MÜƏLLİF: seyyid kamal təRCÜMƏ edəN: VÜsal hüseynzadə



Yüklə 271,9 Kb.
səhifə9/24
tarix31.01.2017
ölçüsü271,9 Kb.
#6756
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

YUXU


Cəbrayıl enərək İbrahimə göstəriş verdi ki, bir qədər su götürüb, Ərəfat və Mina dağlarına tərəf getsin. O zamandan Zilhəccə ayının 8-ci günü «Tərviyə günü» adlanmağa başladı. İbrahim (ə) gecəni orada keçirdi. Ulduzlu səmaya baxırdı; Allahın yaratdığı və çıraq kimi parlayan ulduzlara. Hər şeyi yaradan, təsvir edən və ən gözəl adlara sahib olan Allaha səcdə edirdi; dirildən, öldürən və hər şeyə qadir olan Allaha. İbrahim (ə) gözlərini bağlayıb, yatdı. Yuxudan oyandı. Göy eləcə ulduzla dolu idi. Gördü ki, övladı İsmayıl yatmışdır. Yenidən yatdı. Yenə də həmin yuxunun təkrarını gördü. Gördü ki, öz övladını qurban edib, aləmlərin Rəbbinin qarşısında başını kəsir. İbrahim (ə) yuxudan oyandı. Dan yeri sökülmüşdü. Dəstəmaz alıb, namaz qıldı. İsmayıl da oyandı, dəstəmaz aldı və namaz qıldı.

Günəş çıxdı və təpələri nura boyadı. İbrahim (ə) qəmgin idi. Allah-təala yenə də onu imtahana çəkirdi. Bu dəfə onu övladının başını kəsməklə imtahan edirdi. İbrahim (ə) nə etsin? Əgər Allah İbrahimə özünü oda atmağı əmr etsəydi, bunu edərdi. Amma, bu dəfə necə, oğlunu qurbanlıq edəcəkmi? Nə etməlidir? Macəranı oğluna desinmi? Yoxsa onu bu işə məcbur etsin? Əgər oğluna xəbər versə oğlu qurban olmağa razı olarmı? Görəsən İsmayıl qurbanlığın əzab-əziyyətinə dözə bilərmi?

İsmayıl atasını qəmli görüb, dedi:

-Atacan niyə nigaransan?

İbrahim (ə) dedi:

-Bir məsələ məni nigaran etmişdir. Oğlum! Mən yuxuda gördüm ki, səni qurbanlıq edirəm. Fikrin nədir?

İsmayıl anladı ki, Allah-təala öz elçisi İbrahimə övladını qurban kəsmək əmrini vermişdir.

İsmayıl atasını çox sevirdi. Bilirdi ki, atası Allahın əmri olmadan heç bir işi yerinə yetirməz. Çünki, O, Allahın Xəlili idi. Allah onu cavanlıq vaxtında Babildə və hətta qocalandan sonra da imtahan etmişdi. İsmayıl anladı ki, Allah-təala öz dostu İbrahimi (ə) imtahan edir. Ona görə də ona dedi:

-Ata, tapşırıq aldığın işi yerinə yetir. İnşaallah məni də səbir edənlərdən görərsən.

İbrahim (ə) bu sözə sevindi. Oğlu İsmayıl saleh və itaətkar idi. Allaha və rəsuluna imanı var idi.


Qurbanlıq


İbrahim (ə) bıçaq və ip götürüb, yaxınlıqdakı dərələrin birinə getdi. İsmayıl atasını müşayiət edirdi. O, sakit idi. Özünü qurbanlıq anı üçün hazırlayırdı və Allahdan istəyirdi ki, Onun yolunda əzab və ağrıya dözmək üçün ona səbir versin. Hacər İbrahim (ə) və İsmayılın o dərəyə tərəf getdiklərini gördükdə, onların odun yığmaq üçün ora getdiklərini güman etdi.

İbrahim (ə) və İsmayıl dərəyə çatdılar. İsmayıl atasına baxdı. Onun gözləri yaşarmışdı. O da atası üçün ağlamağa başladı və işin tez icra olunmasını istədi. Ona görə də atasına dedi:

-Atacan, ipləri möhkəm bağla, paltarlarının ətəyini yığışdır ki, qana bulaşmasın. Anam onu görə bilər. Ata, bıçağı itilə və başımı kəsərkən tələs! Çünki, baş kəsməyin əzab və ağrısı çox çətindir.

