Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə89/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   85   86   87   88   89   90   91   92   ...   174
Mübariz  Yusifov

Yazanda bəxt sənə köməkçi olsun 

Cavanlıq həvəsi könlünə dolsun

Bu İraq sikkəsi əlində vardır 

Ayaqlanndakı o nə  çidardır?

Gəncə şəhərindən atmı çıxar!

Sən şir pəncəlisən səndədir vüqar.

Atmı  çölə çək, genişdir meydan 

Sən cavan, bəxtinin budağı cavan 

Zəmanədə yoxdur şirin söz deyən 

Olsa da onlardan sən qüdrətlisən 

X-Ş,  2004,  53.

Nizami  onun  yazdıqlarını  öz  adma  çıxanlar  haqqında 

danışarkən  belə  deyir ki,  bu  zəhməti  oğurlayanlar onu haraya 

aparsalar  da  fərqi  yoxdur.  O  yazıların  mayası  Gəncədə 

yoğrulub.  Gəncə  ilə  bağlıdır.  Gəncədə  isə  onun yaradıcısının 

Nizami olduğu heç kəsdən gizlin deyildir:

Ancaq söz qulduru şəfəq sökərkən 

Qələmi yontaraq mişkin söyüddən 

Fikrimi qapırlar,  könlüm əmindir 

Buxaraya getsə o Gəncənindir 

Gizlində mətaha çıxmaz müştəri 

Oğurluq bir malın olmaz dəyəri.

İ,  I,  2004,31-32.

Nizaminin  Gəncəyə 

bağlılığı 

onun  poemalannın 

müxtəlif hissələrində  hadisələrin  təsviri  ilə  əlaqədar canlan­

dırılır.  «İqbalnamə»də  Məlik  Nüsrətəddin  şahın  tərifinə həsr 

olunmuş  hissədə  özünün  Gəncə  ilə  bağlı  olmasını,  Gəncədə 

oturub  yazdıqlarının  bədii  vüsətinin  (həmçinin  daxili  vətən­

pərvərlik ideyalarının) dünyaya çatdırılmasını qələmə alır:




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin