Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   7   8   9   10   11   12   13   14   15

“İran”  adlı  rəsmi  qəzetdə  dərc  olunan  elanı  oxudu  mənə  Vətən: 
ʺİmam  Rzanın  ziyarətinə  gələn  qardaşların  rifahı  və  onların 
müqəddəs  Məşhəddə  olduqları  zaman  halal  yolla  cinsi  ləzzət 
almaları  üçün  Xorasan  vilayəti  ərindən  boşanmış  və  bakirə 
bacıların siğə mərkəzini yaradıb... ʺ  
‐  Məşədi olmaq istəyirsən?‐ Qalxan ehmalca soruşdu.  
 ‐  Məhəl qoyma, müsəlman deyiləm!  
‐  Mən ölüm, hansı dinə tapınırsan?   
‐  Məhz “Qapalı çarşı”dakı ilan boğanın dininə!  
‐  Məgər o peyğəmbərdir?   
 
186

‐  Məsxərəyə  qoyursan?  Mən  o  dinə  inanıram  ki,  onun 
Tanrısı,  tabuları,  kitabı,  peyğəmbəri,  imamı,  mollası  yoxdur.  Hər 
kəs  özünün  Tanrısı  və  elçisidir.  İnsan  axtardığı  həqiqəti  kitabda 
da  tapa  bilər,  filmdə,  musiqidə  də.  Məbəddə  də,  tualetdə  də, 
internetdə də. Onu sənə bilgili də deyə bilər, sevgili də, avam da, 
düşmən də. Nə aradığını, nə axtardığını bilsən yetər. 
‐  “New age”??? 
‐  Xürrəmlik! 
‐ Sən iki axını necə birləşdirmisən? 
‐ Sən onlarda fərqli nə görürsən?  
Paşa‐paşa  parkdan  çıxdıq.  “Səni  heç  zaman  unuda 
bilməyəcəyin  səfeh  səhnəyə  baxmağa  aparacam”  –  dedi  Vətən. 
Gedəcəyimiz  yer  uzaq  olmadığından  yolu  piyada  qət  etdik. 
Elgölündən 
gələn 
yolun 
İmam 
Xomeyni 
xiyabanı 
ilə 
kəsişməsindən  azacıq  aralıda  yerləşən  “Can  bazarı”na  getdik. 
“Can  bazarı”nda    gənc  qız  Müxəmmirəni  camaatın  gözü 
qabağında  asacaq,  daşa  basacaqdılar.  Müxəmmirə  fagır  fars 
qızıydı,  Şırazlıydı.  Müsibətini  Təbrizə  göstərməyi  rejim  qəsdən 
düşünmüşdü.  Adamları  öz  şəhərində  daşlamağa,  dar  ağacından 
asmağa qorxur molla rejimi. Təbrizdə edam edilməsinə daha incə 
səbəb  səfil  qızın  qırmızı  adıydı.  Qırmızı  geyən  başıalovlu 
Babəkçilər  tarixdə  həmçinin  müxəmmirə  adıyla  məşhurdurlar. 
Zinakarlıq  üstündə  ölümə  məhkum  edilmiş  Müxəmmirəni 
mücadiləçi  Təbrizdə  edam  etməklə  xalqa  mesaj  verilirdi: 
“xürrəmlər 
zinakar 
olublar!” 
Qalsın 
qulluğunuzda, 
quqqulular!       
“Can  bazarı”nın  dörd  yanı  xəfiyyəylə  doluydu,  poqonun, 
polisin  əlindən  tərpənmək  olmurdu.  Verdikləri  mesajın  qayıdıb 
qafalarına dəyəcəyindən qorxurdu rejim. Müxəmmirənin edamına 
qarşı 
çıxan 
hünərli 
hüquq 
müdafiəçiləri 
ortamı 
gərginləşdirmişdilər.  Ölkədəki  xarici  telekanalların  mürtəd 
müxbirlərinin  edam  səhnəsini  lentə  almasına  əngəl  olmaq 
tapşırılmışdı xəfiyyələrə. Qalsın qulluğunuzda, quqqulular!   
 
187

Həmin günün səhəri BBC telekanalı Müxəmmirənin edam 
səhnəsini  yayınladı.  Fitvanın  icrasında  əldən‐ayaqdan  gedən, 
qızın  boynuna  kəmfürsətliklə  kəndir  keçirən  mollanın  üzünə 
çırpılan  çarşabı  bütün  dünya  gördü.  Dünyanın  lənətlədiyi  o 
görüntüləri  gizlincə  mən  çəkmiş,  informasiyanı  internet 
vasitəsiylə  BBC‐yə  göndərmişdim.  Bunu  insanlıq  adına  və 
quqqulu mollaların acığına etsəm də, Bakıya qayıdanda həyatımı 
həqiqətən risqə qoyaraq çəkdiyim o görüntüyə BBC yaxşı qonorar 
verdi.  Həmin  qonorar  qolumu  qoynumdan  götürdü,  Babəkin 
sirrlərini axtarmağım üçün göydəndüşmə oldu.  
Müxəmmirənin  çarəsizlikdən  çarşabı  mollanın  üzünə 
vurduğu  səhnəni  BBC  yayınlayanda  mən  yoldaydım,  avtobusla 
Təbrizdən  Kəleybərə  gedirdim.  Kəleybərdə  məni  qabalıqla 
qapadılmış  “Çağrı”  qəzetininin  əməkdaşı,  Evin  zindanının  daha 
bir  keçmiş  məhbusu  Yürüş  qarşılayacaqdı.  Koçulu  məhəlləsində 
yerləşən  evlərinə  qonaq  aparacaq,  axşam  onlarda  qalacaqdım. 
Sübh  tezdən  şələ‐şüləmi  yığışdırıb  onunla  Bəz  qalasına 
yollanacaqdım.  
 
“T”OXUNUŞ 
 
Diplomunu  özü  ilə  götürmüşdü.  Anasının  yaylığına 
büküb  diyircəkli  çemodanın  arxa  gözünə  qoymuşdu. 
Hərdənbir  çıxardıb  baxır,  əli  ağzında  yana‐yana  ayın‐
oyunlarını  qabqarlayanda  arvadın  başından  açıb  verdiyi 
örpəyi iyləyir,  qəhərlənirdi.  Anası yaylığın  bir  ucuna ağladığı 
qanı  silmişdi,  o  tərəfi  dolan  gözlərinin  nəminə  çəkməyə  əli 
gəlmirdi,  örpəyin  digər  küncünə  onun  öz  qəhəri  hopmuşdu. 
Yaylıq  göz  yaşı  qoxuyurdu  və  o  qoxu  diplomdan  gələn 
oduncağın  iyini  duzlamışdı.  Duzlu  oduncaq  iyini  ciyərlərinə 
dartan 
burnunun 
ucu 
anasından, 
rayonlarından, 
 
188

yataqxanadan,  universitetdən,  Xəqani‐33‐dən  ötrü  göm‐göy 
göynəyirdi.  Yadına  Çinqouzda‐  Bərdədən  Ağcabədiyə  gedən 
yolun dövrəsi‐ yediyi xaş düşürdü, Kamalın xaşı rayonda adla 
deyilərdi,  deyilmişkən  varıydı,  dana  dırnaqlarının  sap‐sarı 
həlimi  barmaqlarının  beşini  də  bir‐birinə  yapışdırmışdı, 
başına  limon  sıxıb  bir  çappa  stəkan  “Bəy”  arağı  vurmuşdu, 
qəlyanaltının  nə  vaxtsa  hansısa  məktəbin,  yaxud  ictimai 
müəssisənin  yeməkxanasının  ayağından  silinmiş  sınıq‐salxaq 
kətillərinə,  bir  qırağına  domino  xalları  yazılmış  göy  üzlü 
mizlərinə  və  narıncı  boya  ilə  üzdən  rənglənmiş  fanerlərinə 
baxmışdı, çölə çıxmışdı, burnuna səhər‐səhər təzəcə köz salan 
manqaldan  kömür  iyi  gəlmişdi,  uzun  manqalın  başındakı 
xeyir‐şər  samovarını  görəndə  eyninə  xoruzquyruğu  çay 
düşmüşdü,  dəmlətdirib  iki  armudu  stəkan  içmiş,  tənəklə  qol‐
boyun  olmuş  çəkilin  budağında  cikkildəyə‐cikkildəyə  o  yana‐
bu  yana  tullanan  sərçənin  şəklini  çəkmişdi,  digital  aparatın 
plyonkasız  necə  şəkil  çəkdiyini  o  sualları  fizika  müəlliminə 
verməli  olan  Tomuya,  yalan  olmasın,  yarım  saata  güc‐bəla  ilə 
başa  salmışdı,  könlünü  xoş  eləmək  üçün  bığ  yeri  təzəcə 
tərləyən  xidmətçini  də  kadra  çevirmişdi.  Kamalın  yanından 
çıxanda  qaşdakı  dəmir  dükanının  qabağından  keçib  o  taya 
getmək,  körpünü  piyada  adlamaq  istəmişdi.  Qaşdakı  dəmir 
dükanının 
işləyib‐işləmədiyinə 
göz 
qoya 
bilməmişdi, 
yanından keçən motorelin səsi onu uşaqlıq  illərinə aparmışdı, 
Təzə  bazarda  dədəsi  ilə  yediyi  ilk  pitidən  tutmuş, 
kitabxananın  dalındakı  evinə  hazırlığa  getdiyi  rayonun  ən 
savadlı  tarix  müəllimi  Sərdar  Zeynalovacan  hər  kəs,  hər  şey 
gəlib  gözünün  qabağından  keçmişdi.  Bir  də  baxmışdı  ki, 
dəmir  yolu  vağzalındadır,  1941‐45  müharibəsində  oğlunun 
qara  xəbərini  alan  ananın  heykəlinə  baxıb,  böyük  körpüdən  o 
taya  keçib,  ayaq  körpüsündən  bu  taya  qayıdıb  və  kassanın 
qabağında durub kupeyə bilet istəyir.  
‐ Bilet yoxdur! Yoxdur!!! 
 
189

‐ Müdir, sən canın, gör neyləyirsən!  
‐  Ə,  sən  nətəhər  adamsan,  söz  kar  eləmir?  Yoxdur! 
Plaskarta  istəyirsənsə,  verim,  ikisini,  üçünü,  lap  dördünü 
verim, amma kupeyə, balamın ölmüşü, biri də qalmayıb!  
‐Bıy,  bu  bizim  Eldəniz  döyül?  Gün  hardan  doğuf  əə, 
belə?  Nə  yaxşı  buraları  yad  eləmisən?  Dədən  nətəhərdi  əə? 
Danadan‐dunadan  qapıda  var  maldan‐davardan?  Neyləsin, 
sənin  ucundan  edir,  uşaq  oxutmaq  çətindir  indiki  zamanada, 
keçən il mal bazarında gördüyümdür, demə  belə deyir,  bir az 
sınıx  dəydi  gözümə,  özünü  oda‐közə  vurur  kişi,  tay 
qurtarmısan unverseti, əmələ gələr. Əmin nətəhərdi əə? O irəli 
Bakıdaydım,  maşın  almağa  getmişdim,  sağlığına  011‐i 
dəyişdim,  “Çeşka”  qoydum  altıma,  Moskovski  prospektdə 
QAİ  saxlatdı,  düşdüm,  əmin!  Boynunun  dalına  bir  qapaz 
vurdum,  dedim  ə,  Mızıx,  səhər‐səhərdir,  siftə  verim?  Dedi,  ə, 
səysən?  Bir  işə  düzəlləmmədin  hələ?  O  boyda  diplomun  var, 
özünə  yaxşı  bir  iş  tap,  bu  dəqiqə  camaat  milyardlar  qazanır! 
Müxalifətə‐zada qoşulma, onların axırı yoxdur!  
Ona  ağzını  açmağa  macal  verməyən  “Ququ”  Əhliman 
idi.  “Ququ”nun  rayonda  aşıra  bilmədiyi  iş  yoxdu,  deputat 
köməkçisiydi, son parlament seçkilərində çəkdiyi əziyyəti icra 
başçısı yerdə qoymamışdı.Çağırmışdı yanına:  
‐  Adın  işdə  gedər,  aybaay  maaşını  alarsan,  bir  qız  da 
götürərsən,  seçicilərin  məktubları‐zadını  qəbul  edər,  bir  yana 
çıxanda da vəsiqədir, əlindən tutar!  
“Ququ”  Əhliman    Bakıda  yaşayan  bacısının  oğlunu 
Bərdəyə 
saldırmışdı, 
komandirə 
görüm‐baxım 
edib 
əsgərliyinin  yarısını  çəkmiş  uşağı  on  günlük  məzuniyyətə 
çıxartmışdı, ona bilet almağa gəlmişdi.  
‐  Bilet  almısan?  Almısansa  dəyişdirək,  sağlığına  əlimiz 
uzundur, bacıoğluyla bir gedin elə...  
‐  Plaskartda  getmək  istəmirəm,  kupeyə  də  bilet 
qalmayıb, kassir balasının canına and içir... 
 
190

“Ququ” Əhliman gülümsəyib kassaya yaxınlaşdı və iki 
dəqiqə keçməmiş əl eləyib onu yanına çağırdı.  
‐  Balamın  ölmüşünə  qalan  elə  iki  biletdi,  onu  da 
tapşırmışdılar,  zəng  elədilər  ki,  day  gedəsi  olmadıq,  kakraz 
Əhliman  gəldi,  ona  da verməyib,  kimə  verəcəm,  türkün  sözü‐ 
kassir özünə bəraət qazandırdı. 
“Ququ”  Əhlimanın  bacısıoğlu  alıb  telefonuna  baxdı. 
Onun telefonu ilə çağrı verib öz nömrəsinə kontur yüklətdi və 
batareya  qurtaranacan  sevdiyi  qıza  SMS  yazdı.  Eldəniz  
telefonunun  sönməsinə  və  “Ququ”  Əhlimanın  bacısıoğlunun 
başının  qarışmasına  sevindi.  Yola  pendir,  soyutma  kartof, 
yumurta  və  çolpa  götürmüş  ahıl  ər‐arvadın  and  verib 
uzatdıqları  dürmək  boğazından  keçmədi.  Ər‐arvad  Bakıda 
hansı qohumlarının evində qalacaqlarını götür‐qoy elədilər və 
qonum‐qonşudan yüngülvari qeybət qırıb yatdılar.  
Qatarın  səsiylə  baş‐başa  qaldı.  Nədənsə  qatarın  səsi 
hamıdan, hər şeydən qabaq ona bir bənd şeir xatırlatdı:  
İki ömür yolu‐ bir dəmir yolu, 
Bizimçün dayanıb bu dayanacaq, 
Nə sənin mənimtək sevənin olub, 
Nə məni sənintək duyan olacaq!.. 
Kimin  şeiiriydi?  Nüsrət  Kəsəmənlinin?  Yox,  onun 
deyildi,  Nüsrəti  əzbər  bilirdi.  Musa  Yaqubun?  Məmməd 
Arazın?  Sabir  Rüstəmxanlının?  Qərar  verə  bilmədi.  Qərara 
gəlməyə  can  atmadı  da.  İki  ömür  yolu‐  bir  dəmir  yolu 
olmamışdı.  Olsaydı,  indi  qatarda  getməzdi,  qatarın  səsinə 
qulaq  asmazdı.  Gedən  qatarın  dayanmasını  arzulamırdı,  heç 
arzulamırdı,  qatarın  yolunun  üstündə  onlara  görə  dayanmış 
bircə  dayanacaq  da  yox  idi,  artıq  yox  idi,  hamısı  uçmuşdu, 
tökülmüşdü, təmir edilmişdi, rənglənmişdi... Bərdədən Bakıya 
gedən yeni xəyalları gözləyirdilər. 
Taq.. Taq... Taq... Taq...  
Taq.. Taq... Taq... Taq... 
 
191

‐ Bura haradır?‐ Gülşən ondan soruşdu. 
Ataları,  iyirmi  ilin  əsgərlik  dostları  tələbə  adını 
qazanmış  övladlarının  sağlığına  yaxşıca  vurub  yatmışdılar. 
Dostundan  qıvraq  olduğuna  görə  yuxarı  qata  çıxmış  atasının 
üzündəki təbəssüm Eldənizin dodağını azca qaçırtdı.  
‐ Əə, nəyə qımışırsan, söz soruşmuram? Bura haradır?  
‐ Deyəsən, əmin yaxşı yuxu görür, gülümsünür!.. 
‐  Sənin  əmin  də  qoymur  məni  yatam!‐  Gülşən  hərdən 
xoruldayan atasına eyham vurdu.   
Gülşənin  atası  alt  tərəfində  yatdığından  Eldəniz  onun 
üzünü görmürdü, hərdən xorultusunu eşidirdi.   
‐  Bura,  vallah,  heç  bilmirəm  haradır...  Amma  Ucarı 
keçmişik, hə, çoxdan keçmişik... yox, hələ təzə keçmişik! 
Yastığını  götürüb  qapıya  sarı  qoydu.  Dirsəklənib 
gözlərini Gülşənə zillədi. Gülşən “baxma mənə” deyə bilmədi, 
ataların  eşidəcəyindən  qorxdu.  Gözlərini  yumdu.  Kiprikləri 
Eldənizin  baxışlarınacan  uzandı.  Boynunu  azca  yana  əyib 
altdan yuxarı baxdı.  
‐ Qurban olum, baxma! 
Lap yavaşcadan dedi. Təkcə o eşitdi. Bir anlığa ona elə 
gəldi  ki,  hər  ikisinin  qolları  uzandı,  lap  uzun  oldu  və  əlləri 
bir‐birini  sıxıb  boşladı.  Eldəniz    əllərini  axtardı.  Sağ  əlini 
başının  altına  vermişdi,  sol  əli  arxasına  düşmüşdü.  Gülşənin 
əllərinə  göz  qoydu.  Büründüyü  mələfədən  təkcə  Gülşənin 
çiyinləri  görünürdü.  O,  mələfənin  altından  çıxardıb  sağ  əlinə 
baxdı və daha sonra onunla gözünü örtdü.   
Taq... taq... taq... Qurban olum, baxma! 
Taq... taq... taq... Qurban olum, baxma! 
Gülşən  dilli‐dilavər,  şirindil  idi.  Öz  evlərində,  onlara 
gələndə hamıya “qurban olum” deyərdi. Ondan savayı. Onun 
dilindən  bircə  dəfə  “qurban  olum”  eşitməkdən  ötəri  nələr 
verməzdi Eldəniz?  
-
 
Gülü!‐ lap yavaşdan səslədi.Pıçıltıyla.   
 
192

Cavab  vermədi.  Onun  nə  deyəcəyini  bilirdi.  Eşitmək 
istəmirdi.  Atasının,  əmisinin  yanında  eşitmək  istəmirdi.  Ayrı 
yerdə  eşitmək  istəyirdi  və  ona  ürəkdən,  lap  ürəkdən  “qurban 
olum”  demək  istəyirdi.  Gözlərini  yummuş  Gülşən  ağ 
mələfinin  arasında  və  Eldənizin  baxışlarının  altında  özünü 
gəlinlik  donunda  təsəvvür  edirdi.  Onlar  ağılları  kəsəndən 
həftədə‐iki  həftədə  bir  dəfə  ya  o  evdə,  ya  bu  evdə‐  onsuz  da 
bir evliydilər‐ eyni sağlığı eşitmişdilər:  
‐ Allah bizi daha da mehriban eləsin! 
Onsuz da mehribanıydılar, aralarından su da keçməzdi, 
yaxşı  tikəni  tək  yeməzdilər,  pis  gündə  bir‐birinə  hayan 
olardılar,  əl  tutardılar‐  ataları  dar  günün  dostlarıydılar.  Allah 
onları  daha  nə  cür  mehriban  edəcəkdi?  O  sağlıqların‐  biri  də 
azca  bundan  qabaq  deyilmiş‐  mənasını  indi  qanırdılar,  bəlkə 
vaxtından  tez  anlamışdılar,  bəlkə  də  vaxtından  gec  duyuq 
düşmüşdülər,  hər  nə  isə  Allahın  atalarını,  ailələrini  daha  da 
mehriban  eləmək  yetkisinin  fərqinə  qatarda  gedə‐gedə 
varırdılar. Qismət o günəymiş. 
   Düz  dörd  il  küsülü  qaldılar.  Heç  kim  onların  küsülü 
qalmağından xəbər tutmadı. Rayona bir gəldilər, rayondan bir 
qayıtdılar,  pay‐püşlərini  böldülər,  bayramlarda  yüngülvari 
hədiyyələrlə 
təbrikləşdilər, 
arada 
teatra 
da 
getdilər. 
Dindirmədilər  bir‐birini.  Bıçaq  sümüyə  dirənəndə  ortalığa 
danışdılar.  Son  dəfə‐  Gülşən  diplomunu  alıb  rayona  qayıdan 
gün  BDU‐nun  qabağından  düz  “Bakı  Soveti“  metrosunacan 
piyada  düşdülər.  “Nostalji”  kafesində  şam  işığında  yemək 
yedilər.  Sükut  pozulmadı.  Allahdan  olan  kimi  şampanın 
qapağı  da  partlamadı,  qədəhlərin  də  cınqırı  çıxmadı.  Sabir 
bağından  İçərişəhərə  keçdilər.  Qız  qalasına  qalxdılar. 
Maddım‐maddım dənizə baxdılar. Gəmiyə mindilər. Gəmidən 
qaçan balıqlar kimi lal‐dinməz oldular. Balıqtutanların yanına 
gedib  səkinin  qırağında  oturdular.  Gülşən  onun  qoluna 
girərək  başını  çiyninə  qoydu.  Əhmədliyə  baxdı.  Kirayədə 
 
193

qaldığı  evi  tapmağa  çalışırdı.  Yanaqlarından  yaş  axırdı. 
Eldənizin  dili  tutulmuşdu.  Dörd  ildir  hər  gecə  öz‐özünə 
deyərək  əzbərlədiyi  sözlər  qağayıların  dimdiyindən  dənizə 
düşmüşdü və qağayılar onu heç cür tapa bilmirdilər.  
Dəmir  yolu  vağzalında  dayanmışdılar.  Dispetçer  qadın 
tez‐tez elan edirdi: “Bakıdan‐ Xankəndinə gedən qatara minik 
başlayıb!!!”    
‐  Harada  qaldılar?‐  Eldəniz    valideynlərini  və  bacısını 
qəsd edirdi, Gülşən rayona onlarla gedəcəkdi.  
‐ Sən o yaşıl gözlü qızı sevirdin??? 
“Bakıdan‐ Xankəndinə gedən qatara minik başlayıb!!!”    
‐ Gəldilər!!!‐ Gülşən yüyürüb əmisinin qoluna girdi.  
‐ Mənim qızım yüz oğula dəyər!‐əmisi Gülşəni təriflədi.  
Vağzalın  tualetinə  girdi.  Yaşlı  rus  qadın  barmağını 
arasına qoyub əlindəki kitabı qatladı, eynəyinin altından baxa‐
baxa  onun  cibini  eşələyib  qəpik  çıxartmasını  gözlədi.  Eldəniz  
qəpiyi  Vladimir  Nabukovun  “Lolita”sına  sarı  itələyib  əl‐üz 
yuyanın  qabağında  növbəyə  dayandı.  Nə  ağır  işi  vardı,  nə 
yüngül!  Güzgüdə  üzünə  baxmaq  istəyirdi.  Atası,  anası,  bacısı 
gethagetdə onunla öpüşüb‐görüşmüşdülər.  
‐  Gəl  mən  də  öpüm  səni!‐  Gülşən  bir  az  utana‐utana, 
amma ərklə demişdi. 
Gülşənin  pomadası  üzündə  qalmışdı.  Əlini  isladıb 
başına  çəkdi.  Qulaqlarını  yudu.  Qarqara  elədi.  Gülşənin 
dodaqlarının izini yumadı. 
Metroda  hamı  ona  baxırdı.  Qızlar  altdan‐altdan 
gülürdülər,  oğlanlar  izi  qalmış  dodaqları  təsəvvür  eləməyə 
çalışırdılar, 
qocalar 
başlarını 
bulayırdılar. 
“Elmlər 
Akademiyası“ndan çıxanda keçmiş tələbə yoldaşı ilə rastlaşdı.  
-
 
Bazlıqdan gəlirsən? Babat şeyiydi barı?  
Qolunu  boş  qoyub  qulağının  dibinə  birini  ilişdirdi. 
Köhnə  qrup  yoldaşı  yerə  yıxıldı.  Bu  il  ölmüsən,  bildir 
 
194

ölmüsən?  Soruşmadı.  Yerə  yıxılana  heç  baxmadı.  Mini 
marketə girib araq aldı.  
‐  Xahiş  edirəm,  otağı  tərk  edin!  Saşa,  incimə,  səndə  bir 
yana get, axşam gəlib yatarsan!  
Hırraxananı dağıtdı. Saşa‐ onun neçə illik otaq yoldaşı‐ 
bir az ləng tərpəndi:  
‐ Nəsə olub?  
Eldəniz    cavab  vermədi.  Otağın  başındakı  pəncərəni 
açıb  siqaret  dumanını  çölə  qovdu.  Butulkanı  başına  çəkdi.  İçə 
bildikcə  içdi  və  dibində  nə  qədər  qaldığına  baxmadan  onu 
yataqxananın  dördüncü  qatından  yerə  tulladı.  Saşa  qapını 
daldan  bağlayanda  gəlib  güzgüdə  daha  bir  dəfə  üzünə  baxdı. 
Özünü narıncı örtüklü çarpayısana atıb hönkürdü... 
Diplomu  bir  il  gec  almışdı  və  o  bir  ildə  atasından, 
anasından, kəndindən‐kəsəyindən olmuşdu, Gülşəni itirmişdi. 
Diplomunu  alıb  atasını  qaytarmışdı,  anasını  qaytarmışdı, 
kəndini‐kəsəyini  qaytarmışdı,  Gülşəni  qaytara  bilməmişdi. 
Bərdəyə Gülşəni qaytarmağa getmişdi.  
Müəllimə  uşaqları  tənəffüsə  üç‐beş  dəqiqə  tez  buraxdı. 
Keçib onun qabağında şagird kimi oturdu.  
‐ Barışmışıq?  
‐  Üzündən  öpdüm  axırıncı  dəfə!‐  onun  da  yadından 
çıxmamışdı.  
‐ Gedək?  
‐ Hara?  
‐ “Biz olmayan yerə”!  
‐ Biz olmayan yer var ki?  
‐ Danimarka!  
‐ Xeyirdimi?  
‐ Nə deyim yerinə düşsün?  
‐ ... 
‐  Deyəcəm  ailə  qurmağa,  sən  artıq  anasan...  “Gəl, 
başımızı götürüb qaçaq” deyəcəm, səni qovan yoxdur!  
 
195

‐ Sən canını qoymağa niyə yer tapmadın bu ölkədə?  
‐ Gedirsən?  
‐ Mən ikinci uşağa hamiləyəm!  
‐ Olsun!  
‐ Olmasın!!!  
Zəng  çalındı.  Eldəniz    ayağa  durdu.  Tənəffüsü 
səbirsizliklə gözləyən nadinc şagirdlər kimi qapıya cumdu.  
-
 
Eliş!  
-
 
...  
-
 
Onu aparacaqsan?  
-
 
Kimi?  
-
 
O yaşıl gözlü qızı?!  
Qarşısında  yaşıl  gözlü  bir  qız  oturmuşdu.  Adı  və 
soyadı masanın üzərinə qoyulsa da, özünü təqdim etdi:  
‐  Mən  Ovia  Corqensenəm.  Ümid  edirəm  ki,  bizim 
Kopenhagenin 
Vesterbro 
prospektini 
süpürməyə 
işçi 
axtardığımızı  bilirsiniz.  Vesterbro  bizim  şəhərin  gözüdür  və 
burada çalışmaq böyük şərəfdir.   
‐ 
Adım 
Eldənizdir. 
Azərbaycandanam. 
Siyasi 
mühacirəm.  Mənə  verilən  müavinətlə  dolanmaq  istəmirəm, 
boğazınıza  şərik  olmaq  şəstimə  toxunur,  sadə  vətəndaşların 
ödədiyi  vergilərin  hesabına  yaşamaq  ürəyimcə  deyil. 
Süpürgəçilik  eləmək,  çalışa‐çalışa  dil  öyrənmək,  daha  sonra 
münasib bir işin qulpundan yapışmaq niyyətindəyəm.  
‐ Təhsiliniz var?  
‐  Bəli,  müxalifətçi  olduğum,  mitinq  və  piketlərdə  fəal 
iştirak  etdiyim  üçün  Bakı  Dövlət  Universitetindən  qovulsam 
da,  ali  təhsilimi  başa  vurmaq  mənə  qismət  oldu.  Politoloqam. 
Qırmızı  diplomla  bitirmişəm.  Tələbəykən  “Pragma”  İctimai 
Siyasət Mərkəzinin layihələrində iştirak etmişəm.  
‐  Əminəm  ki,  siz  əla  politoloqsunuz‐  onun  sözünü 
kəsməyən  Ovia  Corqensen  xalis  Avropa  etikası  sərgilədi‐ 
 
196

ancaq  bizə  peşəkar  süpürgəçi  lazımdır.  Siz  bu  ixtisasa 
yiyələnmək üçün hər hansı kurs bitirmisiniz?  
‐ Xüsusi kurs bitirməmişəm, amma həyat mənə hər şey 
öyrədib. Yataqxanada yaşamışam, otağı bir gün Saşa, ‐ mənim 
tələbə  yoldaşım  idi,‐  təmizləyəndə,  bir  gün  də  mən 
süpürmüşəm.  Nə  var  ey  yer  süpürməyə?  İnanırsınız, 
küçələrinizə  bir  süpürgə  çəkərəm  ki,  yağ  töküb  yalayarsınız! 
Özü də oxuya‐oxuya:  
Küçələrə su səpmişəm, 
Yar gələndə toz olmasın! 
Ovia ona dörd gözlə baxdı. Qarayanız oğlanın şirin səsi 
vardı.  Səsi  uzaqlardan,  çox  uzaqlardan  gəlirdi.  “Bu  dünyanın 
ən  uzaq  yeri  bizim  “biz”  olduğumuz  yerdir”‐  Ovianın  ağlına 
həyatda ilk dəfə fəlsəfi fikir gəldi, o, çox praktik adam idi.   
‐  Biz  süpürgəçilik  təhsili  olmayan  şəxsləri  işə 
götürmürük.  Lakin  bu  cür  ürəklə  işləsəniz  bizim  şirkətin  ən 
nümunəvi  işçilərindən  olarsınız.  Sizi  əldən  buraxmaq  olmaz. 
Görüm, nə isə edə bilərəmmi?  
Telefonla kiməsə zəng elədi və danca nə isə qırıldadı.  
‐  Sabahdan  işə  başlaya  bilərəm?‐  dəstəyi  yerə  qoyanda 
Eldəniz  onun gülən gözlərinə baxdı.   
‐ Yox, sabahdan yox, mən indi rəhbərliklə danışdım və 
razılıq aldım. Sizi üç aylıq süpürgəçilik kursuna göndərəcəyik. 
Narahat  olma,  kursun  pulunu  biz  veririk,  amma  xəbərin 
olsun, işləyəndə aybaay maaşınızdan çıxacağıq.  
‐ Əla olar!  
‐  Səsiniz  çox  gözəldir,  musiqiniz  ürəyimə  yatdı,  yoxsa 
bu  işin  altına  girməzdim,  bilirsiniz,  bir  işi  görəndə  ürəklə 
görmək  lazımdır.  Sizin  işə  yanaşmanız  xoşuma  gəldi.  Lakin 
çətinlik  ondadır  ki,  siz  dan  dilini  bilmirsiniz,  təlimi  ingiliscə 
keçməlisiniz.  Əlbəttə,  belə  kurslar  bahadır  və  ona  görə  də 
oxutsaq, sizinlə daha uzun müddətə müqavilə imzalamalıyıq.   
 
197

Bakı  Dövlət  Universitetinin  diplomunu  cırıb  zibil 
qabına  tullamadı.  Əziyyətinə  heyfi  gəldimi,  onu  süpürgəçilik 
sertifikatının  yanında  iki  parça  eləmək  arına  gəldimi,  ürəyi 
gəlmədimi?‐ özü də başa düşmədi. Diplomu yenidən anasının 
yaylığının  arasına  qoydu,  yaylığın  uclarını  bərk‐bərk 
düyünlədi və süpürgəçilik sertifikatını götürüb evdən çıxdı. 
‐ Möhtəşəm!!! 
‐  Xoşuna  gəldi???  Dünən  yazmışam!  Sərdar  Ortacın 
“Yarpaqlar”ına qulaq asa‐asa... 
‐ Hansı imzayla çap edəcəksən hekayəni? Fateh? Nəsir? 
Barses? Feofob?  
‐ FFNB!  
‐ Uç! 
‐ ... 
‐ Adı nədir?  
‐ “Diplom” qoymaq istəyirəm! 
‐ “Süpürgəçi” də qoya bilərsən!  
‐ Onu da fikirləşmişəm. Baxacam!  
‐ Yaxşı edəcəksən!..  
‐ ... 
‐ Ay geridəqalmış, “məndən xəbərsiz getdi” demə!  
‐ Yenə hara gedirsən?  
‐ Laçına səfər edəcəm. 
‐ Kimin layihəsidir? Hansı fond pul buraxır?  
‐ QHT tədbiri deyil, tək gedəcəm!  
Azin  mətbəxdən  əlində  iki  fincan  çayla  qayıtdı.  Ayrı 
vaxt  olsaydı,  ABŞ‐da  çaya  həsrət  qaldığımız  günləri 
xatırlayardım.  İndi  köhnə  palan  içi  tökməyin  vaxtı  deyildi. 
Onun qərarı məni səksəkəyə salmışdı.  
‐ Sən yaxşısan? 
‐  Ə,  geridəqalmış,  səncə  başım  xarab  olub?  Bəlkə  sarı 
evə göndərəsən məni?  
‐ Bunu başa düşürsənsə tam yox, azca... lap çıqqılı...  
 
198

Ayağa qalxıb üzünü yellədim:  
‐  18  may  1992‐ci  ildə  ermənilər  rusların  köməyi  ilə 
Laçını  işğal  ediblər.  İndi  ora  qondarma  Dağlıq  Qarabağ 
Respublikasının  ərazisi  sayılır.  Adını  da  Berdzor  qoyublar, 
necə gedə bilərsən? Tutalım getdin, sağ qayıdacaqsanmı? 
‐  Bilirəm,‐  qənddandan  götürdüyü  konfeti  soydu‐ 
çayını  soyutma,  mən  ora  Elof  Quintus  adıyla  gedəcəm! 
Tanıyırsan? 
‐ Tanış gəlmir, qağa.    
‐ Yaxşı fikirləş!  
‐ Yadıma salammadım!  
‐ Pasportu məndədir!  
‐ Kimdir axı?  
‐  Danimarka  vətəndaşı!  Qurdla  qiyamətə  qalmayacaq, 
Azin Kürəçi də öləcək, Elof Quintus adıyla canlanacaq!  
‐ Məzən olsun, ta denən, Loviza saxta pasport düzəldib.  
‐ Lovizalıq bir iş yoxdur, Danimarkanın xüsusu xidmət 
orqanından‐ PET‐dən gəlmişdilər.  
‐ Nə deyirdilər?  
‐  Azərbaycanı  tərk  eləməyimi  məsləhət  gördülər... 
Məsələ qəlizdir.  
‐ Şişirtmə... 
‐ 
Dilə‐dişə 
düşmüsən‐ 
duyuq 
saldılar‐ 
bütün 
kəşfiyyatlar  izinə  düşüb.  MOSSAD  və  CİA‐dan  xətər  gəlməz, 
ETTELAT‐ın 
öldürməyə 
ağzı 
çatmaz, 
uzaqbaşı 
fitva 
verdirəcək,  qorxduqları  bizimkilərdir.  Bəd  ayaqda  ölkədən 
Danimarka pasportu ilə çıxmağımı istəyirlər.  
‐ Gedirsən?  
‐ Gürcüstana, oradan Ermənistana, oradan da Laçına!  
‐ Nə zaman? 
‐ Növbəti Tiflis qatarı ilə...  
 
*** 
 
199

Yağılar  yağmalamış  olsa  da  əzəmətini  saxlamışdı  Bəz 
qalası. Min illərin lənətinə, lərzəsinə mətinliklə sinə gərmişdi, 
şax  tutmuşdu  özünü.  Ayaqda  qala  bilmişdi.  Ayağına  gətirə 
bilmişdi.  Ayağa  qaldıra  bilmişdi.  Lap  uzaqdan  salırdı  adamı 
öz  cazibəsinə.  Lap  uzaqdan  qışqırmaq,  hay  vermək  istəyirdin 
səsinə.  Nələr  yoxuydu  canında  qalamın.  Sehirli,  ovsunlu, 
mistik  yanı  varıydı.  Dip‐diriydi,  canı  varıydı  qalamın.  Hızır 
dadına  çatmışdı,  içinə  girib  yatmışdı,  yarasını  sağaltmışdı. 
Qanı  varıydı  qalamın.  Qanım  qaynayırdı  Bəzə.  Ruhu  varıydı 
qalamın.  Doğma,  sıcaq,  təzə.  O  cəngavərlik  ruhuydu,  yüz  il 
qala,  min  il  keçə  ölməzdi.  Qorxu  nədir,  hürkü  nədir, 
yarınmaq,  yaltaqlanmaq  nədi,  bilməzdi.  Yeri  qəlb  idi,  qəlbi 
idi,  ucaydı;  anlamaq  olmurdu,  cavanıydı,  ya  qocaydı.  O 
nifrətin,  o  lənətin,  o  zülmün  qabağında  gərək  çoxdan  uçaydı. 
Yerlə  bir  olaydı.  O  sevginin,  o  qutsallığın,  o  həsrətin 
qarşısında gərək çoxdan uçaydı. Göylə bir olaydı. Bəz nə yerlə 
bir  olmuşdu,  nə  göylə.  Bəzənməsə  də,  düzənməsə  də, 
özənməsə  də,  dildən‐dilə  düşmüşdü.  Qulağımda  ecazkar 
musiqi  səslənirdi.  “Manowar”  qrupunun  yaratdığı   “Ölməz 
cəngavərin  himni”  çalınırdı.  Görmüşdüm  buraları,  addım‐
addım  gəzmişdim,  qarış‐qarış  qorumuşdum.  Tanıyırdı  Bəz 
qalasının  daşı,  torpağı,  kolu,  kolunun  yarpağı  məni.  Arxamı 
qalanın 
möhkəm, 
möhtəşəm, 
möcüzəli 
divarlarına 
söykəyərək,  özümü  heç  zaman  olmadığım  qədər  azad 
sanırdım. Bütün xırda olayları, xırda qayğıları, xırda sorunları 
unudurdum  onda.  O  anda  qara  bayraqlı,  qara  paltarlı,  qara 
enerjili adamlar basırdı qalamı. Qaragüruh dəstələr içlərindəki 
kiçikliyi,  sınıqlığı,  yarımçıqlığı,  qorxaqlığı,  köləliyi  qara 
bayraq  edib  asmaq  istəyirdilər  Bəzdən.  Birdən  özümü  dərədə 
görürdüm.  Yan‐yörəm  qara  paltarlı,  qara  saqqalı,  qara  xislətli 
qaramat adamlarla dolurdu. Məni qara ata mindirirdilər, qara 
paltar  geyindirirdilər,  aylı  gecədə  Bəz  qalasının  qaraltısına 
 
200

uzaqdan  baxmağa  gətirirdilər.  Bəz  qalası  yanırdı,  başından 
qara tüstülər çıxırdı. 
‐ Azin, az fikirləş, əlin sıyrılıb ‐ Yürüş xəbərdar etdi.  
Saatlar  qanamışdı.  Qan  qalanı  qızardırdı.  Bəz  öz 
rənginə,  öz  aurasına  qayıdırdı,  qıp‐qirmızı  olurdu.  Daha  Bəzi 
qara basmayacaqdı. Daha bizi qara basmayacaqdı...   
Qaladan  qalan  qalıqlarıydı.  Qalanın  qalanını  gəzdim. 
Adama  dilini  uzadan  yazı,  işarə  yoxuydu.  Burada  sirr 
olacağını  heç  gözləmirdim.  O  yazını  yazan,  o  işarəni  qoyan 
adamın  yerinə  mən  olsaydım,  belə  etməzdimmi?  Gizimə  gici‐
bici  yaxın  buraxardımmı?  Özümü  onun  yerinə,  onun  gününə 
qoyub  düşünürdüm.  Bu  qalaya  kim  çıxar,  niyə  çıxar?  Mən 
olsam,  sirri  elə  yerə  yazaram,  qalanı  uçurtmağa  çıxanlar  ona 
xətər yetirə bilməsinlər. Mən olsam, elə yerdə saxlayaram, sirr 
maraq xatirinə qalaya baxmağa gələnlərin, mal‐heyvan otaran 
çobanların,  xarabalıqlarında  gizlənən  qaçaq‐quldurun  əlinə 
keçməsin.  Mən  olsam,  sirri  elə  yerdə  gizlədərəm,  yalnız  onu 
axtaran  adam  tapa  bilsin.  O  sirri  axtaran,  o  sirrin  burada 
olduğunu  bilən  hər  tərəfi  ələk‐vələk  edəcək,  əli  ətəyində 
çıxmayacaqdı qaladan. Mən olsam,  sirrin dalınca gələn adamı 
çətinə  salardım:  “hansı  tərəfi  axtarmalı?”  Belə  məqamlarda 
sirri  gizlədənlərin  tarixini,  inamlarını,  məqsədlərini  bilmək 
yarayır  işə.  Xürrəmlərin  devizi  “qaranlıqdan  aydınlığa”  idi, 
belə çıxır, günəşin əksinə getmək lazım!  
Qalanın qərbi sıldırımıydı. Gözünü qan örtməyən adam 
ora  enməzdi.  O  sıldırımı  Baş  Bəy  tacir  libasında  qalanı  tərk 
edəndə  enmişdi.  Qorxmağa  dəyməzdi.  Qoşun  qovalamırdı 
məni,  oranı  sağ‐salamat  axtaracağıma,  sirri  tapacağıma 
arxayın  idim.  Məni  qalanın  sehri  qoruyacaqdı.  Tələsmədən 
təpədən  aşağı  yendim.  Diqqətimi  dik  sarp  qaya  çəkdi. 
Dabanımı  asta  basa‐basa  qayanın  qabağında  bitdim.  Xınasını 
tələsik təmizləyib, təsvirə yaxşı‐yaxşı baxdım. Qaranquş şəstlə 
qərbdən  şərqə  uçur,  gedəcəyim  istiqaməti  göstərirdi. 
 
201

İrəlilədim.  Yenə  qaya  parçası,  yenə  şərqə  doğru  uçan 
qaranquş.  Quşun  quyruğunun  bir  ucunda  şimşək  çaxırdı. 
Qırdı‐qaçdılıq 
eləməməliydim, 
sirr 
yaxındaydı. 
Sirrin 
ətrafında  düzaq  qurulmuşdu,  tələsib  təndirə  düşə  bilərdim. 
Təhlükədən  qorunmalı,  diqqətli  olmalı,  ayağımın  altına 
baxmalı,  hər  addımımı  ölçüb‐biçməliydim.  Şimşəyin  şiş 
ucunun  yerə  doğru  çizilməsi  düzağın  torpaqda  qurulduğunu 
göstərirdi.  Qaranquş  inadın,  inamın  rəmzidir  həm  də.  Hansı 
axmaq  axtarışı  yarımçıq  saxlayar  belə  vəziyyətdə?  Aşağıda 
yumru, yumağa oxşayan bir qaya vardı. Qaranquş qanadlarını 
qayaya  sallamışdı,  uçmurdu.  Torpağa  oturmuş  qayanı 
qaranquşa qatıb uçurtmaq lazımıydı, yoxsa düzağa düşərdim. 
Cəhdim  cərimə  oldu.  Qaranəfəs,  qan  tər  içində  gəldiyimi  geri 
qayıdıb  Yürüşü  köməyə  çağırdım.  Aşa‐aşa  aşağı  düşdük 
təzədən.  Yürüşün  çantasındakı  balaca  balta  ilə  qayanın  dibini 
yumşaltdıq.  Kolluğa  diyirlənən  qaya qapaz  kimi  şappıldadı. 
Aram‐aram arxasınca endik.  
Yumaladığımız  yumru  qaya  kolu  yarmış,  sal  daşa 
toxunmağa  lap  az  qalmış  düzağa  düşmüşdü.  Düzaq 
basməmmədi basdırılmış, zamanca torpağı qalınlaşmış xəndək 
idi.  Adam  ağırlığına  tab  gətirməzdi,  gürzələr  qaynaşırdı, 
qarıxıb 
içinə 
düşən 
sağ 
çıxmazdı. İlanlardan 
qorxan 
Yürüşə sakit,  sayıq  olmağı  tapşırıb, kolları  qırdım.  Qayanın 
döşünə  baxdım.  Qaranquş  yuvasına  girmişdi.  Yuva  oyuğun 
Xorasan  suvağıyla  hörülmüş  qalın  qapağına  çəkilmişdi. 
Xorasan suvağı düzəltmək üçün təbaşir, kirəc, mərmər, mədən 
qumları  yumurta  ağında  yoğrulur,  içinə  boya  qatılır.  Onu  adi 
baxışla  təyin  eləmək  olmur,  qopmur,  zədələnmir,  zərbəylə 
aralanmır.  Xorasan suvağı ilə hörülmüş qapağın canı spirtdir, 
ağzına tök, iki saat gözlə...  
Yürüş  qalada  yeməyə yuxa,  yumurta,  pendir,  soyutma 
ət götürmüş, bel çantasına atdığı primusu əldəqayırma  araqla 
doldurmuşdu‐ 
İranda 
spirtli 
içkilər 
içmək 
qadağan 
 
202

olunduğundan,  cavanlar  belə  yöntəmlərə  tez‐tez  əl  atırlar. 
Primusdakı araqla suvağı suladım.  
Qapağı  qaldırdıq.  Oyuqda  ağ  daşdan  yonulmuş  kiçik 
kişi  heykəli  gizlətmişdilər.  Heykəli  görəndə  gözləri  bərələ 
qaldı Yürüşün:  
‐ Bu ağ oğlan kimdir belə? Bütdür?  
‐ Bu ağ oğlan bələdçidir! Bütün boynunda xaç olar? 
‐ Bu bələdçidir, deyirsən?  
‐ Bu ağlığı iki yerə yozmaq olar. O, üsyankardır, üzə ağ 
olandır.  Eyni  zamanda,  pak,  təmiz  adamdır,  üzü  ağ  olandır. 
Ağ  oğlanla  bizi  bura  gətirən  qaranquş  arasında  oxşar  cəhət 
var, hər ikisi müjdə verəndir. 
‐ Ağ oğlanın verdiyi müjdə nədir, bəs? 
‐ “Ağ kitab” yazılacaq!   
 
*** 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin