Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə86/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   82   83   84   85   86   87   88   89   ...   174
Nizamidə  azərbaycançılıq

olmalıdır  ki,  hər  bir  vətəndaş  milli  mənafeyi  öz  şəxsi 

mənafeyindən,  öz şəxsi yaşayışından,  öz şəxsi həyatından-hər 

şeydər  üstün  tutsun.  Milli  vətənpərvərlik,  milli  qürur  hissi 

bizim  dövlətçiliyimizin  yaşaması  üçün  ən  böyük  amillərdən 

biridir.  Şübhəsiz  ki,  dövlət  dövlətçiliyi  möhkəmləndirir. 

Amma  dövlət  cəmiyyətə  arxalanır.  Cəmiyyət  insanlardan 

ibarətdir.  İnsanların  isə  hər  biri  gərək  əsl  vətəndaş  olsun, 

vətənpərvər  vətəndaş  olsun,  milli  qürur  hissi  ilə  yaşayan 

vətəndaş  olsun.  Onda bu  vətəndaş  dövlətçiliyi  inkişaf etdirən 

vətəndaş olacaqdır».1

Vətənpərvərlik  ilk  növbədə  cəmiyyət  üzvlərinin  öz 

dilinə,  ictimai  mənliyinə,  milli  adət  və  ənənələrinə,  xalqın 

ictimai  təfəkkürünün  məhsulu  kimi  yaranmış  milli-mənəvi 

sərvətlərinə,  əxlaqi-etik  normalarına,  yerinə,  yurduna,  elinə, 

obasına,  bütün  vətən  torpağına  məhəbbətlə,  ehtiramla, 

qayğıkeşliklə yanaşması kimi başa düşülməlidir.

Nizami  dövründə  milli  vətənpərvərliyi  formalaşdıran 

hansı  amillər mövcud  idi?  Azərbaycan  ərazisində  sərhədlərin 

haradan  başlanıb  harada  bitməsi  məlum  deyildi.  Özünün 

müstəqil  dövləti  yox  idi.  Dövlətçiliyin,  milliliyin əsas  atributu 

olan  dilin  inkişafı  üçün  heç  bir  münbit  şərait  yox  idi.  Elit 

təbəqə  fars  dilində  danışıb  fars  dilində  yazırdı.  Elm  ərəb 

dilinə  möhtac  idi.  İstehsal  ən  aşağı  səviyyədə  idi.  Əsas 

iqtisadi  təminat  ticarətlə  məhdudlaşırdı.  Xırda  sənətkarların 

əməyi  və  fəaliyyəti  ölkə  iqtisadiyyatını  dirçəltmək  qüvəsində 

deyildi.  Elm  deyəndə,  ilk  növbədə  fəlsəfə,  şəriət  və  şəriətlə 

bağlı  hüquq  sahələri  əhatə  olunurdu.  Fundamental  elmlərə 

dair  müqəddəs  «Quranda»  çox  möhtəşəm  ayələr  və  ciddi 

göstəricilər  olsa  da  dünyəvi  kəşflər  mövcud  deyildi.  Fikir 

azadlığı  yox,  şəxsiyyət  azadlığı  yox!  Belə  bir  mühitdə  ancaq 

aşağı  təbəqə  öz  dilində  danışırdı.  İctimai  təfəkkürdən  gələn 

etnik-milli  keyfiyyətlər  ancaq  aşağı  təbəqə  insanlarında 

saxlanılırdı.  Aşağı  təbəqənin  hesabına  ana  dilində  danışıq 

saxlanılırdı.  Lakin  dil  dövlətçilik  ilə  tənzim  edilmədiyindən,

«Xalq qəzeti», 28 noyabr,  1998.


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin