DİRİLMƏSNİ simgələyir. Doğanın ölməsi və dirilməsi inancı
uzmanları milladdan öncəki minilliklərə, Kübele kultuna aparır.
Frakiyalılar baharı suya çiçək ataraq qutlayardılar. Əfsanəyə görə,
Kübelə dəliqanlı Attisə vurulur. Atası Attisi kral Midasın qızıyla
evləndirir. Kübele özünü toya yetirir, aləmi qatır, özündən çıxan
Attis əl atıb xayalarını qopardır. Xayasından axan qanın çiləndiyi
yerdə çiçəklər bitir, Attis özü ağaca dönür. Yaz, yay və payız
Kübeleylə Attisin seksual dönəmi, sonuncu fəsil impotensiya
dövrdür. İnsan doğanın övladıdır, anasına bənzəyir, ölür və
dirilir.
Qoca çayın sahilindəki Aizonoi tapınağında havanın
ilıqlanmağa gücü çatmırdı, yüngül meh əsirdi, nübar sarımsağın
ağız sulandıran qoxusunun metroya minəcək adamda yaratdığı
kəskin tərəddüdü burnumdan qova bilmirdim, Tarkanın söhbəti
bayrama gətirməsi ovqatımı yaza kökləsə də, nigaranıydım,
126
hərdən öləziyirdim, Kütahyanın yekcinsliyi sındıran iqlimi
sütunları dillənməyə qoymurdu, dənizlər uzaq və isti, torpağın
üzü soyuq idi, qəsəbədəki misilsiz harmoniyanın buzu açılmırdı,
adamların yox, mərmərlərin hərarəti yayılırdı zamana.
‐ Mən kiməm?‐ Tarkana naqolay bir sual tutuzdurdum.
Ağzını sürüdü:
‐ Həm Zevsə, həm də Kübeleyə tapınılan ayrı məbəd
yoxdur yer üzündə.
‐ Sən kimsən?‐ ikinci sualı Kübeleye verdim ki, Ulu
Ananın qabartmasından gözünü çəkməyən Tarkan da məni
duysun.
‐ Biz hər iki cinsin Tanrılığını qəbul edən tapınaqda yox,
həm də dünyadakı ilk birjanı, ilk açıq bazarı gəzirik.
‐ Örtülü bazar, dostluğu pozar, abi, biz kimik?‐ daha
ümumi sualla getdikcə əsəbləri olmadığına inandığım adamdan
cavab gözlədim.
Qolumdan tutdu.
‐ Babəki xəzərlər satdı, Xaqan xəlifəylə bazarlığa getdi,
Bizans köməyinə vaxtında gəlmədi, Məzyar və Heydər sözünə
baxmadılar, dünya kor qaldı...
‐ O kimdir?‐ Babəki qəsd edirdim və heç nə anlamırdım,
qolumdan tutanın soyuq məntiqini dəstələyə, sözünün axırını bir
yana çıxarda bilmirdim, əvəzində, onun ustalıqla qəlbimi
oxumasına valeh olurdum, fəhmlə doğu və batı kültürlərinin
Bəzdə yallı gedəcəyini duyurdum.
‐ Gözünlə gördüyün dünya Babəkin yenilgisindən doğdu.
Qorxu Batıyla Doğunun arasına girdi. Avropa ilə Asiya Babəkin
qalasında əl‐ələ tutacaq. Siz Qutsal Kürəni tapmalısınız!
‐ Mən niyə?
‐ Siz canlanan Babək olduğuna inandığımız Azin
Kürəçisiniz. “Qırmızı Kitabı” oxuyaraq “Qan və üz”ə daxil olmalı,
cəmiyyətin lideri seçilərək Ağ Kitabın yazılmasına xeyir‐dua
verməlisiniz.
127
‐ Hansı cəmiyyətə?
‐ “Qan və üz”ə! Məncə, atan ucundan‐qulağından nələrsə
deməliydi Sizə.
Kallığa nə hacət, əsəbsiz zənn etdiyim dərya gözümün
qabağında böyük bir davanın romantikasına çevrilirdi.
‐ Sizi müsafir etməkdə amacımız konspirativ “Qan və üz”
cəmiyyəti barədə məlumat vermək və quruma üyə etməkdir.
Bilgilərin verilməsi mənə həvalə olunub. “Tarkan” mənim kod
adım.
‐ Gerçək isminiz nədir?
‐ Özgür Sarıbuzov...
Özgür Sarıbuzov gizli xürrəm cəmiyyətinin tarixindən
bəhs etdi:
‐ Babək 834‐cü ildə oğlunu dörd minlik orduyla Bizansın
köməyinə göndərir. Babəkin oğlu xaç suyuna çəkilir, Feofob adını
və imperatorun bacısını alır. Atasının məktubuna Feofilin
barmaqarası baxması, xilafətə hücuma keçməməsi, Bəz qalasının
köməyinə çatmaması Feofobu incik salır. Bir müddət araları sərin
olur. 838‐ci ilin iyununda indiki Malatya yaxınlığındakı Dazimon
qalasında imperatorun həyatını xilas edən Feofob yenidən etimad
qazanır. Azərbaycanda xürrəmləri toparlayır, 838‐ci ilin 4
iyulunda‐ Babəkin doğum günündə “Qan və üz”ü yaradır.
Cəmiyyət əlaltdan Babəkin sağ qalan övladlarını Güney və Quzey
Azərbaycanda qoruyur, onun Samirəyə əsir aparılan ailə
üzvlərinin bəziləri Kərkükə qaçırır. Bizansa keçən xürrəmlər
ölkənin qərbində yurd salırlar. 842‐ci ilin yanvarıdır, Feofob 14
minlik ordunun komandanı, imperatorun sağ əlidir, ona sarayda
mənzil verilib. Feofil qəfildən azarlayır. Vəliəhd Mixael südəmər
körpədir. Sarayda “Qan və üz”ün toplantısı gedir.
Tarkan dayandı. O günün ağırlığını, gərginliyini özüylə
irəli apara bilmədi. Çənəsini ovxaladı.
‐ Südəmər körpə Bizans boyda imperiyanı idarə edə
bilməz, ona bacarıqlı bir naib lazım!‐ Tarkanı qabaqlamaq istədim.
128
‐ Təbii, təbii. Vəliəhdin atası‐anası da məhz o fikirdədir!
‐ Feofob dura‐dura ayrı aday nəyə lazım?
‐
Malisəf,
imperator
Feofobdan
qorxur.
Ondan
qurtulmağın yollarını arayır. Tam o anda çuğullar “Qan və üz”ün
toplantısından xəbər gətirirlər ki, Feofobun xilafətə hücum planı
artıq hazırdır. Feofob sarayda dilimizi bilən əyan olduğunu
toplantıdan dərhal sonra zindana atılanda anladı və onun səhvi
Bizans imperatorluğunu ələ keçirməyimizə imkan vermədi.
‐ Və?
‐ 20 yanvar 842‐ci ildə Feofil əlini Feofobun tasdakı
qafasına qoyaraq öldü...
‐ Yeni imperator kim olur?
‐ Südəmər III Mixael! Ona naibliyi anası Feodora edirdi.
Feodora “Qan və üz”ü axırına çıxmaq istəyirdi, Konstantinapollu
Kassiya olmasa xürrəmliyin izi‐tozu da qalmazdı.
‐ Kassiya kimdir?
‐ Kassiya sözün həqiqi mənasında Bizans gözəli idi, zəngin
ailənin qızıydı. 821‐ci ildə Feofilin anası oğluna qız axtarırdı,
Bizansın bütün gözəllərini saraya toplayaraq gəlin seçirdi. Hər kəs
Feofilin əlindəki almanı Kassiyaya verəcəyini gözləyirdi. Feofil
onun qabağında dayandı və qadınların günah mənbəyi
adlandırdı. Aldığı cavabdan sarsıldı və almanı farağatda dayanan
Feodaraya uzatdı.
‐ Kassiya necə olur?
‐
Kassiya
rahibəlik
edir.
Nəğmələr
yaradır,
Konstantinapolda ilk qadın monastrının əsasını qoyur və ölənə
qədər “Qan və üz”ə dəstək verir. Cəmiyyətin mərkəzi
Konstantinopolda Səfəvilərlə Osmanlıların arası dəyənə qədər
qalır. Xürrəmlər Səfəvi İsmayılı dəstəkləyir, onun Azərbaycanı
vahid dövlətə çevirməsinə sevinirdilər, ürəklərindən iki qüdrətli
türk dövlətinin dil tapması keçirdi. Cəhdlərimiz puça çıxır.
Osmanlı sarayı “Qan və üz”ü Kütahyada qalxan bir üsyana dəstək
verməkdə suçlayır. Cəmiyyət İstanbuldan Kütahyaya köçür, Rus‐
129
İran müharibələri dönəmində Qafqaza‐ Tiflisə qayıdır. Burada
cəmiyyətə lider seçilən Axundov “Qan və üz”ü yenidən
yapılandırır. O, Güney və Quzey Azərbaycandakı gizli xürrəm
sektalarını cəmləyir, xalqın içindən çıxan istedadlı adamları
sıralarımıza qatmaqla ölkəni azadlığa və bütövlüyə aparır. İlginizi
mütləq çəkəcək, Azərbaycan Demokratik Respublikasının
qurucularından olan Fətəli xan Xoylu bizim ən bacarıqlı
liderlərimizdəndir. Sovetlər dönəmində cəmiyyəti Üzeyir
Hacıbəyov idarə edib. Onun “Koroğlu” uverturası xürrəmlərə
himn bəstələnib. Misirdə tərcüməçi olduğu dövrdə Azərbaycanın
gələcək dissidenti, milli‐azadlıq hərəkatının lideri və prezidenti
Əbülfəz Əliyev “Qan və Üz”ə girir.
‐ Elçibəyin mason olduğunu da söyləyirlər!..
‐İnanma, ağız sözüdür, Elçibəy bizim liderdir! Təxəllüs ona
Əsl Yolçuların Qahirədə keçirilən toplantısında verilib. Gizli
cəmiyyətin lideri Azərbaycanda azadlıq bayrağı qaldırdı. Bəyin
ölümündən dörd gün sonra, Bəz qalasının süqutu günü Bakıda
toplanan Əsl Yolçular Babəkin canlandığına və öz davasına sahib
çıxacağına
əmin
olduqlarından
cəmiyyətin
müvəqqəti
idarəçiliyini Feofoba həvalə etdilər.
‐ Onu tanıyıram?
‐ Üzr istəyirəm, cəmiyyətə üzv olmadan adamlarımızın
adını bilməyəcəksiniz.
‐ Cəmiyyətə necə üzv yazılmaq olar?
‐ Güney və quzey Azərbaycanda, Türkiyədə, Kərkükdə
günümüzədək özünü qoruyan xürrəm icmaları, dünyanın
müxtəlif ölkələrində Babəki ailələr var. Həmin icmalar qurumun
əsas bazasıdırlar, bununla belə, cəmiyyətin varlığından
xəbərsizdirlər. İcmadan bir nəfəri xüsusi olaraq hazırlayır və
sıralarımıza cəlb edirik. Üzvlük yalnız Əsl Yolçuların təklifiylə
mümkündür. Qurum konspirativ fəaliyyət göstərdiyindən sadə
adamlarda belə bir arzunun yaranması imkansızdır. İldə vur‐tut
21 nəfər girə bilər “Qan və Üz”ə...
130
‐ Bunları mənə atam deyə bilməzdimi, nə ehtiyac vardı bu
qədər xərcə‐xəsarətə?‐ dil‐ağız elədim.
‐ Atan cəmiyyətimizin yeddinci dərəcəlı üzvüdür, onun
bilgiləri məhduddur və atanız da olsa, bizdən iznsiz öz sirrinizi
özünüzə açmağa ixtiyarı yox idi.
‐ Ən yüksək dərəcə?..
‐ 21‐ci dərəcədir. Bu dərəcə yalnız canlanan Babəkə verilə
bilər. Qurumun tarixində 21‐ci dərəcəyə çatan kimsə yoxdur. Əsl
Yolçuların hamısı iyirminci dərəcədədirlər.
‐ Dərəcələr necə adlanır?
‐ Bəz, Alov, Bilgi, Ədalət, Kitab, İlmə, Novruz, Ravi, Ulu,
Həyat, Usta, Canlanma, Aydın, Nəsr, Laçın, Ağ, Nal, Ağac,
Cəngavər, Axınçı, “Q”...
‐ Mən hansı dərəcədə olacam?‐ sualım yersiz olmasa da,
vacib deyildi.
‐
Babəkin
ruhunun
bədəninizdə
canlandığına
inandığımızdan Sizi dərhal “Axınçı” dərəcəsinə yüksəldəcəyik!
‐ Etimadınıza görə minnətdaram,‐ nəzakətli olmaq və
etiraf etməyi bacarmaq eyib deyil‐ amma boynuma alıram ki, mən
qurumun mahiyyətini axıracan anlamıram...
‐ Niyə? İtalyanların “Karbonari”, yəhudilərin mason
lojalarını, Amerikadakı “Sümük və kəllə” masasını yada sal.
Zahirən masonlar bənnaların, Karbonari kömürçülərin həmkarlar
ittifaqı, sendikasıdır. Biz də kürəçilərin qurumuyuq, həm
masonlarla, həm də karbonarilərlə yaxın əlaqələrimiz var. Onların
əsas məqsədi kilsənin topluma təsirini azaltmaq, dünyəviliyi
dəstəkləməkdir. Bizim amacımız Azərbaycanı savadlı, dünyəvi və
zəngin diyara çevirməkdir. Babəkin xəyalındakı Azərbaycan
xilafətin müstəmləkəsi yox, Bizansın müttəfiqi olduğundan, biz də
yurdumuzu Avropanın bir parçası sayırıq.
‐ “Qan və üz”ün kürəçilərin sendikası olduğunu dediniz.
Maraqlıdır, hansı kürəçilərin? Kürəçilər qabağımıza koks‐kimya
sənayesində də çıxır, abraziv, ayna istehsalında da...
131
‐ Orta əsrlərdə kürəçilər dəmir qızdırardılar, yeni kürəçilər
təbəqəsini sənaye dövrünün zavodları yaratdı. Post‐sənaye
çağında isə biz qlobalistlərik. “Qan və üz” tarixi yenilikləri öz
fəaliyyətində vaxtında nəzərə alır, müsafir bəy!
‐ Necə olub ki, ötən min iki yüz il ərzində qurum açığa
çıxmayıb?
‐ Əslində, dəfələrlə açığa çıxıb, yəni kütləvi hərəkatlar
ərsəyə gətirib. Sadəcə, “Qan və üz” bineyi‐qədimdən bir nəfəri
önə verib, etiraz və azadlıq hərəkatlarını dövrün tələbləri çapında
yönəldib. Hürufilər, səfəvilər, ələvilər, öncələr mənim də üzvü
olduğum məlamilər, bir sözlə, heterodoks islamı qəbul edən
təriqətlər bizim təsirimizdə olub. Sözümü qəribçiliyə salma, biz
hər dinin, qurumun içinə sızır, hədəflərimiz uğrunda qovğa
aparırıq.
‐Hər dinin?
‐ Xürrəmliyin əsas prinsipləri Tanrı‐İnsan eyniliyi və
ruhun canlanmasına, reinkarnasiyaya inamdır. İslam aləmində nə
qədər hülula, vücudun vəhdətinə, tənasühə inanan təriqət,
cərəyan
varsa,
harada
yaranmasından,
kimin
əmələ
gətirməsindən asılı olmayaraq, hamısı bizdən ideya və güc alıb.
Türkiyədəki Ələvilər, İrandakı əhli‐haqlar, əvvəllər mənim də üzv
olduğum məlami təriqəti xürrəmliyin iki ana prinsipini
mənimsəyən islam qollarıdır.
‐ Məlamilərdən niyə aralandınız?
‐ Aralanmadım, arındım, “Axınçı” dərəcəsinə yüksəldim.
Axınçı heç bir Tanrıya qul, kölə olmamalı, səmavi dinə
tapınmamalıdır. Məlamiliyin isə bir səmavi dinin təriqəti olması
arada böyük fərq yaradır.
‐ Fərqiniz varsa, bənzərliyiniz də var...
‐ Düz buyurursunuz, bənzər yanlarımız var, ortaq
qənaətimiz həqiqəti hər kəsin özü tapmasıdır, insan qəlbinə hökm
etmək
yolverilməzdir.
Digər
bənzərlik
rəsmən
mövcud
olmamaqdır, konspirativlik onların da əsas ilkəsidir, xürrəm
132
xürrəmliyini, məlami məlamiliyini açıqlamaz. Kiminsə məlami
olub‐olmadığını təsbit etmək mümkün deyil.
‐ Niyə gizlənirlər məlamilər, məgər inandıqları Allah
onları görmür?
‐ Məlamilik Xorasanda yaranıb, İpək Yolu vasitəsiylə
tacirlər onu dünyaya yayıblar. Məlamilər qınanmaq istəyir,
özlərini cəmiyyətin gözündən salırlar. Cərəyanın adı ərəbcə
“ləvm” kökündən törəyib, qınanmaq, xəcil, rüsvay olmaq
mənasındadır. Onlar özlərinin mömin yox, sapıq, cəhənnəmlik,
dinsiz kimi tanınmasını istəyirlər, ruhani rütbələrdən, titullardan
və hər cür ehtiramdan qaçırlar. Pis cəhətlərini gizlətmir, müsbət
yanlarını açıqlamırlar. Məlamilərin sözüdür: “mənə Hacı
deməkdəndirsə, hacamatçı desinlər...” Bu cür fikirlər onlara
təhlükə və qorunmaq zərurəti yaranır.
‐ Adını qorumaq, sanının qayğısına qalmaq adamı
toplumdan və yalanlardan asılı etmirmi?
‐ XVII yüzildə özünü məsih elan edən Sabetay Sevi
yəhudilərə İsrail dövlətini quracağını müjdə verdi, onları
inandıraraq öz tərəfdarına çevirdi, musəviliyi parçaladı. Bir gün
tutularaq Osmanlı məhkəməsinə çıxarıldı. Məhkəmədə Sabetay
canını ölümdən qurtarmaq naminə əqidəsindən döndü,
müsəlmanlığı qəbul etdi, Mehmet əfəndi adlanaraq saray məmuru
oldu və tarixdə “dönük” qaldı. Babək isə qanıyla üzünü boyadı.
‐ Görürəm, yəhudilərin tarixini dərindən bilirsiniz,
masonlarla aranız necədi?
‐ Mən məlamilərlə masonlar arasında bağlar qururdum.
‐ Fikrinizcə, masonların mənə münasibəti necə olacaq?
‐ Onlar sənə hədiyyələrini veriblər!..
‐ Nə hədiyyəsi?
‐ Boynundakı “Ənx”i yəhudi qadın Mayra verməyibmi?
‐ Tutalım, o verib təsadüfən‐ Özgürə medalyonu təzə
aldığımı demədim.
133
‐ Yəhudilər bəxt deyil ki, təsadüfi hədiyyələr etsinlər,
Mayranın əri Cozef Katton “Kral Baltası” dərəcəli masondur.
‐ Dərəcəsini deyə bilmərəm, masonluğundan xəbərim
vardı.
‐ Pəki, hədiyyənin mənasını bilirsinizmi?
‐ Sizin yozumunuzu bilmək maraqlıdır, hər halda.
‐ “Ənx”in mənası çoxdur. ƏBƏDİYYƏT XAÇInı hədiyyə
etməklə masonlar Sizə üçüncü gözlə‐ rəmzin özəlliklərindən biri
də budur‐ baxdıqlarına eyham vurublar. Özəl həyatınıza
toxunmaq istəməzdim, amma bilsəniz iyidir, Canessa çılpaq
çimərliyə dəvət edərək saatlarınızın altındakı anadangəlmə
çapıqlara baxdı və ünlü medium Edqar Keysin irsini tədqiq edən
fonddan kalan qonorar aldı.
‐ Siz bunları haradan bilirsiniz?‐ sualım çox sadəlövh idi.
‐ Mən məlamilərlə masonlar arasında bağlar qururdum.
Lütfən inciməyin, sizin elektron gündəliyinizi də biz oxuyurduq.
‐ Gör ey, yəhudilər də ağzıyırtıq çıxdı, bacarmadılar sirr
saxlamağı...
Təzədən “Lexus”a mindik. Tarkanın mənə sürprizi vardı.
Canlanan Börümənd öz oğlunu gözləyirdi. Onu necə tanıyacağımı
təsəvvür etmirdim, olub‐bitənlərə inanmağım gəlmirdi, mən
olmayım, sən ol Babək, ananı nədən tanıyarsan, əcaba?
Laylasından, əlbəttə, laylasından tanıyarsan. Dillərin və illərin
min dəfə canlandığı dünyaya min dəfə də gəlsək, anamızı dörd
misralıq layladan tanıyarıq. O layladadır ən dərin YUXU, ən təmiz
QOXU, ən mükəmməl OXU! Gerçəkdən anam olubsa, o yuxunu, o
qoxunu, o oxunu özündə cəmləyən bir SEVGİ görəcəm!
Kürəçi, Kütahyanın Küreci köyünə gedirik!‐ Özgür
ünvandan savayı heç nə demədi. Tarkan uzun, incə yola laylay
deyirdi.
Ormanlıqdakı köyün ağız‐ağıza girən qırmızı kirəmitli, tək
eyvanlı, ikimərtəbəli evlərindən biri yuxarı divarların al
boyanması ilə fərqlənirdi, mülk yolun düz qırağındaydı, hasarının
134
çölündəki ağacın eni iki metr olardı. Ağaca qısılıb özümü
toparladım. Evə keçdik. İkinci mərtəbəyə qalxında təntidim.
Dayandım. Gücümü toplayıb qapını itələdim və təzə adını
deyərək irəli uzatdığı əllərindən öpdüm anamın.
CIZZZ!
(“Dalğa” Gənclər Hərəkatının çıxartdığı teatr. Quruluşçu
rejissor Ramin Hacılıdır)
(PƏRDƏ QALXIR)
(İşıq səhnənin dalındakı birinci lövhəyə salınır)
“Ma Obanın dünyada özünəməxsus yeri vardır!”
(İşıq səhnənin dalındakı ikinci lövhəyə salınır)
Afrikanın kontur xəritəsində Oba Manın yeri görünür.
Səhnənin sağındakı Hökümət Evinin qabağına bir dəstə
adam yığışıb. Sağ əllərini düyünləyərək yuxarı qaldırıblar.
Qabaqlarına qırmzı xəttlə qalın cızıq çəkilib. Səsləri gəlir: Mızzzz...
Mızzzz... Mızzzz...
Əks cinahdakı qapıdan qoltuğuna qara qovluq vurmuş,
qara kostyum geymiş, qalstuk taxmamış bir nəfər girir, bambılı‐
bambılı ətrafa baxaraq mərkəzə qoyulmuş kürsüyə sarı
addımlayır. Əli ilə mikrafonu yoxlayır: “da... da...” Tamaşaçılara
müraciət edir:
‐ Narod, duşes, özü də Xanatop meşəsindəki cır duşesdən
bir xaral aparmaqla qonşularımız güclənən deyil. Biz
qonşularımızdan daha silnıy olmalıyıq. Xalqın sayı artmalıdır!
Poetemu ya sçitayu, qoz yemək lazımdır. Atalarımız nə deyib?
Da, oni pravda deyiblər çto, əkməyən yeməz! Mən elə bu
tribunanın yerində qoz əkirəm, inşallax, mənim qozlarımdan
yeyərsiniz...
“Mızzz” səsləri ona sözünü tamamlamağa imkan vermir.
Heç özü də daha danışmaq istəmir. Tribunadan kənara çəkilir,
yaxasına kommunist nişanı və çoxlu orden‐medal taxmış iki nəfər
135
tez bel və aftafa gətirirlər, tribunanı götürüb, yerində çala qazırlar.
O, portfelindən iki qoz çıxardaraq çalaya atır. Üstünü torpaqlayır
və sulayır.
Mızzz... Mızzz... Mızzz...
Qoz əkən mızıldayanlardan kiməsə səslənir: Bar Eti... Eti
Bar! Sözün var? İdi suda, gəl denən!..
Mızzz... Bam... Bam... Bılı... Mızzz... Bam... Bam... Bılı...
Mızzz...Bam... Bam... Bılı...
Mızıldayanların içindən az öncə çağrılan şəxs cızıqdan
qabağa çıxır, səhnənın ortasına gəlir, beli götürüb qoz əkəni
qovalayır. Qoz əkən “Qan Xuli... Qan Xuli” qışqıraraq dal qapıya
qaçır.
Atəş səsləri gəlir. Kokardasında sovet ulduzu parıldayan
əsgərlər qəfil dal qapıdan səhnəyə hücum edir, mızıldayanlara
atəş açırlar. Gülləyə tuş gələnlər yerə sərilir, sağ qalanlar
dağılışırlar. Əsgərlər Bar Etini mühasirəyə salır, beli əlindən
alaraq yerə atırlar, qollarını qandallayır, aparırlar.
(Ma Oba xalq artisti Kam İl qaboy çalır )
(PƏRDƏ ENIR)
***
(PƏRDƏ QALXIR)
(İşıq Ma Oba Hökumət Evinin qabağına salınır)
Mızıldayanlar yenə cızığın arxasına yığışıblar. Öz
avazlarındadırlar. Qoz ağacı böyüyüb, yarpaqlayıb, bar verib. Bar
hələ kaldır. Budaqlarından birini kəsib tabletka düzəldib,
tabletkanı ağacın altına qoyublar. Aftafadaşıyanlar kreslonun yan‐
yörəsinə fırlanırlar. Ağ kostyum geyinmiş bir yoldaş gəlib oturur;
güzgüyə baxır, qalstukunu, saçlarını düzəldir. Aynanı cibinə
qoyaraq ayağa qalxır:
‐ Özünüz görürsünüz, qoz hələ yetişməyib. Təklif edirəm
qozu birgə becərək. Kim istəyirsə gəlsin, otursun yanımda,
hamıya yer çatar. İstəyirsinizsə, göstəriş verim təzə budaq
136
kəssinlər, skameyka düzətsinlər, yer gen olsun. Yeganə şərtim qoz
ağacının altına ayı bağlamaqdır. Öz itlərimizə etibar yoxdur...
Mızzz... Mızzz... Mızzz... Bunun əlləri ağappaqdır! Mızzz...
Matışka... Mızzz... Kişinin əlləri gərək qabarlı ola, möhkəm ola,
dəmir ola... Mızzz... Matışka...
Aftafadaşıyanlar medallarını çıxardıb onlara atırlar,
ikisindən biri cavab qaytarır:
‐ Mətişkə sənün nənöndür, alə...
Mızıldayanlar qeyrətə gəlirlər. Cızıqdan çıxaraq Ağ
Kostyum Geyənə cumurlar. Başına milli lələk taxmış bir
mızıldayan yerdəki beli götürür, qoz ağacına doğru yüyürür. Ağ
Kostyum Geyən qaça‐qaça səhnəni tərk edir. Mızıldayanlar qoz
ağacının altına səpələnirlər. Saqqalı bir nəfər qoz ağacını
qucaqlayır və şeir deməyə başlayır:
Yolunu gözlədim, hər səhər, axşam,
Salam dar ağacı, əleyküm‐salam!
Milli lələkli qoz ağacının altında çuxur qazır. Qaza‐qaza
ağaca şeir deyənə səslənir:
‐ Bəy, mən beyjə ya Şaşunu alajam, ya da başıma güllə
vurub elə bu qəvirdə yatajam...
“Özünə rəhmin gəlsin Rə, sən xalqa lazımsan, Him!..”‐
digər mızıldayanlar beli onun əlindən alıb səhnəyə atırlar. Yalvar‐
yaxarla Rə Himi rəhimə gətirirlər. Rə Him him edir,
aftafadaşıyanlar qoz ağacının altına stul gətirib qoyurlar. Bəy
əyləşir, aftafadaşıyanları qovur, xalqa səslənir, intəhası, az adam
ona qulaq asır, zalda səs‐küy var, hər ağızdan bir avaz gəlir:
‐ Bayanlar və bəylər! Obamızda ta cızıx‐mızıx olmayacaq.
(Bir nəfər yüyürüb qırmızı cızığı yuyur) Düzdür, cızıq bizim öz
sözümüzdür, ona görə də bəzi bəylər deyirlər ki, Bəy, dəymə
qalsın. Mən Ah Pənlə Bar Etiyə dəfələrlə başa salmışam, sizə də
deyirəm, cızıx çəkilən yerdə millət inkişaf eləməz, millətin
qabağına gərək cızıx çəkməyəsən. Ürəyinizi qısmayın, tamam
ləğv eləmirəm, sadəcə, millətin qabağından götürüb düz sərhəddə
137
qoyuram ki, obamıza göz dikənlər həddini bilsinlər, o yanda nə
qayırırlar qayırsınlar, cızıqdan bəri keçməsinlər. Əgər biz o cızığı
ora çəkməsək, qonşularımız bizim obaya Azərbaycandan
gəldiyimizi zənn edər, deyərlər, onların cızığı‐zadı yoxdur. Niyə
yoxdu? Qonşularımız cızıx çəkməyi bizdən öyrəniblər, Fi Rudin
bəy bu məsələləri daha dərindən bilir. Məsələni qoyuluşu düz
olmalıdır, gəlin, cızıqdan yox, cızdan danışaq. Cız yol mənasını
verir. Mən cızıq yox, cız çəkirəm millətə. Hərdən məndən
soruşurlar: “Bəy, bəs o cız haralardan keçəcək?” Biri deyir oradan
keçsin, biri deyir buradan. Bəzi bəylər deyirlər ki, gərək Liviya
səhralarına gedib çıxa. Hamısı düz deyir, amma bəzi yerləri
unutmaq olmaz. Niyə bu cız Fil Dişi sahilindən keçməsin?
Bəy danışdıqca səhnənın güncünə xeyli adam yığışır.
Sayları 91 nəfərə çatanda sızıldamağa başlayırlar: Sız... Sız.. Sız...
Buna da bir qoz... Sız... Sız.. Sız... Buna da bir qoz....
Bəy çıyınlərini çəkir:
‐ Bəylər, siz “qarğa məndə qoz var” deyirsiniz. Qozu
özünüzə istəyən “mənə də bir qoz” deyər, “buna da bir qoz” deməz!
Bir fağır adam tapmısınız, elə bilirsiniz ki, heç nə başa düşmür? Mən
heç kimə qoz çırpan deyiləm, kim istəyir gəlsin özü yığsın.
Dədələrimiz “qız ağacı, qoz ağacı” deyiblər, hərə bir daş atar.
Sızıldayanlar yerdən daş götürüb qoz ağacına tolazlayırlar.
Qayıdıb ona dəyən daşlara tab gətirməyərək Bəy yıxılır.
‐ Sızzz... bizə pyanıska lazım deyil. Sızzz... Vətən əldən
gedir... Sızzz.. Vətənə xilaskar gərək! Sızzz... Obaya dəmir əl
lazımdır... Sızzz...
91‐lərin dəstəsi böyüyür. Aralarında rus generalları,
baboçkalı ingilis biznesmenlər, şərfli fransızlar, başıfəsli türklər
gözə dəyir. Dəstədən kimsə sürətlə irəli şığıyır, beli götürüb
ağacın altına hücum edir. Qarışıqlıq yaranır.
Dostları ilə paylaş: |