Mübariz Yusifov
Nizami azad, firavan və daha dəqiq desək, ideal bir
cəmiyyət axtanşına öz qəhrəmanı İskəndərlə birlikdə səfər
edir və onu qeyri-müəyyən bir Şimal ölkəsinə gətirib çıxanr.
Burada, artıq, avtoritar rejim yoxdur, ölkə bir nəfərin İradəsi
nə tabe deyil, burada hər şey insanlara xidmət edir. Bu cəmiy
yətdə xəstələnən də azdır, ölən də. Burada insanın ehtiyacı
üçün hər şey vardır. İnsanlar heç nəyin çətinliyini çəkmir. Öl
kənin sabitliyi isə insanlann düzgün olduğu səbəbindən ilahi
bir qüvvə ilə qorunur. O yerin sakinləri ölkələrinin ictimai qu
ruluşu barədə belə məlumat verirlər:
Bizdə bərabərdir hamının van
Bərabər bölərik bütün mallan
Bizə artıq deyil heç kəsdən heç kəs
Bizdə ağlayana heç kimsə gülməz
Oğrudan qorxmanq biz nə şəhərdə
Keşikçi qoyanq nə də çöllərdə.
Oğurluq eləməz bizdə bir nəfər
Oğurlaya bilməz bizdən özgələr
Nə zəncir, nə qıfıl görər qapılar
Gözətçisiz otlar bizim mal-davar.
Bizim bir qoyuna dəysə canavar
Ordaca gəbərib yerində qalar.
Kim dərsə bir sünbül bizim əkindən
Qəfil bir ox dəyər düz ürəyindən.
Bizdə cavanlardan ölüm uzaqdır
Ölüm çox yaşamış qocaya haqdır.
Ölüyə biz əsla saxlamarıq yas,
Bilirik bu dərdə bir çarə olmaz.
İskəndər bu qayda-qanunu görcək
Duruxub dayandı divanələr tək.
Öz özünə dedi: «Arifsən, əgər
Qoy sənə bir ibrət olsun bu sirlər
Dünyanı gəzmərəm mən daha bəsdir
Hər ovlaqda bir tor qurmaq əbəsdir».
İ, II, 2004, 180-181-182.
82
Dostları ilə paylaş: |