Mübariz Yusifov
Bolluq oldu, hər şey məhsul gətirdi
Bir buğda dənəsi yüz dən yetirdi.
Şahın niyyətləri xoş olsa əgər
Otdan gül yerinə gövhərlər bitər
Pisniyyət bir ağac quru budaqdır
Bolluq xoş niyyətdən yaranacaqdır.
X-Ş, 2004, 159-160.
Doğrudur, Nizami Məhinbanunu və Şirini ədalətli
hökmdar kimi təsvir edir. Onların ədalətli, xoşbəxt bir
cəmiyyət quruculuğunun təməlini yaratmalarına nikbinliklə
baxır. Ancaq, əlbəttə ki, bu Nizamini tam qane edir, deyə
hökm vermək yanlışlıq olardı. Çünki Nizami bundan sonrakı
mərhələdə qələmə aldığı «İskəndəmamə»də yeni, başqa bir
qadın hökmdar obrazı yaradır. Bu xoşbəxt cəmiyyət
quruculuğunun qadın nümayəndəsi Nüşabədir. Nüşabə və
onun yaratdığı xoşbəxt cəmiyyət Nizami tərəfindən belə
təqdim edilir:
Belə nəql edir söz xəzinədarı
Köhnə xəzinənin adlı saları
Hakim qadın varmış, adı Nüşabə
Uymuş il uzunu keyfə, şərabə
Erkəksiz yaşayan bu dişi ceyran
Gözəldi, göyçəkdi erkək tovuzdan
İskəndər saraya gəlincə ordu
Çadırlar başını əflakə vurdu
Gördü bir şənliklə yoğrulmuş cənnət
Etdi əkinlərə, çaylara heyrət
Sordu: «Bu şən ölkə kimindir, kimin?
Kim burda padşahlıq edir, söyləyin
Dedilər: «Gördüyün bu var, bu yatır
Bu gözəl topaqlar bir qadınındır.
Günahsız qadındır, ancaq tacı var
80
Dostları ilə paylaş: |