İbrahim (ə) ağladı və dedi:

-Oğlum! Allahın fərmanını yerinə yetirməkdə mənim ən yaxşı köməkçim sənsən.

İbrahim (ə) ipləri götürüb, İsmayılın çiyinlərini möhkəm bağladı. İsmayıl Allahın fərmanına tamamilə təslim idi. Onun gözlərini bağladı. İbrahim (ə) oğlunun alnını tutub, onu yerə tərəf əydi. Cavan İsmayıl sakitcə yerə diz çökdü. O, həyatla vidalaşırdı. O, ata və anası ilə vidalaşırdı. İbrahim (ə) bıçağı İsmayılın boynuna qoydu. Yalnız bir an və bununla da hər şey bitəcəkdi. O həyəcanlı anlarda görəsən nə baş verdi? Görəsən İsmayıl zibh olundumu?

Yox! İbrahim (ə) göydən bir səs eşitdi. Səs ona fərman verirdi ki, İsmayılın əvəzinə bir qoyunu kəssin. İbrahim (ə) səsə tərəf baxdı. Gördü ki, dağın başından kök bir qoç enir; gözəl və buynuzlu bir qoç. İbrahim (ə) ipləri övladı İsmayıldan açıb, qoçu tutdu. Allahın adı ilə başını kəsdi və qurbanlıq olaraq Allahın dərgahına təqdim etdi.

O gündən qurban kəsmək həcc əməllərindən sayılır. Müsəlmanlar müxtəlif yerlərdən Allah evinin ziyarətinə gəlirlər. İbrahim (ə) və İsmayılın Allaha ibadət üçün tikdikləri evə gəlib, onun ətrafına toplanır və əzəmətlə onun adını yad edirlər. Əvvəllər Hacər Səfa və Mərvə dağları arasında qaçdığı kimi, onlar da qaçırlar. Öncə İbrahimin (ə) qurbanlıq etdiyi kimi onlar da qurbanlıq edirlər. Onlar İbrahimin (ə) dinində olduqları üçün bu işləri yerinə yetirirlər. İbrahimin (ə) dini müqəddəs İslam dinidir.

 

 

 



 

 

 

«Mən İkİ qurbanlığın oğluyam»


Bilirsinizmi bu cümlənin müəllifi kimdir? Bu söz Həzrət Məhəmməd (s) peyğəmbərin sözüdür. Niyə? Çünki, o həzrət İsmayıl peyğəmbərin nəslindən idi.

İsmayıl o diyarda yaşayaraq evləndi və oğul-uşaq sahibi oldu. Onun nəvələrindən biri peyğəmbərimizin babası Əbdül-Müttəlibdir. Zəmzəm quyusunu qazan odur. Həbəşstan ordusu Kə’bə evini dağıtmaq üçün onun zamanında Məkkəyə hücum etdi. Əbdül-Müttəlib Allah-təaladan istədi ki, Kə’bə evini düşmənlərin şərindən qorusun. Allah İbrahimin (ə) və İsmayılın nəvəsinin duasını qəbul etdi və Əbabil adlı quşlar göndərdi. Onlar həbəşstanlı Əbrəhənin ordusunu bombaran edərək, dağıtdılar. Əbdül-Müttəlib Allahdan istədi ki, ona on oğul əta etsin. O nəzir etdi ki, əgər on oğulu ona versə, onların birini Allah üçün qurban edəcəkdir. Allah-təala Əbdül-Müttəlibə on oğul əta etdi. O dedi:

-İndi ki, Allah öz lütfü ilə mənə on oğul verdi, mən də öz nəzrimə əməl edəcəyəm.

Buna görə də on oğul arasında püşk atdı. Püşk Həzrət Məhəmməd peyğəmbərin (s) atası Abdullahın adına çıxdı. Əbdül-Müttəlib nəzrinə vəfa etmək üçün onu qurban kəsmək istədi. Məkkə camaatı Abdullahı çox istəyirdilər. Ona görə də Əbdül-Müttəlibə təklif etdilər ki, övladını qurbanlıq etmə! Onunla dəvə arasında püşk at və o dəvələri Allah yolunda qurbanlıq et. Allah bu işdən razı olar.

Beləliklə, Əbdül-Müttəlib Abdullah ilə on dəvə arasında püşk atdı. Amma, püşk yenə də Abdullahın adına çıxdı. Bu işi dəfələrlə təkrar etdi və nəhayət dəvələrin sayı yüzə çatdı. Bu zaman püşk dəvələrə düşdü. Həqiqətən Allah onun əvəzində dəvələrin kəsilməsinə razı olmuşdu.

Əbdül-Müttəlib əmr etdi ki, yüz dəvəni qurbanlıq etsinlər. Onların ətini kasıb və yoxsullar arasında bölsünlər. Abdullah az qalırdı ki, qurban kəsilsin, Amma, Allah-təala onun yüz qurbanlıq dəvə ilə dəyişməsinə razı oldu. İsmayılda olduğu kimi. Allah-təala onun əvəzinə də böyük bir qurbanlıqla razı olmuşdu. Ona görə də Həzrət Məhəmməd peyğəmbər (s) buyurmuşdur:«Mən iki qurbanlığın oğluyam». Çünki, o, Əbdül-Müttəlibin oğlu Abdullahın oğludur. Abdullah da İsmayıl Zəbihullahın nəvələrindəndir. Bu gün insanlar hər il həcc mərasim yerinə yetirmək üçün Məkkəyə gedən zaman hamılıqla saleh cavan olan, Allah və Allahın peyğəmbərinə itaət edən İsmayılın sərgüzəştini yada salırlır.


Bİsmİllahİr-rəhmanİr-rəhİm


Onun ardıcıllarından biri İbrahim (ə) idi. Yadına sal o zamanı ki, pak qəlblə Allahının dərgahına gəldi. O zaman atasına və öz qəbiləsinə dedi:

-Bunlar nədir ki, ibadət edirsiniz. Siz Allahın yerinə bu yalançı mə’budlara tərəfmi gedirsiniz? Siz Aləmlərin Rəbbi haqqında nə düşünürsünüz?

Sonra ulduzlara baxdı və dedi:

-Mən xəstəyəm.

Onlar ondan üz döndərib, arxa çevirdilər. O, bütxanaya girdi. Məxfi şəkildə onların mə’budlarına baxdı və məsxərə ilə dedi:

-Niyə bu yeməklərdən yemirsiniz? Niyə danışmırsınız?

Sonra onlara tərəf gedib, sağ əli ilə möhkəm bir zərbə endirdi.

Onlar (camaat) sür’ətlə onun yanına gəldilər. Dedi:

-Siz öz əllərinizlə yonduğunuz şeylərə ibadətmi edirsiniz? Bir halda ki, Allah həm sizi və həm də düzəltdiyiniz bütləri yaratmışdır. Bütpərəstlər dedilər:

-Onun üçün hündür bir yer düzəldin. Onu oddan bir cəhənnəmə atın!

Onlar İbrahimi (ə) məhv etmək üçün plan çəkmişdilər. Amma, biz onları uduzdurub, məğlub etdik. Dedi:

-Mən Allahıma tərəf gedirəm. O, məni hidayət edəcəkdir.

İlahi! Mənə saleh övlad ver.

Biz ona səbirli və dözümlü bir cavanın olacağını müjdə verdik. Onunla sə’y və iş məqamına çatdıqda dedi:

-Oğlum! Mən yuxuda gördüm ki, sənin boynunu vururam. Fikrin nədir?

Dedi:


-Atacan! Nəyə əmr olunmusansa yerinə yetir. İnşaallah mənim səbir edənlərdən olduğumu biləcəksən.

Hər ikisi təslim olduqları zaman İbrahim (ə) onun alnını torpağa qoydu. Ona nida etdik:

-Ey İbrahim! Sən yuxunu həyata keçirtdin və öz tapşırığına əməl etdin.

Biz yaxşı iş görənləri beləcə mükafatlandırırıq.[6]



Yüklə 271,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin