təsir edən vətəndaşlıq borcu olmalıdır.


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin