“Hekayət. Bir gün Mötəsim şərab məclisində oturmuşdu,
qazi Yəhya bin Əksəm də orada idi. Mötəsim məclisdən durub o
biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra dişarı çıxıb şərab
məclisinə gəldi, sonra hamama gedib, üç dəfə qüsl etdi, dişarı
çıxıb canamaz istədi, iki rükət namaz qıldı, sonra yenə də şərab
məclisinə gəldi. Qazi Yəhyaya dedi: “Bu namazı nə üçün qıldığımı
bilirsənmi?” Dedi: “Yox!” Dedi: “İzzət və cəlal sahibi allahın əta
etdiyi çoxlu nemətdən biri üçün idi.” Yəhya dedi: “Əgər böyük
rəy sahibi lazım bilərsə, desin, biz də şad olaq. ” Dedi: “Mən bu
saat üç qızın bəkarətini aldım. Bunların hər üçü mənim
düşmənlərimin‐ biri Rum padşahının, ikincisi Babəkin, üçüncüsü
Maziyar gəbrin qızı idi.”
SABİTLİK
Məni dimgədə Firuz qarşıladı. Kənd camaatının topladığı
vəsaitlə və hansısa dini vəqfin yardımı ilə tikilən məscidin
yanından keçirib evlərinə apardı. Darvazadan girəndə özümü əsl
kənd evində hiss etdim. Firuzun çox gözəl həyət‐bacası vardı.
Ötən əsrin altmışıncı illərində tikilmiş kirəmit damlı xudmani ev
ola, pəyəsi, hini, it damı ilə bahəm göz oxşamaya? Qoz, palıd,
115
şabalıd, alma, armud ağacları, fındıq kolları, göy çəmənlik, çiçək
bağçası ürəyimi əməlli‐başlı açdı. Tut ağacının dibində gilanar
mürəbbəsi ilə samovar çayı içə‐içə Ayazın gəlişini gözlədik.
Tələbəlik illərində otaq yoldaşı olmuşduq. Bakı Dövlət
Universitetinin yataqxanasında, balaca otaqda qalırdıq. Birtəhər
dolanır, səbirsizliklə yaxşı yerdə işləyəcəyimiz, pullanacağımız
günləri gözləyirdik. Otağımız gah siyasi diskussiya klubuna, gah
ədəbi dərnəyə çevrilərdi. Ən müxtəlif siyasi və ədəbi düşüncələri
daşıyan gənclər mübahisə etməyə yaxşı məkan tapdıqlarından
tez‐tez bizə yığışardılar. Adətən, yeməkdən əvvəlki müzakirələr
siyasətə həsr olunar, süfrə yığışılanda ovqat ədəbiyyata
köklənərdi. Bu dünyada heç bir məclis, heç bir ziyafət, heç bir
törən tələbə yataqxanasında açılan süfrə qədər xoş ola bilməz.
Hərə əlində bir pay gətirər, atışıb araq alar, xudmani məclislər
düzəldərdik. Eh, adam yaşlaşdıqca özünü daha çox bədbəxt hiss
edir bu ölkədə... həyat o qədər maraqsızlaşıb ki, yataqxanada
acından gözüm qaralan günlər nədi, haupvaxtda yatdığım
sutkalar şirin gəlir. Hə, haupvaxtdaydım Ayaz evlənən gün.
“Azadlıq” blokunun namizədinə səs verən yeganə hərbi
qulluqçunu narıncı istirahətə göndərmişdilər, toyuna gedə
bilməmişdim Ayazın. Əlimə beş‐on manat düşmüşkən görməyə
gəlmişdim təzə bəyi. Oğlu bu gün‐sabah məktəbə gedəcək Ayaz
mənim nəzərimdə hələ təzə bəy idi.
Onlara pay apardığım litrlik “Monarxiya” arağını qapıdan
kəsilmiş iki çolpanın qızartmasıyla axşamın sərinində necə
boşaltmışdıqsa mahnı oxuyurduq: “Qaçdım sənin dalınca mən,
dalınca mən, gördüm yoxsan...” Bizim dalınca qaçdığımız
kəpənək yox idi, ölmüşdü, murdar olmuşdu, qanad çalsaydı,
sabitlik pozulardı, insanlar hərəkətə gələr, xaos bizi bir yana
çıxardardı...
Çaxıra keçmişdik. Müxalifətin mübahisəsi gedirdi.
Yataqxanadan çıxandan yaltaqxanada qalmağımızın günahlarını
müxalifətin dalına şəlləyirdik, əsirlərin əsarətdə saxlayanlara
116
patoloji sevgisini‐ “Stokholm sindromu”nu çözürdük, Qərbin
boşalan neft quyularına doldurduğu demokratiyanın silos iyi
verəcəyindən qorxurduq. Hakim partiya uğursuzluqlardan təngə
gəlmiş Firuzu cərgəsinə qatmışdı. Dilini farağat qoymaq şərtiylə
məktəbdə müəllim işləyirdi. Monarxiyaya diş qıcayan Ayaz
müxalifətin də ətəyində namaz qılmırdı. Söhbəti dəyişdim:
‐ “Q” nəyin işarəsidir fizikada???– yataqxanadakı
sağlığımızı xatırlatdım‐ yaşasın elektrik yükü!
Səhər
yuxudan
oyananda
təəcübləndim.
Yayın
cırhacırında üstümə atılmış qalın yorğanı görəndə gözlərim
bərəldi. Zaman hissini itirməsəm də, sərxoşluqdan məkanı
unutmuşdum.
‐ Bura Nic bazarıdır!‐ əyin‐başları nimdaş, əlləri‐ovucları
boş, sısqa kəndliləri Firuz topdan təqdim elədi.
Üzlərdən mağmunluq, fağırlıq, əlacsızlıq, ümidsizlik,
peşmanlıq yağırdı. Həftəbazarında dolaşan zənbillərin üzü
qaralmışdı külfətlərin yanında. Sabah‐ bu günün adsızlığı idi
əlində zənbil Nic bazarını gəzən insanların gözündə. Sovet
istehsalı olan köhnə maşınlar, traktorlar gözümə görükməsə,
zamanı qeyb edər, neçənci əsrdə yaşadığımı unudar, özümü orta
əsrlərdə sanar, ətrafımdakı çəlimsiz və çarəsiz yoxsulları təhkimli
kəndlilər bilərdim. Mallarını başabaş dəyişirdilər. Yadıma çaqqal
Fiona düşdü. Bank rekvizitlərinin əlimizə keçəcəyindən qorxub
kompüterinə yaxın qoymamışdı bizi.
‐ Ay camaat, başınıza hava gəlib? Niyə hərəniz bir tərəfə
gedirsiniz? Sözü bir yerə qoyun, hamınız eyni səmtə gedin!
Qışqıra‐qışqıra camaata ağıl verən seyid idi, başdanxarab
hər bazar Yevlaxdan gəlib Nic bazarında nəzir yığırdı.
“Heç
deyərsən
onun
oğlu
Dövlət
Təhlükəsizliyi
Nazirliyində işləyir”‐ Firuz yerə tüpürdü.
Barmağımı dişlədim:
117
‐ Yox, onun oğlu atasına baxmayan qurumsaq deyil, uşaq
olma, ata oğlunu öz işlədiyi yerə düzəldib, seyid çekistlərin
qarmağındadır!
Firuzun inanmağı gəlmədi.
‐ Bazar xaotik məkandır, qağa, üsyanları və dəyişiklikləri
bazarlar yaradır. Hamını eynə səmtə səsləyən bu agent bazarın
ruhuna qarşı çıxır, xaos enerjisinin təhkimli kəndlilərin canında
oyanmasını əngəlləyir. Hamının eyni qibləyə baxması, eyni palaza
bürünməsi, eyni yolu sürünməsidir orta əsrlər!
Bazardan çıxanda Firuz bərk‐bərk tapşırdı:
‐ Nic qarışıq kənddir, dilini faragat qoy, kəndə gələnləri
KQB izləyir!
‐
Narahat olma‐ dedim,‐ uzağı iki saata hüzurundayam!
Movsesin evini tapanacan mənimki mənə dəydi. O ara
sənin, bu darvaza mənim, soraqlaya‐soraqlaya “Ağ dəlləkli”
məhəlləsindəki nallı doqqazı tapdım. Qapıya arvadı çıxdı və evin
fındıq kollarına qulluq edən kişisini çağırmağa getdi.
‐ “Arvad da bilmiyitdi, səni evə dəvət eləməyitdi, gərək
bağışlıyasan”‐ udi üzrxahlıq elədi. Şabalıd ağacının altında yer
göstərdi.
‐ Biri min olsun, yaxşı hinduşkalarınız var!
‐ Payızda gələrsən, birini kəsərəm, fırlama bişirərik...
‐ Udilərə məxsus yeməkdirmi?
‐ Hə, fırlama da bizim mətbəxin şahıdır, hinduşkanın
təndirdə qızardılmasıdır!‐ Movsesin ağzı sulandı.
Arvadı süfrəyə çay və qoz halvası gətirdi. Udilərin
tarixindən, alban kilsəsinin bərpa olunmasından, erməniyə ərə
gedən udi qadınların qohum‐əqraba üzünə həsrət qalmalarından
danışdıq. Qoz halvasını təriflədim. Movses qoz halvasının xüsusi
reseptlə və ancaq bu kənddə hazırlanmasıyla fəxr etdi:
‐ Neçə min il yaşı var Nicin, təkcə qoz halvasının sirrini
saxlamır.
Gəlişimin məqsədini açıqlamağın əsl vaxtıydı:
118
‐ Sənin də boxçanda nələrsə olar...
‐ Yox, bizim nə boxçamız var, nə taxçamız...
Udi üzümə dirəndi. Sağ biləyimi yanaqlarıma çəkərək
tanışlıq verdim:
‐ Axan qan damarda durmaz!
‐ Üstümü unlu görüb, məni dəyirmançı bilmə!‐ Movses
sağ əli ilə çiyninlərini döyəclədi.
‐ Dur, taxçayla tanış elə məni!‐ daha vaxt itirmədim, Firuz
gözləyirdi. Movses könülsüz razı oldu.
‐ Arvad çayları ora gətirsinmi?‐ mənimlə tək qalmaq
istəmirdi. Əlimi çiyninə vurdum. O, bayaq sağ əliylə çiyinlərini
döyəcləməklə açıq danışmağa saqınca olmadığını bildirmiş,
şahidləri qovmuşdu. Əl hərəkətimlə arvad tumanının dalında
gizlənməyin qurallarımıza zidd olduğunu yadına saldım. Məni
mərhum atasının emalatxanasına apardı. Atası kilid düzəldən
sənətkar olmuşdu.
Emalatxananın taxçasına əsrlərlə yaşı olan kilidlər
düzülmüşdü. Birini götürtmək istədim, Movses qoymadı:
‐ Dəymə! Barmağını atar! Yanındakından da ehtiyyatlı ol,
ayrı açar salanda, içindən zəhərli iynə çıxır, əlləşdirənin
barmağına batır.
‐
Bura Azin adında adam gəlmişdimi?
‐
Gəlmişdi...
‐
Nə axtarırdı?
‐ Mənim mərhum atam uzun illər öncə Bərdənin Küm
kəndində bir sünnət eləyib. Atam dəllək deyildi, kilid düzəldərdi.
Onu ora ləzgi adıyla aparmışdılar. Məqsəd uşağın kəsilməsi yox,
kəsilməməsi olmuşdu. Sünnət mərasimi görüntü xatirinə təşkil
edilibmiş. Sən demə, o uşaq Azin imiş. Gəldi, atamı soruşdu,
rəhmətə getdiyini öyrənib qayıtdı.
‐ Başqa?
‐ Boxçadakı da elə budur, taxçadakı da...
‐ Ağlınca, sən məni yola verirsən?‐ona təpindim.
119
‐ Yox...
‐ Kəs səsini!‐ onun hinduşkaya oxşayan boğazından
yapışdım. Bir tərəfi qələm olan qəməni hulqumuna dayadım:
‐ Səni hinduşka əvəzinə fırlama bişirərəm, oğraş! Hanı
açar?
‐ Hansı açar?
‐ Azin sənə kilid gətirmişdi?
Armudbaş təsdiqlədi.
‐ Bəs niyə açmadın?
‐ Ona düşən açar yoxdur bizdə!
‐ Oyaram gözlərini, murdar, çilingağac oynayırsan
mənimlə?‐ əlini taxçadakı zəhərli qıfıla sarı apardım.
‐ Yoxdur, öldür məni, bizdə yoxdur!
‐ Satıbmı dədən?
‐ Satmayıb, heç nə satmayıb!
‐ Heç ürəyini sıxma, yepiskopdan aldığı pul burnunun iki
deşiyindən gəldi Bərdədə, xəbərin olsun, Azinin yerinə atanı
sünnət eləmişdilər...
Movses fınxırdı. Dizimlə qurşağından aşağıya iki zərbə
vurdum.
‐ Təşkilatın kriptoqramını erməni yepiskopuna satmağının
cəzasını almadımı elə bilirsən?
Hulqumunu
buraxdım.
Bir
ayağı
qırıq
stulu
emalatxananın divarına söykəyib oturdum. Movses qabağını
tutub zarıyırdı. Azinin gətirdiyi kilid taxçadaydı. Atası açarı
qəsdən itirmişdi, Movsesdə günah yox idi. Kilid açılmasa, xalqın
dili‐ağzı bağlı qalacaqdı.
***
Nicdən qayıdanda Ayazı kəndin arasında gördüm. Saçını
düzəltdirmək istəyirdi. Biz şüşəsinə “kişi salonu” yazılmış
dəlləkxanaya girəndə kresloya bir qoca müştəri yayxanmışdı.
Ayaz mənə göz vurdu. Üzünü qırxdıran Qurban kişi idi. Təraş
bitdi, Qurban kişi dəlləyin vurduğu odekolonun yandırıcı təsirini
120
ağır‐ağır ayağa qalxmasıyla ötüşdürdü, gərnəşdi, mənə çəpəki
nəzər salıb yanımdan ötdü.
Qurban kişi məni tanımasa da, mən Qurban kişini yaxşı
tanıyırdım, yataqxanada çox qonağımız olmuşdu. Hər il züryətini
qəbul imtahanına gətirərdi və oğlu Turab hər il kəsilərək onu
dost‐düşmən yanında xəcil edərdi, xəcalətli düşmənim olsun, bizə
gələndə gedib ayrı otaqda qalar, yer salıb yerdən yatar,
çarpayılarımızı onlara verərdik. Bu hörmətin qabağında
pıçhapıçla aramızı vurmağa çalışardı. Xoşlanmazdıq Qurban
kişidən. Qəlbimizi testlə qəbul imtahanlarının əleyhinə çıxması
qırmışdı. Qurban kişi testin savadsızlaşmaya səbəb olduğunu
iddia edirdi, halbuki, ona yer edən bisavad oğlunun ali məktəbə
qəbul olunmamasıydı, yoxsa, çoxdan cibinə tələbə bileti
qoymuşdu Turabın. Test zırrama oğlunun yerinə iki yumurtanı
dörd yerə bölənləri oturtmuşdu parta arxasında.
Dəlləkxanadan çıxanda Ayaz Qurban kişinin qəsrini
göstərdi. Qəbələdə palıd ağacının kökünü kəsirmiş. Belini
yuxarılara bağlayıb əli belində gəzir, qos‐qocaman palıdların
qırılmasına, dəzgahdan keçirilməsinə, satılmasına nəzarət edirdi.
Turaba icra hakimiyyətində iş düzəltmiş, bacısı oğlunu kəndin
icra nümayəndəsi təyin elətdirmiş, qardaşı oğlunu bələdiyyə sədri
qoydurmuşdu. Məntəqə seçki komissiyasının əksəriyyəti onun
tayfasındanıydı, komissiyanın müxalifətçi katibi Ayaza düşmən
gözüylə baxırdılar. Səsvermə gecəsi ağzını əzmək, həftəyə bəyin
gözünün altının qarasını təriflətmək istəmişdilər xanəndəyə...
Tüklərim biz‐biz durdu. Biz‐biz duran tüklərimə baxanda Qurban
nakişinin üzünü qırxan bərbər yadıma düşdü. Bərbər
anadangəlmə lal və kar idi. Lal və kar olmasaydı, eşitsəydi, dili‐
ağzı qurumasaydı, bərəkət haqqı, üzünü qırxmazdı, sifətinə
tüpürərdi Qurbanın.
Mağazanın qabağına gəldik. Pivələmək istəyirdik. Qurban
kişi yuxarı başda oturmuşdu. Təraşdan çıxıb çay içirdi. Əlindəki
qəzeti görüb Ayaza öyüd verdi:
121
‐ Müəllimsən, otur müəllimliyini elə, başını aşağı sal, çörək
pulunu qazan, axı nə işinə qalıb dövlət neynədi, hökumət
neynədi, sənin başını yemiş o bəylərin vaxtında gecələr evdən çölə
çıxmaq olmurdu, indi əlin qulağının dibində, pivə içirsən
dimgədə.
“Müəllimsən, otur müəllimliyini elə, başını aşağı sal, çörək
pulunu qazan, axı nə işinə qalıb dövlət neynədi, hökumət
neynədi”‐ təhkimçilik, bax, budur. Məhz budur! Sən çörək pulu
qazandığın sahəyə təhkimsən, gözünü açıb ətrafa boylanan an,
başını qaldıran dəqiqə, etiraz səsini ucaldan saat feodallar və
onların rəiyyətləri canına darışacaqlar, sənə ağıl verəcəklər, yol
göstərəcəklər. Guya düz fikirləşən, düz danışan, düz hərəkət edən
onlardır, yanlış yol seçən sən. Hövsələmi basammadım, Ayazın
əlindən “Çağırış” qəzetini alıb Məti Naxışın köşəsini hündür səslə
oxumağa başladım, oxuya‐oxuya cümlələri elə dəyişdirirdim ki,
guya şəxsən Qurban dayıya xitabən yazıb:
‐ Qurban dayı, keçmiş əyyamlardan danışanda “gecələr
yata bilmirdik” deyirsən. Ölkədə hərc‐mərclik baş alıb getdiyinə,
hərənin əlində bir silah olduğuna, prezident ölkəyə nəzarət edə
bilmədiyinə görə sabaha salamat çıxacağına inanmırmışsan. Düz
sözə nə deyəsən, hakimiyyət dəyişdi, gözünə döndüyüm yeni
dövlət başçısı yuxusu ərşə çəkilmişlərin başının altına böyük bir
yastıq qoydu. Hamı yatdı. Təkcə özünün gözünə yuxu getmədi.
İqtidar havadarlarının sözüdür, gecəni gündüzə qatıb işlədi,
ölkədə sabitlik qurdu. Parklar salındı, tonqallar qalandı,
konsertlər verildi, güllər dərildi, ağaclar əkildi, şadlıq evləri
tikildi, ulduzlar yerə töküldü. Millət yata bildikcə yatdı, bayramı
bayrama qatdı, fişənglər partladı, düşmən bağrı çatladı.
Gecələr rahat yatmağa rayon yerlərində daha gözəl şərait
yaradıldı. Qaşla işıqlar eyni vaxtda qaraldı. Millət səksəkəyə
düşdü: Biri Şuşanı, kimisi Laçını, bəzisi Füzulini, başqası Ağdamı
röyasında görüb yuxudan dik atıldı, başının altına qoyulmuş
yastığı qucaqlayıb hönkür‐hönkür ağladı. Təqvimdəki bayramları
122
sayan çox kişilərin gözünə səhərəcən bir çimir yuxu getmədi.
Evinə, ailəsinin içinə əliboş gəlməsi, ondan çörək, ayaqqabı, şalvar
istəyən balalarının gözü yada düşdükcə yataqda qovruldular.
Əlacsızlıqdan tərk etdilər ölkəni. Bu dəfə onların arvad‐uşağının
gözünə yuxu getmədi. Ərsiz evin gəlinləri adını, ismətini
qorumaq üçün hər gələn səsə oyandılar, uşaqlar hər taqqıltını
atalarının ayaq səsləri zənn edib yuxularını qaçırdılar.
Rejimə qarşı çıxanlara yatmaq imkanı gecədən‐gecəyə
yox, illərlə verildi. Bayılda, Şüvəlanda, Qobustanda... Bir il boyu
insanları gecələr yatmağa qoymayanlara nadzorlar “laylay”
dedilər. Belinə polis dubinkası dəyənlər sübhədək ağrıdan
sancıldı. Otuzuncu illərə qayıtdıq, evlə həbsxananın arası qapı
zəngi uzunluğunda oldu. Yalana, saxtakarlığa, haqsızlığa dözə
bilməyənlər hirsindən, hikkəsindən dala bilmədilər uyğuya,
türkün sözü.
Ölkənin ən tanınmış adamlarını qapısının ağzında
güllələdilər. Ziya Bünyadovu, “Qara Polkovniki”, Elmar
Hüseynovu qətlə yetirdilər. Hacı Məmmədov adlı polis
polkovnik‐leytenantı adamları evindən oğurladı, uşaqları
məktəbdən qaçırdı, öldürdüyü adamların məzarı üstündə rəqs
meydançası düzəltdi, nazirlər bir‐birinə silah çəkdi, məmurlar
döyülüb hovuza atıldı, parlament salonunda deputatlar söyüşüb
yumruqlaşdılar‐ millətin gecələr rahat yatması naminə. Hər gün
bir rayondan xəbər gəldi. Polis güllələndi, prokuror qovuldu, icra
başçısı döyüldü, deputat rayona buraxılmadı. Ortabab hər
məmurun onlarla qoçu dəstəsi üzə çıxdı. Qos‐qocaman Bakı
şəhəri ötən əsrin əvvəllərində görmədiyi qoçu atışmalarına şahid
oldu. Oliqarx balaları bir‐birini yolun ortasındaca güllələdilər,
killer tutdular, adam öldürtdülər. Hökumətin iqtisadi inkişaf
naziri efirə çıxıb ölümlə təhdid edildiyini car çəkdi dünyaya.
Qabaqlar adamlar bir‐birinə “gecən xeyirə qalsın”,
“sabahın xeyir” deyərdilər, hətta qiyamla baş nazir olmuş Surət
Hüseynov kompüterə “nə var, nə yox” sualı vermişdi,
123
qəzetlərinin yazdığı lətifəyə gülməyib, inansaq. İndi gecə də
şərdir, gündüz də. Nə axşamın xeyir olacaq halı qalıb, nə səhərin.
Kim kimi görür soruşur: “barı, babat yata bilirsən?” Bəzən
zarafata salıb onu da xəbər alırlar ki, “özün yatıb, özün dura
bilirsən”? Çox komik, yəni...
Qurban sənə dayı, mənim zarafatla‐zadla aram yoxdur,
olsaydı, “Tütək səsi“ filmindən bir epizodu yada salmazdım:
“Sən gecələr yat, ay Qurban!..”
QAN VƏ ÜZ
Atam zəng elədi. Türkiyədən barat gəldiyini xəbər verdi.
Görəsən içində nə vardı, payı yollayan kim idi? Dedi ki, göndərən
adını yazmayıb, qutunu açmadığından içində nə olduğunu da
bilmir. “Yəqin sizin QHT‐çilərdən gəlib‐ məni oyaladı– sabah
günortaya Bakıdayam, gətirərəm, açıb baxarsan.”
Bahalı kostyum, təmiz dəridən ayaqqabı, köynək, qalstuk...
Geyim‐kecim əynimə qutu kimi oturdu. Pencəyin cibinə xərclik,
Türkiyəyə ikitərəfli uçaq bileti və Kütahyada “Aizona” otelinin
kartı vardı.
‐ Yəqin bunu da sənə hədiyyə göndəriblər bizim
xeyirxahlar ‐ çini qabı atama verdim.
Tonqalın qırağında əllərini isidən yeddi nəfəri atam özümə
qaytardı:
‐ Əsl Yolçular səni çağırırlar...
‐ Əsl Yolçular kimdir? Pasport nömrəmi, zövqümü
haradan bilirlər?
‐ Yazıqlar min illərdir gözləyirlər, deyirsən, seriyanı
bilməsinlər?
Gizli xürrəm cəmiyyətinin varlığından xəbər tutanacan
mən özümü, sadəcə, əcdadından qalma dəfinə axtaran macəraçı
sayırdım. Sən demə, sıradan bir macəra deyil mənimki. Xristianlar
124
İsanın qayıtmağını, müsəlmanlar Mehdinin dönməyini necə
gözləyirlərsə, xürrəmlərin də gözü Babəkin yolunu eləcə çəkib.
Gözləyə‐gözləyə gizli cəmiyyət yaradıblar, hər iki Azərbaycanın
əksər bölgələrində, atam daxil, qulağıdinc həyat sürən yüzlərlə
adamı xürrəm inancında saxlayıblar. Biz onlarla çay içir, söhbət
edir, övladı, dostu, əleyhdarı oluruq. Gerçəkdə kim olduqları
bilmirik, min illərdir içini yeyən protest enerjisindən xəbərsiz
qalırıq, qəlbindəki azadlıq sevdasını görmürük. O adi adamların,
sadə insanların arasından, ailəsindən çıxıb tarixə yön göstərən
liderlərimiz. Səssiz‐səmirsiz həmvətənlərimiz atılıblar meydana,
qanını, canını, sanını veriblər azadlığa. Özüm ölüm, yüz il qala
Azərbaycanda prosesləri izləyən, yönəldən, tənzimləyən gizli
cəmiyyət olduğuna inanmazdım. Həmin cəmiyyət ərəblərdən üzü
bəri Azərbaycanı zəbt edən bütün qüvvələrə müqavimət göstərib,
üsyanlar qaldırıb, bayraqlar dalğalandırıb, dövlətlər, hökumətlər
qurub...
Dörd gün avara‐sərgərdan dolandım Kütahyanı, itirib‐
axtaran olmadı. Kütahyanın ölü dirildən çamır vannalarında,
Fatehin yeri məlum, anadangəlmə oldum. Germiyan caddəsinin
ağayana evlərinə qırmızı fəs əydim. Zeybək rəqsi festivalında
yelimi töküb otelə qayıdanda qəbulda oturan qız səhər ayağımı
odadan qırağa qoymamağı rica etdi, deyəsən, üzə çıxacaqdılar.
Mehmanxananın restoranında səhər yeməyimi arxayınca
yeyib odama qalxdım. Dünəndən qabqarladığım çemodanı qapıya
endirdim. Əsl yolçu gəldi. Sarıbəniz türküydü. Mehribanlıqla əl
tutdu:
‐
Benim ismim Tarkan.
‐
Benim ismim Sizinki kadar ünlü deyil: Azin!
Oteli tərk edib “Lexus”a oturduq. Uzun, incə bir yola
çıxdıq. Məni Aizonoiyə apardı, xatırlatsam, Bakıya dönməzdən
öncə Pessinusu da gəzdirəcəyinə söz verdi.
‐ Ana Tanrıça Kübelenin kultu sayılan meteorit parçası bir
zamanlar Pessinusdaydı. Romalılar Karfagenlə ikinci Pun
125
müharibəsini edir, Kübelini öz paytaxtlarına aparmaq istəyirlər.
Berqama kralından izn alır və meteoritin arxasınca ekspedisiya
göndərirlər. Miladdan öncə 204‐cü ildə kult gəmiyə yüklənir.
Kübele yerindən tərpənmir. Kahinlər bakirə bir qızın gəmini öz
kəməriylə dartmasını məsləhət görürlər. Qızlar bəhsə girir,
üzüqara çıxırlar. Bakirəliyinin pozulduğu haqda dedi‐qodu
yayılan Quinta gəmini tərpədir, kult üzür, qız bəraət qazanır.
Romalılar kultu aparıb Platinus dağına qoyur və Karfagenə qalib
gəlirlər. Ulu Ana indiyəcən qoyulduğu yerdə durur. Kübelenin
portretinə Romada poçt markalarında rast gəlmək olar. Bilərsən,
hazırda İtaliya qülləvari papaq qoyan qadınla simvolizə edilir.
‐ Çox ilginc!‐ növbətçi təbəssümlə cavab verdim.
‐ Daha ilginc olan hər il martın 21‐ də Pessinusda
Kübelenin qutlanmasıdır. Martın 21‐də...
‐ Martın 21‐ də???
‐ Əvət, martın 21‐də, bizim Novruz bayramında! Qədim
dünyada Kübele çox ünlüydü, həm yunanları, həm də romalıları
yönəldən Tanrıçaydı. Kübele DOĞANIN ÖLMƏSİNİ VƏ
Dostları ilə paylaş: |