Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə91/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   87   88   89   90   91   92   93   94   ...   174
Mübariz  Yusifov

Ancaq  Nizami  padşahı  nə  qədər  tərifləsə  də  onun 

səxavətinə  də  etibar  etmir.  Qorxur  ki,  Mahmud  Qəznəvi 

Firdovsiyə  verdiyi  vədə  xilaf  olduğu  kimi,  Sultan  Məlik 

Nüsrətəddin də sözündən qaça:

Yeddi Füruzəli bu  qəsrdə sən 

Haqqa, ədalətə vüsət vermisən 

Bir qədər mey verir sənə Nizami 

Gərək nuş edəsən Keykavus kimi 

Bu Tusi qədəhlə Mahmuda bildir 

«Şahnamə»nin qədri, qiyməti  nədir?

İki xəzinənin varisi  hökmən 

Səxavətdə sənsən,  söz deməkdə mən 

Borc əgər vaxtında ödənilməzsə 

Qaydadır, varisdən çatar varisə 

Sən mey iç, gətirmə heç bir bəhanə 

Ağzım möhürlüdür, üz vurma mənə.

İ, II, 2004,  35.

Nizaminin  Gəncə  ilə  bağlı  olması  «Sirlər  xəzinəsi» 

poemasında  da  məqamı  düşdükcə  canlındanlır.  Aydınca 

görünür  ki,  Nizami  özünü  Gəncəsiz  təsəvvür  edə  bilmir, 

Gəncəni  isə Nizamisiz.  Doğrudan  da illər,  əsrlər ötüb keçmiş, 

artıq,  doqquzuncu  yüz  ildir  ki,  Nizami  adı  çəkiləndə  Gəncə, 

Gəncə adı çəkiləndə Nizami xatırlanır:

Bizim söz bazarının alış-verişi durğun 

Qızğın hay-harayı var,  qızılı yoxdur onun 

Gəncə mənim yaxamdan möhkəm yapışmış hələ 

İraq xəzinələri yoxsa keçərdi ələ.

Bir səs gəldi  cahandan:  «Eü qul, yetər əyləncə 

Axı kimdir Nizami,  axı,  hardadı Gəncə?»

Tanrıma min şükür ki,  yazım vaxtında bitdi 

Ömrüm  sona yetməmiş bu kitab sona yetdi.

Başdan ayağa qədər bəzəmək üçün onu 

İncilərə qərq etdi Nizami ağ donunu

90


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin