Mübariz Yusifov
İrana mən özüm gəlmədim Rumdan
Bu mülkə göndərmiş böyük yaradan
Haqqı və batili ayırd etdim mən
Alır bağlı qıfıl açan məndən
Nə dünya üstünə alov tək axdım
Nə də ki, səbəbsiz bir xırman yaxdım
Kimsənin qəlbini haqsız qırmaram
Qırsam da varımdır əldə mumiyam.
İ, I, 188.
İskəndərin əqidəsi bu olmuşdur ki, müharibələrə
qoşulmuş olsa belə, nəticəsi ədalətlilik, insanların rifahı
olsun. Yəni Allahın haqq və ədaləti insan cəmiyyətində
bərqərar olsun. İskəndərin qılıncı ilə zalımlar məhvə düçar
olsun, məzlumlar səadətə çatsın. İskəndər özü də bu barədə
belə deyir:
Adəmtək Qüdsdə eylədim məskən
K əbə həlqəsinə əl yetirdim mən
Mən hansı bir yerə etdimsə səfər
Ədalətlə bilik qazandı ellər.
İ, II, 2004,190.
Nizami ədalətli cəmiyyətin nə zamansa yaranacağına
inanırdı.
Ancaq bu ədalətli
cəmiyyətdə quruculuğun,
idarəçiliyin necə olacağı barədə təkcə Nizami dövründə deyil,
Nizamidən əvvəlki dövrlərdə də konkret bir fikir və ideya,
təsəvvür və təəssürat mövcud deyildi. Odur ki, ədalətli
cəmiyyət haqqındakı ideyalar öz vaxtında təsəvvürlərdə
formalaşmış əqli və mənəvi bir inqilab sayıla bilərdi. Onun
ictimai inqilaba çevrilməsi üçün zamanlar tələb olunurdu. Ni
zami öz əsərlərində belə bir cəmiyyətin təməlində azadlığın,
sərbəstliyin, haqq və ədalətin bərqərar olunmasını vacib
hesab edirdi. Ancaq həmin cəmiyyətdə hökmdar olmalıdırmı?
Olsa necə olacaq, olmasa necə olacaq, azadlığın özü necə əldə
olunacaq? Bunlar müəmmalı idi. Əlbəttə ki, Nizami üçün
qaranlıq deyildi ki, azadlıq cəmiyyətdəki buxovlann qırılması
Dostları ilə paylaş: