Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   7   8   9   10   11   12   13   14   15

 
*** 
Anasının  gətirdiyi  mavi  paltar  Qayanenin  rənginə 
düşürdü. Tsitsernevanklı Asya əlinə keçəni xurcuna yığmışdı, 
Əli  bulağının  başında  dürmək  düzəldib  yedilər.  Asya  da 
Qayane  kimi  keşişin  və  yepiskopun  ölümünü  soyuqqanlı 
qarşılayırdı.  
‐ Mən Sizinlə getməyəcəm, qalıb meyitləri aparacam!  
‐  Belə  olmasını  istəməzdim,  Qayane  atasız,  Siz  dul 
qaldınız ucbatımdan.  
‐ “Su sənəyi suda sınar!” 
‐  Həyatın  davam  eləməyə  həmişə  səbəbi  var,  “su  axır, 
çuxurunu tapır”‐ verdiyi cavabla Elof Tsitsernevanklı Asyanın 
Qadın  Azadlıq  Yolçuları  Andlılarından  olub‐olmadığını 
dəqiqləşdirmək  istəyirdi,  keşişin  arvadı  atalar  sözünü 
təsadüfən də işlədə bilərdi.  
Qadın əlini hulqumuna çəkdi:  
‐  Qadın  Azadlıq  Yolçuları  Andlıları  adından  sənə  bəzi 
şeylər deməliyəm. 
‐ Buyurun, dinləyirəm!  
‐  Təşkilat  Babanın  möhürü  olan  üzüyü  günümüzəcən 
qoruya  bilməyib.  Buna  görə  Sizdən  dönə‐dönə  üzr  istəyirik, 
üzüklə bağlı qərarımızı düz başa düşəcəyinizə ümid edirik.  
 
216

Tsitsernevanklı  Asya  çox  mədəni  danışırdı,  görüb‐
götürmüş qadın olduğu şəksiziydi.  
‐  Qadın  Azadlıq  Yolçuları  Andlıları  Babanın  üzüyünü 
Şah  Abbasa  göndərərək  ondan  Ağ  Qayanı  qorumağı  xahiş 
etdilər.  Tapdığın  çanağa  çəkilən  yerdə  möhür‐zad  yoxdur, 
özünü  yorma.  O  möhürü  başında  oturduğun  bulağın  novu 
əvəz edir.  
Elofun  yadına  “Babalı”  Muxtarın  danışdığı  rəvayət 
düşdü.  Həzrət  Əli  Qaragöldən  Ağ  qayaya  daş  atmış,  daşın 
düşdüyü  yerdən  su  axmışdı.  Həzrət  Əli  Azərbaycanda 
olmamışdı, Babək isə məmləkəti qarış‐qarış gəzmişdi, Sünikin 
dadına çatmışdı. Xalq Babəki Əlinin adıyla yaşatmışdı.     
‐  Mən  Babəkin  kəfənini  almağa  nə  aparmalıyam?  Bu 
novumu?  
‐  Yox,  Babəkin  doğranmış  cəsədinin  doldurulduğu 
öküz  dərisini  almağa  “Ağ  kitab”ı  aparacaqsan!  Amma 
bəribaşdan  sənə  deyirəm,  öküz  dərisinə  xəzinə  yeri‐zad 
çəkilməyib!  
‐ Bəs nə yazılıb?  
‐ Sadəcə, “T” hərfi!  
‐ ... 
‐    Xahiş  edirəm  onu  yazana  deyəsən,  buralar  nə 
Berdzor  deyil,  nə  də  Laçın!  Alban  torpağıdır!  O  albanların 
yarısı  türkləşib,  yarısı  erməniləşib,  iki  millətə  qaynayıb‐
qarışmışıq,  iki  milləti  qaynadıb‐qarışdırmışıq.  İndi  nə  fərqi 
var kim türkdür, kim erməni, kim alban. Dəyərlərimiz eynidir, 
abidələrimiz  şərikdir,  hətta  qanımız  birdir.  Ermənilər 
albanların  bütün  mədəni  irsini  öz  adına  çıxırlar,  sanki  bu 
torpaqlarda  biz  yaşamamışıq.  O  zaman  türklər  də  öz 
keçmişini  yada  salmağa  başlayırlar,  bağışla  məni,  siz  də  son 
vaxtar  ermənilərə  oxşamağa  başlamısınız.  Onların  bütün 
tarixini ya öz adınıza, ya da albanların adına yazırsınız. Guya 
ermənilər  yad  planetdən  gəliblər.  Sözüm  onda  yox,  kim 
 
217

haradan  gəlir‐gəlsin,  dünya  bizim  hamımızındır,  dəfələrlə 
gələcəyik  bu  dünyaya,  elə  yaşamalıyıq  ki,  yenidən  doğulanda 
daha firavan dünyaya açaq gözümüzü, ruh girdiyi bədənin nə 
dərisinə baxır, nə gerisinə... Gör nə deyirəm oğlum, Baş Bəyin 
kəfənini  saxlayana  çatdır  ki,  bu  yerlərin  tarixini  təzədən 
yazsın  və  yazmağa  gördüyün  o  təpənin  dalından‐  Girdiman 
dərəsindən başlasın.  
‐ Sizə bir sual verə bilərəm?  
‐ Məmnuniyyətlə cavablandıraram! 
‐  Qayane  olmasaydı,  Baş  Bəyin  və  Sirounun  məzarını 
tapa bilməzdim, arada boşluq buraxılıb... 
‐Yepiskop  Vasağın  xəzinəsi  ələ  keçirmək  üçün  Ağ 
qayanı hələ sovet hökumətinin vaxtında partlatmışdı...    
 
*** 
Mətin  Axış,  ay  Mətin  Axış,  adımı  dübarə  söyləməkdən 
həzz 
aldım, 
gör 
haralara 
gəlib 
çıxmısan? 
Gəncədə 
küçəbaşındakı eviniz hara, Kopenhagenin pəncərələri meşə və 
dəniz  mənzərələrinə  açılan  Quality  Marina  Hoteli  hara?  Dörd 
ulduzlu  oteldən  çıxıb  limana  gələn  gəmilərin  fit  səsini 
qarşılamağa gedirdim. Fit səsi gəmilərdən, gəmilərin gətirdiyi 
adamlardan  qabaq  çatır  limanlara,  əzizlərini  qarşılamağa 
gələnləri  xəyaldan,  söhbətdən  ayırır,  tələsdirir,  hətta  sahilə 
niyə gəldiyini unudanların yadına salır sərnişin gözlədiyini və 
canlanan  vağzalda  məhz  onu  qarşılamağa  dayanmış  quruca 
çöp  də  tapmır.  Çoxdan  arzulayırdım  limanda  qoca  gəmiçidən 
eşitməyi:  
‐  Mən  ömrümü  gəmiyə  qoymuşam,  hərdən  gəlib 
keçmişimin  lövbər  atmağına  baxıram.  Sən  kimi  gözləyirsən, 
valideynlərini,  ya  dostunu?  Məndən  gizlətməyə  bilərsən,  axı 
ay  xatakar,  mən  də  cavan  olmuşam,  mənim  də  sevgilim  olub, 
mənə də sovqat göndəriblər... 
 
218

‐ Yox, üzr istəyirəm, mən nə gəmi gözləyirəm, nə adam, 
nə də sovqat... 
‐ Bəs nə işin var burada?  
‐ Mən gəmilərin fit səsini qarşılamağa gəlmişəm.... 
‐  Mən  ömrümdə  gəmilərin  fit  səsini  qarşılayan  adam 
görməmişəm!  –  kişi  inanmaz  və  məni  cibgir  zənn  edib 
aralanar...   
    Vədbeyk  limanında  irəlilədikcə  yadıma  Fateh  Mirzə 
düşürdü.  Ölsəm  də  yadımdan  çıxmaz,  Fateh  Mirzəydi,  Azin 
Kürəçiydi,  Məti  Naxışıydı,  məniydim,  Cahandar  Bayoğlunun 
ofisindən  çıxıb  Fəvvarələr  meydanına  düşürdük,  cibimizdə 
pulumuz,  getməyə  yerimiz,  axşama  yeməyimiz,  səhərə 
gümanımız,  fikrimiz‐zikrimiz,  ümumiyyətlə,  heç  nəyimiz 
yox... 
Qabağımıza 
meyarlarını 
bəlli 
olmayan 
Ədalət 
Basarkeçərli  çıxdı.  Soruşmadı  necəsiniz,  hara  gedirsiniz, 
əlimizi  sıxdı:  “bu  dünyada  dörd  nəfər  var  ki,  HEÇ  HARAYA 
GEDİRLƏR...“   
Heç 
haradan 
Kopenhagenə 
gəlib 
çıxmışdım. 
Kopenhagendə  Əsl  Yolçulardan  “Axınçı”  dərəcəsi  alacam, 
QƏM 
ŞAMININ 
SÖNDÜRÜLMƏSİ 
mərasiminə 
qatılacaqdım.  Hə,  Mətin  Axış,  vaxt  varıydı  Fateh  Mirzə  sənə 
“Qan  və  Üz”  cəmiyyətindən  danışanda  ağzın  ayrıq  qalmışdı, 
indi  lojanın  rəhbərliyinə  seçilirsən‐  bilmirdim  fərəhlənim,  ya 
kədərlənim:  
‐  Yox,  gərək  belə  olmayaydı,  Fateh  o  qəzada  ölməyə 
layiq deyildi!   
Həmin  gün  Aynanın  yanında  görüşüb  “Büllur”a  tərəf 
getdik.  Qəzetimizin  manşeti  xoşuna  gəlmişdi,  ona  Ədalət 
Basarkeçərlinin  sözünü  xatırlatmışdı.  İdeya  Məti  Naxışdan 
gəlmişdi.  
Məti  Naxış  tələbə  yoldaşımızıydı,  dostum,  rəqibim, 
düşmənim 
olduğu 
bilinməzdi. 
BDU‐nun 
jurnalistika 
fakültəsində  bir  qrupda  oxumuş,  “Çağırış”  qəzetində  bir 
 
219

gündə  işə  düzəlmiş,  eyni  əmrlə  redaktor  təyin  olunmuşduq. 
Belə baxanda taleyimiz bir idi, günümüz‐güzəranımız eyni idi, 
di  gəl,  fikirlərimiz  üst‐üstə  düşmürdü.  Siyasi  icmallar 
yazardıq.  İqtidarın  əleyhinə  mən  yumşaq  yazanda,  o 
sərtləşərdi;  mən  qeyzə  gələndə,  o  muma  dönərdi.  Mən 
Müsavat  Partiyasını  dəstəkləyərdim,  o  AXCP‐ni.  Partiyasının 
parçalanması  onun  imicini  korlamışdı,  Xalq  Cəbhəsi  dəstə‐
dəstə  müşrüklərə,  münafiqlərə,  əxilərə,  sufilərə,  cəfərilərə 
bölünmüşdü,  məlami  təkcə  o  çıxmışdı.  Məlami  çevrilməyi 
bacarırdı,  yeri  gələndə,  öz  əleyhinə  də  çıxırdı.  Özünü  kəskin 
tənqid  edən  yazılar  yazardı,  qəzetdə  kollajını  verərdi, 
qorxmazdı  belə  şeylərdən.  Fateh  bizə  “iki  üzlü  Yanus” 
deyərdi.  Siyasi  prosesləri  birlikdə  təhlil  etməyimizi,  oxunaqlı 
materiallar  hazırlamağımızı,  altından  “İKİ  ÜZLÜ  YANUS” 
imzası 
qoymağımızı 
çox 
istəyirdi. 
Onun 
arzusunu 
gerçəkləşdirə  bilmədik.  Ölkədə  bizim  fikirlərimizi  üst‐üstə 
salan  proseslər  getmirdimi,  biz  proseslərə  eyni  açıdan  baxa 
bilmirdikmi?  Bu  məsələdə  də  düşüncələrimiz  fərqlənirdi. 
“Fərqlənməyi  yaxşıdır,  fikri  üst‐üstə  düşən  iki  nəfərdən  biri 
artıqdır dünyada”‐ Fateh Mirzə bizi ələ salardı.  
Səhər  toplantısında  Baş  redaktorumuz  Jet  xanım‐ 
gülməli  adı  vardı‐  dedi  ki,  adını  söyləməyən  həriflər 
redaksiyaya  zəng  vurublar,  başımızın  bədənimizə  ağırlıq 
etdiyini  söyləyiblər  və  bizi  qələmi  yerə  qoymağa  çağırıblar. 
Hədəsiz  günümüz  yox  idi,  öyrəncəliydik,  metroda  qatarları 
xəttdən  uzaqda  gözləyir,  avtobusda  hamının  üzünə  baxır, 
tanımadığımız 
adamlarla 
ünsiyyətə 
girmirdik. 
Baş 
redaktorumuz  “Çağırış”ın  son  sayını  hazırlamağı  tapşırdı. 
Kərəmi  ağlamaq  tutdu.  Mən  oxuculara  “Meydana  axırıncı 
çağırış”  başlıqlı  bir  müraciət  yazmağı  təklif  etdim,  Məti 
razılaşmadı:  
‐ Özünü yorma, meydana çıxan olmayacaq. 
‐ Nə təklif edirsən?  
 
220

‐ Üzeyir Hacıbəyovun  “Heç nə” pamfleti yadındadır?  
‐  Əlbəttə,  yadımdadır,  yazır  Avropada  qəzet  bağlansa, 
dünya dağılar, Azərbaycanda isə heç nə olmaz.     
‐ Gəl, onu verək.   
 
*** 
Həmişə  “Gənclik”  parkında  qoşa  gəzişir,  “Büllür” 
kafesində sərin havalarda çay, isti günlərdə pivə içərdik. İşsiz 
qalandan  hər  axşamüstü  orada  görüşür,  çıxacaq  axtarırdıq. 
Hər  ikimizin  qərarı  ölkədən  çıxmaq  idi.  İsveçə  getmək 
istəyirdik. Sənədlərimizi vizaya verdik. Məti Naxışın sənədləri 
qaydasında 
olmadığından 
götürmədilər. 
Pasportunun 
müddəti 
bitmişdi, 
Dövlət 
Təhlükəsizlik 
Nazirliyinin 
əməkdaşları  redaksiyanı  boşaldanda  şəxsiyyət  vəsiqəsi  yoxa 
çıxmışdı.  On  gündür  rayonda  şəxsiyyət  vəsiqəsi  düzəldirdi, 
Bakıya  dünən  gecə  qayıtmışdı.  Mən  Fateh  Mirzəylə  Aynanın 
yanında  görüşüb  parka  girəndə  “Büllur”un  qabağına  çoxdan 
çatmışdı, dalbadal çağrı verib bizi tələsdirirdi.  
Qaş‐qabağı  yerlə  gedirdi,  üsyana  qalxmışdı,  qırıb‐
tökürdü  məmurları  ürəyində.  “Dilim‐dodağım  quruyub, 
gedək 
pivələyək”‐ 
salamsız‐kəlamsız 
dönüb 
getdi‐ 
susuzluğunu  yatırmaqdan  çox,  deyəsən,  dərdini  danışmağa 
adam  axtarırdı.  Zeytun  ağacının  altındakı  masada  oturduq. 
Ofisant  sərin  pivə  və  isti  noxud  gətirdi.  Məti  pivəni  başına 
birnəfəsə çəkdi. Tanış ofisanta sifariş verdi:   
‐  Eyvaz,  sən  o  arpa  tarlalarının‐  sağımızda  oturmuş 
gözəlləri göstərdi‐ bərəkəti birini də gətir.  
‐  Sən  mənim  ölmüşüm  “Demeter”  pivəsi  içməyək‐ 
Fatehə ilişdim, Eyvaz başa düşmədi:  
‐  Dəmirdən  istəmirsinizsə,  beş  litrlik  taxta  çəlləkdə 
yaxşı pivəmiz var, gətirim.  
‐  Bakıda  pivəyə  su  qatıb  verirlər,  rayonda  suya  pivə!‐ 
Məti Naxış rayondan çıxa bilmirdi, qəfildən coşdu:   
 
221

‐ Xəbəriniz olmadı, yığdılar ey məni boğaza, almadığım 
arayış,  ödəmədiyim  cərimə  qalmadı,  hansı  qapını  açdımsa, 
şirinlik  istədilər,  axırda  hərbi  komissarlıqda  baş  leytenanta 
dedim  ki,  uşaq  vaxtı  nənən  səni  parçabiçdiyə  aparıb?  Dedi 
“hə”,  soruşdum:  ay  yoldaş  baş  leytenant,  gör  mən  oradakı 
nəmər yazan arvada oxşayıram sənə şirinlik verim?  
Pivə  parçı  gülməkdən  qırıldı.  Ofisant  Fatehə  təzə  pivə 
gətirəsi oldu.    
‐  Hamısına  şükür...  Min  dəfə  şükür...  Pasport  masada 
çalışan  mayor  öz  rəisini  gözləyir,  onsuz  mənə  vəsiqəsi  verə 
bilməyəcəyinə  and  içirdi.  Rəis  gəldi  və  mənə  daha  öz 
yanından əlli manat cərimə kəsdi. Qələt eləyib cəriməni hansı 
banka keçirəcəyimi soruşdum. Rəis başladı, nə başladı:  
‐  Sən  göydən  gəlmisən,  ə?  Hər  həftə  rəis  çağırıb  hesab 
istəyir,  dədəmdən  alım  verim,  ə?  “İç  xəbər”də  göstəriblər  heç 
dədəmin  qapısında  neft  fontan  vurduğunu?  İstəmirdinsə 
xərcin çıxa, canın çıxaydı, pasportunu möhkəm yerə qoyaydın. 
Ə,  yoldaş  mayor,  bına  niyə  əməlli  cərimə  yazmırdın,  ə?  İki 
yüz manat cərimə ödəsəydi, mən də bırda çənəmi yormazdım.  
Yoldaş  mayor  “Ə”  jurnalist  olduğumu  və  guya 
qələmimə  hörmət  edərək  yuxarı  həddə  cərimə  yazmadığına 
and‐aman  elədi.  Rəis    duruxdu.  Hansı  qəzetdə  işlədiyimi 
soruşdu.  “Çağırış”  qəzetinin  redaktoru  olduğumu  biləndə 
xoruzlandı:  
‐  Ə,  o  böyüklükdə  şəxsiyyətlərə  hörmət  etmirsiniz,‐ 
divardakı  portretlərə  baxdı‐  möhtərəm  Prezidentimizin 
uğurlu  daxili  və  xarici  siyasətinə  rişxənd  edirsiniz,  əleyhinə 
gündə min cür şər‐böhtan yazırsınız, ölkədə gedən quruculuq 
və  abadlıq  işlərini  görmürsünüz,  dövlətçiliymizə  zərbə 
vurursunuz,  dinəndə  halallıqdan,  təmizlikdən,  dürüstlükdən 
danışırsınız,  maa  rüşvət  təhlif  edirsən?  Rüşvət  təhlif  edirsən 
ki,  sənə  qanunla  müəyyən  edilmiş  müddətdən  tez  vəsiqə 
 
222

verim?  Sizin  hamınızı  dama  basmasaq,  Azərbaycan  düzələn 
deyil. Siz ölkəni xaosa sürükləyirsiniz!  
Qəzetin  bağlanmasından  xəbəri  olmayan  rəis  “dama 
basmaq”  məsələsində  ciddiləşə  bilərdi.  Onların  əlindən  saxta 
protokol  yazmaq,  insanlara  şər  atmaq,  məsum  vətəndaşların 
cibindən nəşə tapmaqdan yaxşı nə gəlir?  
Rəis  pulu  alıb  siyirməyə  atdı.  Oradan  haqq‐hesab 
dəftərini çıxardı, ayın o günkü gününə adımı yazdı, qabağıma 
üstəgəl  qoydu.  Siyahıda  adının  qarşısına  çıxaq  işarəsi 
qoyulanlar 
da 
vardı, 
ONLAR 
AZƏRBAYCAN 
RESPUBLİKASI 
VƏTƏNDAŞININ 
ŞƏXSIYYƏT 
VƏSİQƏSİNİ  NİSYƏ  ALANLAR  İDİ.  Bəzilərinin  önünə 
toyuq, 
hinduşka, 
qaz 
şəkli 
çəkilmişdi. 
Rəis 
məni 
qazlamağından məmnun qalmışdı, gözü gülürdü:  
‐  Qaqa,  hamımız  sizin  cəsarətinizə,  əqidənizə, 
vətənpərvərliyinizə pərəstiş edirik. Ə, hərdən bizdən də yazın 
dana. İnanın, biz də rahat nəfəs almırıq bu paqonların altında. 
Əcir çəkirik hamımız, əcir. Ə, havax yıxassınız bınnarı?‐ əliylə 
divardan  asılan  portretləri  göstərdi‐  canın  hakkı,  sənin 
dəstəklədiyin  o  müxalifət  lideri  var  ha,  adını  çəkmirəm,  özün 
bilirsən hansını deyirəm, bax o, prezident olan gün qağan saa 
ürəyin  istəyən  qonaxlıx  verəjək.  Saa  qonaxlıx  deyirəm  ey... 
Bazdıxnan aran nətərdi, ə? Qağan saa Mingəçöyürdən mamılı‐
matanlar  gətizdirsin,  qukla!  Ə,  mən  gərək  indi  rəis  olaydım, 
əlimin  altında  yekə  rayon  olaydı.  Kimdi  ə,  məni  rəis  qoyan 
bınnarın  vaxtında?  “İç  xəbər”də  göstəriblər  heç  dədəmin 
qapısında  neft  fontan  vurduğunu?  Ömrüm  boyu  paspırt  istol 
işləsəm,  rəis  keşməyə  pul  düzəldəmmərəm.  Umud  yenə  sizə 
qalıf, ə, bir tərpənin dana, qırmıyın bir‐birinizi, yıxın bunnarı!‐ 
əli ilə divardakı portreti göstərdi... 
‐  Gərək  ona  deyərdin  ki,  qaqa,  əlli  manat  xərci  var 
yıxmağın!..‐  Fateh  Mirzə  replika  tulladı  və  mənim  işlərimlə 
maraqlandı: 
 
223

‐ Axış, səndə nə var, nə yox? 
‐  Yaxşı  deyil,  ‐olanı  dedim‐  İsveç  səfirliyi  viza 
verməkdən imtina elədi. 
‐ Nə dedilər?‐ Fateh soruşdu.   
‐ NO VİZA!  
‐ Bəs Loviza?  
‐  Əgər  adına  ev  yox,  maşın  yox,  bankda  pul  yoxdursa 
NO VİZA, səni Avropaya buraxmaq olmaz. 
‐  Bu  da  güvəndiyimiz  dağlar!‐  Məti  Naxış  əlini  dizinə 
vurdu.  
‐  Sən  bizim  günümüzə  bax,  qağa,  qaçmaq  istədiyimiz 
dövlət pasport vermir, getmək istədiyimiz viza.    
 
*** 
Yığışıb  Fatehin  yerinə  getdik.  Molla  yasa  gələnləri 
mərhumun  günahlarını  cavanlığına  bağışlaması  üçün  Allaha 
dua  etməyə  çağırırdı.  “Cızzz”  pyesinin  ilk  hərfini  yazandan 
mərhumun  qır  qazanlarının  altını  qalayıblarmış.  Mən  dua 
eləmədim,  Fatehin  cənnətə  düşməkdən  qorxduğunu  bilirdim, 
mollanın  arxasına  asılmış  rəsminə  baxıb  biləyimi  üzümə 
çəkdim,  nəbzimi  öpüb,  bayıra  çıxdım.  Yuliya  Timoşenkonu 
ağlaşma  otağına  bir  addımlığımdan  apardılar.  “Azadlıq”la 
“Inqilab”ın‐ Bakının iki mühüm prospektinin‐ kəsişdiyi yerdə 
taksiləri  Ukraynanın  Baş  naziri  Yuliya  Timoşenkonun  maşını 
ilə  toqquşmuşdu.  Fateh  Mirzə  hadisə  yerində,  Məti  Naxış 
xəstəxanada  ölmüşdü.  Narıncı  inqilabın  simvolu  Bakıya 
səfərini  üç  gün  uzatmış,  yasa  gəlmişdi,  Küt  kəndi  dünyanın 
gündəmindəydi, Fateh dünyanın ən dəbdə olan ölüsüydü.      
Əcəl onları doyunca pivə içməyə qoymadı‐ qəfildən söz 
çıxdı  ki,  “Çağırış”  qəzetinin  Baş  redaktorunu  qaçırdıblar. 
Telefonunun  cavab  verməməsindən  narahat  olan  valideynləri 
polisə  və  hüquq  müdafiəçilərinə  xəbər  vermişdilər.  Baş 
redaktoru  çox  arayıb‐axtarmış  və  sorağını  Bakının  Kürdəxanı 
 
224

kəndindən  almışdılar.  Qızı  qaçırdıblarmış.  Jet  xanımı 
Süleymanovların  nümayəndəsi  qaçırtmışdı.  Süleymanovlar 
Azərbaycanın  məşhur  feodal  tayfalarından  idi,  “SÜ”  seriyası 
ilə  sürülən  maşınların  hamısı  onlarınkıydı.  Qəribə  adətləri 
vardı,  aldıqları  qıza  öz  familiyalarını  verməklə  yanaşı,  adının 
qabağına  maşınlarının  seriyasını  da  artırırdılar.  Hüquq 
müdafiəçisi  Novella  Cəfəroğlu  cəmiyyəti  Jet  xanımın 
qaçırılmasında  siyasi  motiv  olmadığına  arxayın  etmək  üçün 
İçərişəhərdəki  ofisində  mətbuat  konfransı  keçirirdi,  ora 
gedirdilər, 
internetdə 
işim 
olduğundan 
mən 
onlara 
qoşulmamışdım. Fləş xəbərlər yayan www.canlan.ma saytının 
paparatsiləri qırmızı xalatda külafrəngidən ərinə əl edən Süjet 
xanımın 
şəklini 
çəkmişdilər, 
“Azadlıq”la 
“Inqilab”ın 
kəsişməsindəki  qəzanın  xəbərini  də  mən  elə  o  portaldan 
oxumuşdum.  
“Şadlıqlarda  görüşək,  Reyhan”‐    qrup  yoldaşımla 
salamlaşdım.  Məni  görər‐görməz  ağladı.  Qadın  bəzən  elə 
yerdə  ağlayır  ki,  atası  onu  bağrına  basmağa,  kiritməyə  qadir 
olmur.  Qadın  bəzən  elə  yerdə  ağlayır  ki,  qardaşı  onu  bağrına 
basmağa, kiritməyə qadir olmur. Qadın bəzən elə şeyə ağlayır 
ki,  əri  onu  bağrına  basmağa,  kiritməyə  qadir  olmur.  Qadın 
bəzən  elə  vaxtda  ağlayır  ki,  sən  onu  bağrına  basmağa, 
kiritməyə  qadir  olmursan.  Həmin  an  ona  atasından,  ərindən, 
qardaşından yaxın olsan da...  
Fateh,  Reyhan,  Məti  və  mən  BDU‐nun  jurnalistika 
fakültəsində  oxumuşduq.  Reyhan  Ağdaşın  Kükəl  kəndindən 
idi.  Atası  Fərhad  müəllim  Bərdədəki  texniki  peşə  məktəbində 
kürəçi‐çilingər  sənəti  öyrənirmiş,  yataqxana  olmadığından 
sinif yoldaşı Nadirgildə qalırmış. Kolxozda işləyəndə, bəxtinə 
gün  doğmuşdu,  ali  təhsil  almış,  babat  vəzifələrdə  işləmişdi, 
Nadiri  unutmamışdı,  onu  uşaqlarına  kirvə  tutmuşdu.  Reyhan 
qardaşı  və  əriylə  birgə  Küm  kəndinə,  kirvəsigilə  gedirdi.  Biz 
də  Nadir  kişiyə  baş  çəkmək  istəyirdik.  Televiziyalar 
 
225

dayanmadan  Azinin  əleyhinə  təbliğat  aparır,  onu  gözdən 
salmağa  çalışırdılar.  Zahid  adlı  qonşularını  polisə  aparmış, 
barmağını qapı arasında qoymuş, televiziyaya çıxmağa, sarıqlı 
barmağı ilə Kürəçini hədələməyə  məcbur etmişdilər.   
Çala‐çuxur  kənd  yolu  bizi  xeyli  atıb‐tutdu.  Çathaçatda 
Nadir  kişini  gördük.  Çardağın  altında  oturduq.  Çay  gəldi. 
Reyhan  içmədi.  Çardağın  qırağındakı  qızılgüllərdən  bir  qom 
yığdı. 
Azindən 
həmişə 
qızılgül 
gözləmişdi 
Reyhan. 
Universitet  illərində  onu  bezdirən  eşq  elanlarını  qardaşından 
gizləyər,  Azinin  ovcuna  qoyardı.  Liberalizmin  gələcək 
müdafiəçisi  ağına‐bozuna  baxmazdı  o  vaxtlar,  davaya 
gedərdi.  O,  Reyhanı  sevirdi,  hamıdan,  rastına  çıxan  bütün 
qızlardan çox sevirdi. Onun fərqini anlayır, zərifliyinə pərəstiş 
edir,  ruhunu  özünə  doğma  sayırdı.  Bunu  etiraf  edə,  özünə 
etiraf  edə  bilmirdi,  arada  kirvəlik  səddi  vardı,  bəlkə  o  sədd 
bəhanəydi,  Azin  yaşayacağı  təlatümlü  həyatı  görür,  Reyhanı 
xoşbəxt edə bilməməkdən qorxurdu.  
Bir  gün,  daha  dəqiq  desək,  universitetdə  buraxılış 
imtahanı  ərəfəsində  Reyhan  onun  təzəcə  yaratdığı  “Kürəsəl 
haqlar”  Mərkəzinin  balaca  ofisinə  təşrif  buyurmuşdu.  Bir  az 
söhbət  eləmişdilər.  Söhbətlərinin  şirin  yerində  Azini  tədbirə 
çağırmışdılar.  O  gedən  getmişdi,  qayıdacağına  söz  versə  də, 
gəlib çıxmamışdı. Reyhan gələn elçilərdən Azini xəbərdar edə 
bilməmişdi.  O  vaxtlar  Məti  Naxış  Reyhana  vurulmuşdu.  Onu 
Azinə qısqanırdı. Qızla “okançatelni” söhbət eləmişdi, Reyhan 
könlünün Azində olduğunu boynuna almışdı.  
Reyhan  qızılgülü  burnuna  çəkirdi,  sevginin  iyini 
Azinin  əkdiyi  güllərdən  alırdı.  Azinlə  danışmadan  ərə 
getdiyinə  peşman  olmuşdu.  Ağadadaş  Ağayevə  oxşayan, 
“Lexus”  sürən  ərində  Azindəki  buntarlıq  yox  idi.  Belə 
baxanda,  Reyhan  həyatından  narazı  deyildi,  sakit,  hörmətli 
ömür sürürdü, intəhası, qəlbinin dərinliklərində həmişə Azinə 
ehtiyac  duyardı.  Onda  bu  ehtiyacı  yaradan  əri  Zülfüqarın 
 
226

dincliyi  idi.  Azin  Zülfüqar  olub  icra  hakimiyyətində 
işləməzdi, işləyə bilməzdi, “ümummilli lider” deməzdi, yaltaq 
tostlara  ayağa  qalxmazdı.  Reyhan  yaxşı  bilirdi  ki,  Zülfüqar 
ürəyində  kütləvi  qorxaqlığa  nifrət  edir,  bəlkə  ailəsi,  uşaqları 
olmasa  dözməz,  baş  alıb  Rusiyaya  gedər,  adamları  alçaldan 
rejimə  baş  əyməzdi,  hər  halda  ərinin  özünə  görə  savadı, 
vicdanı varıydı. İcra başçısına cavab qaytara bilməyib bir dəfə 
səhərəcən Reyhanın dizində ağlamışdı. O gün ərini oxşamışdı, 
ilk  dəfə  əzizləmişdi  Reyhan.  O  gün  Azini  ürəyindən  çıxmağa 
qoymayan  səbəbi  bulmuşdu,  üsyankarların  liderlikdən,  öndə 
getməkdən    zövq  aldıqlarını,  inqilabçıların  azadlıq  adlı  həzzə 
can atdıqlarını düşünmüşdü. Pianonun arxasına keçib “Ölməz 
cəngavərin  himni”ni  çalmışdı.  Ölməz  cəngavərlərin  adi 
kişilərdən  fərqli  erkəkliyə,  cinsi  enerjiyə  sahib  olduqlarını 
anlamışdı.  Kişiləri  protestə,  üsyana,  azadlığa  sövq  edən 
ehtirasa  dişi  canavar  ehtiyacı  duymuşdu.  O,  Azinin  zəhmini 
həmişə  hiss  etmişdi,  onu  yaşamaq  istəmişdi.  Reyhanın 
tükənməz  dişisəlliyi  onun  lider  kişiyə  ehtiyacını  həmişə 
ödənməz  saxlamışdı.  Zülfüqar  lider  olmaq  iddiasına  heç 
zaman  düşməmişdi.  Görəsən,  kasıb  ailədə  doğulsaydı,  atası 
rüşvət  verib  işə  düzəltməsəydi,  evini‐eşiyini,  altındakı 
maşınını  əlindən  alsaydılar  kim  olardı  Zülfüqar?  Xarakteri 
üsyan  qaldırmağa,  iddialarını  cəmiyyətə  təlqin  etməyə, 
başqalarını  ideyalarının  arxasınca  aparmağa  yol  vermirdi, 
Təhlükələrdən  qorxurdu  Zülfüqar.  Həmid  Herisçi  ilə 
İlhamiyyə  Rzayevanın  sunduğu  “Gecə  kanalı”nda  Azinin 
çıxışına  qulas  asan  Reyhan  azadlığın  nə  olduğunu  kəşf 
eləmişdi.  Azin  Fridrix  Hayekdən  sitat  gətirmiş,  azadlığın 
təhlükəsizliyin  ən  yüksək  forması  olduğunu  söyləmişdi, 
qorxudan sevənlərlə qorxmazlığı sevənlərin fərqini açmışdı:  
‐  Qorxudan  sevənlər  azadlığı  təhlükəyə  qurban  verir, 
qorxmadan  sevənlər  hər  cür  təhlükəni  dəf  etməyə,  azadlığa‐ 
 
227

bütün  həzzlərin  mənbəyinə,  həzzləri  şiddətləndirən,  onu 
doyumsuz edən ana can atırlar.  
Azinin  yanında  heç  nədən  qorxmazdı  Reyhan.  Həmişə 
tək  qalanda,  gözlərini  yumanda,  ehtirası  qımıldayanda  eyni 
xəyala  dalardı.  Şimşəklərin  durmadan  çaxdığı,  yağışın 
dayanmadan  süzdüyü,  selin  dərələri  vəhşicəsinə  ağuşuna 
aldığı anlarda uca dağ başında, zil qaranlıq kahada Azinlə tək 
qalmaq, gündüz çobanların yığdığı çır‐çırpı ilə tonqal qalamaq 
və  unudulmuş  bir  yapıncının  üstündə  sevişmək  istəyirdi 
onunla.  Qorxunu  canından  qovmaq,  azadlığa  can  atan 
sevgisini Azinə vermək istəyirdi...  
Bütün  bunlar  Reyhanın  ürəyindəydi,  nə  dil‐bilirdi,  nə 
ağız.  Onda  heç  kim  bilmirdi  ki,  Azin  Kürəçi  gizli  xürrəm 
cəmiyyətinin‐  “Qan  və  üz”  adlanan  konspirativ  təşkilatın 
lideri seçiləcək, Baş Bəy titulu daşıyacaq. Onda heç kim ağlına 
gətirməzdi  ki,  Azin  Kürəçi  həbs  ediləcək,  yeddi  il  iş  alacaq, 
Reyhan  onun  ziyarətinə  gedəcək,  qayıdıb  ərindən  boşanacaq, 
siyasi  məhbusla  kəbin  kəsdirəcək,  həbsdən  çıxmağa  şansı 
olmayan  adama‐  özü  də  kirvəsinin  oğluna  getməklə  bütün 
cəmiyyəti  mat  qoyacaq.  Hamının  əli  üzündə  qalanda  o  dişi 
canavar  mənə  e‐maillə  türmədə  Azinə  danışdığı  əfsanəni 
yazmışdı:  
‐ Qaranquş vurulduğu gənc oğlanın  pəncərəsinə qonur 
və  ondan  evində  yuva  qurmağa  izn  istəyir.  Oğlan  qaranquşu 
qovur.  Qaranquş  gələn  il  bir  də  gəlir,  oğlan  yenə  quşcığaza 
əhəmiyyət  vermir.  Ay  dolanır,    il  keçir,  təzədən  peyda  olan 
qaranquş  sevgisini  izah  etməyə  çalışır.  Deyir  ey  insan,  başa 
düş,  sənə  xoşbəxtlik,  şans  gətirəcəm...  İnsan  inanmır. 
Dördüncü  il  qaranquş  xəbərdarlıq  edir:  “bu  mənim  son 
gəlişimdir,  məni  evinə  burax!”  Ev  sahibi  pəncərəni  açmır. 
Qaranquş  uçub  gedir  və  qayıtmır.  Oğlan  quşcığazı  soraqlayır 
və  öldüyündən  xəbər  tutur.  Özünə  sual  verir:  “mən  neçə 
 
228

şansımı  əldən  vermişəm?!”  O  sualı  mən  Azinə  verdim:  “BİZ 
NƏ QƏDƏR ŞANSIMIZI ƏLDƏN VERMIŞIK?”  
*** 
Əsl  Yolçuların  Kopenhagen  toplantısının  gündəliyində 
dörd  məsələ  vardı.  Feofob  yad  olunacaq,  ruhunun  hansı 
canlıya  keçəcəyi  təxmin  ediləcək,  mənə  “axıncı”  dərəcəsi 
veriləcək, 
Baş 
Bəy 
seçiləcək, 
nəhayət, 
Qəm 
Şamı 
söndürüləcəkdi. 
Tədbir 
21.21 
dəqiqədə 
Kristianiya 
şəhərciyində təşkil olunacaqdı, mən dünəndən hazır idim.  
Şəhərciyin  girəcəyindəki  bayrağın  qırmızı  ipəyi  üç  sarı 
nöqtəni 
dalğalandırırdı. 
Taxta 
lövhəyə 
“Christiania” 
yazılmışdı. Əsl Yolçular diskotekanı təsadüfən seçməmişdilər, 
ümumiyyətlə,  xürrəm  aləmində  təsadüflər  olmur,  Kristianiya 
dövlətsizləşmiş  muxtar  rayon  idi,  ərazidə  qanunlar  işləmir, 
qaydalar  yoxdur,  polis  mövcud  deyil,  insanlar  bir‐birinin 
azadlığına  xor  baxmırlar,  istədiyin  qədər  içə,  keflənə,  əylənə, 
öz  aramızda  qalsın,  rahatca  aşağı  dozalı  nəşə  alıb  çəkə 
bilərsən,  dükanlar  doludur.  Sxemə  baxıb  rəngbərəng  evlərin 
arasından  gedəcəyim  küçəni  tapdım.  Dəvətnaməmi  qapıda 
duranlara  göstərib  “Q‐21”  diskotekasına  keçdim.  İkisindən 
biri  Karlsberq  pivəsi  və  yüngül  dozalı  narkotik  uzatdı.  Pivəni 
aldım, nəşəni rədd etdim.  
Sevda  Ələkbərzadə  “Şəbi‐hicran”  oxuyurdu.  Ortalığa 
yekə  bir  şam  qoyulmuşdu.  Azin  və    Qayane  gələnləri 
qarşılayırdılar.  Qayane  Stokholmda  bir  zamanlar  Feofobun 
arvadı Yelenanın yaratdığı gizli qadın lojasına‐ Qadın Azadlıq 
Yolçuları  Andlılarına  rəhbər  seçilmişdi.  Əsl  Yolçular  tək‐tək 
içəri  girirdilər.  Hamısı  pivə  götürmüş,  xaşxaşdan  imtina 
eləmişdilər.  
Toplantı  “Koroğlu  uvertura”sı  ilə  açıldı.  Tarkan  qısa 
çıxış elədi:  
 
229

‐  Bu  gün  QƏM  ŞAMININ  SÖNDÜRÜLƏCƏYİ 
GÜNDÜR!  Hələlik  o  şamın  işığında  daha  bir  neçə  vacib 
məsələ həll edəcəyik.  
Mən “Axınçı” oldum. Alqışladılar. Azin Kürəçi Baş Bəy 
seçildi. “Manovar” qrupu “Ölməz cəngavərin himni”ni çaldı.  
 
*** 
Dörd  ulduzlu  Quality  Marino  Otelin  dördüncü 
qatındaydım.  Dörd  gündür  birgə  yaşadığım  Güneylə  dənizə 
baxırdım. Dəniz kükrəyirdi. Yadıma Dübəndi düşürdü. Bir qış 
Fateh,  Azin,  Məti  və  mən  yığışıb  dimdiyin  ucundan  dənizə 
baxmağa  getmişdik.  Yeməyə  götürdüyümüz  kolbasanı 
şaxtanın  qılıncı  ilə  doğramışdıq.  Şər  qarışmışdı.  Yarğanın 
başından  Xəzərə  baxırdıq.  Yarğanın  dibi  görünmürdü.  Dəniz 
kükrəyirdi.  Dənizin  harada  qurtardığı,  səmanın  haradan 
başlandığı  bilinmirdi.  Göyün  üzü  qaraydı,  dənizin  üzü 
qaraydı,  torpağın  üzü  qaraydı.  Göy  yox  idi,  qaraltısı  varıydı. 
Dəniz  yox  idi,  qaraltısı  varıydı.  Torpaq  yox  idi,  qaraltısı 
varıydı.  Bu  dünyanın  qaraltısı  varıydı.  Heç  biz  də  yox  idik, 
qaraltılarımız  varıydı.  Qaraltılarımızın  əlindən  tutduq.  Ağız‐
ağıza 
verdik. 
Qışqırdıq: 
XƏZƏƏƏƏR! 
XƏZƏƏƏƏR! 
XƏZƏƏƏƏR! Xəzər ən iri qaraltısını göndərdi bizə...   
Xəzər  göl  idi.  Onun  okeanla,  dənizlə  əlaqəsi  yoxuydu, 
ətrafındakı  ölkələrə  okeandakı  sunamilər,  dənizdəki  dalğalar 
gəlib  çıxmırdı.  Çıxsaydı  Kristianiyanı  tərk  edərkən  lövhəyə 
istehza  ilə  yazılmış  “buradan  çıxıb  Avropa  Birliyinə  daxil 
olacaqsınız”  bildirişi  mənə  respublikadan  qaçıb  krallıqdan 
sığınacaq almaqdan betər söyüş olmazdı.  
Güneyə  bacısı  Quzeyi  tələsdirməyi  xahiş  etdim.  Quzey 
Qəm Şamı sönəndə Noğtayı seçmişdi. Noğtay islamdan imtina 
edib  Baş  Bəyə  qoşulan  türk  sərkərdəsiydi.  Həmişə  saatdan 
geri  qalırdılar.  İşlərimiz  çoxuydu,  polisə  getməli,  Danimarka 
Krallığından siyasi sığınacaq istəməliydik.  
 
230

Respublikadan  qaçıb  krallıqdan  sığınacaq  almağa 
getdiyimiz  dar  macalda  Quzeyin  güzgünün  qabağında  üzünə 
bir saat qara çəkməyini gözləməyə səbrim çatmadı, internetdə 
www.canlan.ma  saytını  açdım.  Ölkə  xaraba  qalmışdı.  Azin 
Kürəçi  həbs  edilmişdi!  Dövlət  Təhlükəsizlik  Nazirliyi  onun 
evində  xəzinə  xəritəsi  axtarmışdı.  İsveç  diplomatı  Loviza 
əxlaqsızlıqda  suçlanaraq  “persona‐non‐qrata”  elan  edilmişdi. 
Saytın  rəsmən  təsdiqlənməyən  ehtimalına  görə,  o  irəli 
Kopenhagendən  Bakıya  uçan  təyyarənin  gecikməsinə  səbəb 
hava  limanında  PET‐in  Azin  Kürəçini  Bakıya  qayıtmaq 
qərarından  daşındırmağa  çalışması  olmuşdu.  O,  məhbəsi 
seçmişdi.  
Mən  kompüteri  söndürmək  istəyəndə  sayt  qaynar 
xəbər  yayınladı:  “QHT  sədrinin  həbsinə  etiraz  edən  siyasi 
partiyalar,  media  orqanları  və  ictimai  təşkilatlar  hüquq 
müdafiəçisi 
Novella 
xanımın 
təşəbbüsü 
ilə 
Kütləvi 
İnformasiya  Vasitələri  Evində  toplanaraq  birgə  bəyanat 
imzalayıblar.  
Səhər  www.canlan.ma  saytını  internetdə  görmədim, 
hakerlər  onu  dağıtmışdılar,  “Dördüncü  alma”  qəzeti  bu 
tələblə çıxmışdı: 
AZİN KÜRƏÇİYƏ AZADLIQ! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
231

 
 
 
 
 
 
 
 
 
 
 
“Araz”  nəşriyyatında  19.03.2009‐cu  ildə  çapa 
imzalanıb və “YEK PRODİCTION” mətbəəsində 
çap olunub. Kitab pulsuz paylanıb. 
      
                             49112346789 
           T
  ‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐‐ QRİFLİ NƏŞR 
                                050‐2009    
 
Əsərlə bağlı rəy və təkliflərinizi bu ünvana göndərə bilərsiniz: 
azin_kureci@yahoo.com 
 
 
 
 
 
 
 
 
 
 
 
 
232

 
233
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin