Nizamidə azərbaycançılıq
Nizaminin belə bir ideal cəmiyyətə gətirib çıxardığı
İskəndər dərk edir ki, bundan sonra onun dünyada görəcəyi
bir iş qalmır. Çünki o elə düşünürdü ki, qılıncla ədalət
yaratmaq mümkündür. Lakin qarşılaşdığı mənzərə göstərdi ki,
hər şeyi qılıncla etmək mümkün deyildir. Bu gün bir qılıncla
yaradılan «Səadət» sabah başqa bir qılıncla da məhv edilə
bilər. Ancaq, ağılla, kamalla, qarşılıqlı etimadla, Allaha sidqlə
qurulan həyat daimi ola bilər. İskəndər birdən-birə qarşılaşdı
ğı mənzərədən mütəəssir olur və hesab edir ki, onun
axtarışları burada bitir. Bu İskəndərin düşüncəsi idi. Nizami
isə bir Azərbaycanlı kimi Azərbaycan məkanında belə dövlət
quruluşunu görmək istəyirdi. Ona görə, Nizaminin azad,
müstəqil, sərbəst cəmiyyət axtanşı da burada başa çatır.
Nizami öz dövrü üçün böyük hadisə olan bir ideya irəli sürür
dü. İnanırdı ki, Azərbaycanda belə bir cəmiyyət yaratmaq
mümkündür. Azərbaycanın indiki azadlığı, müstəqilliyi və
suverenliyi Nizami ideallarının həyata keçməsinin bariz
nümunəsi sayılmalıdır.
|