Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


Elmi təşkilatlarda tədqiqatların və işləmələrin maliyyə



Yüklə 167,4 Kb.
səhifə52/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
1   ...   47   48   49   50   51   52   53   54   55
3.5. Elmi təşkilatlarda tədqiqatların və işləmələrin maliyyə

mənbələrinin statistik qiymətləndirilməsi
Elmin bir iqtisadi sistem kimi fəaliyyət göstərməsi üçün kifayət qədər maliyyə resursları lazımdır. Elmi fəaliyyət üçün işçilərin əmək haqqına, cihazların, avadanlıqların, informasiyanın alınmasına və s. maliyyə ehtiyatları sərf edilir. Elmin maliyyələşdirilməsi prinsipləri, maliyyə ehtiyatlarının strukturu, onun paylanması elmi tədqiqatın məqsədli istiqamətini, informasiya təminatını, elmin sahələrini və sektorların proporsional inkişafını, elmi tədqiqatların istiqamətlərini ictimai təcrübə ilə əlaqəsinin dərəcəsini təyin edir.

Elmin maliyyələşdirilməsi statistikasında aşağıdakı göstəricilərin toplanmasına xüsusi əhəmiyyət verilir:



  • müstəqil balansda olmayan zavod və ali təhsil müəssisələrinin bölmələrinə investisiya ayırmaları;

  • sənaye-istehsal heyətinin əmək haqqı fondundan tədqiqat və işləmələrin yerinə yetirilməsi üçün konstruktor və texnoloqlara verilmiş əmək haqqı;

  • ali təhsil müəssisələrinin kafedralarında elmi-tədqiqat və təcrübə-eksperimental bazasının saxlanma xərcləri ;

  • qeyri-dövlət təşkilatlarının (elmi-texniki kooperativləri) tədqiqatlara və işləmələrə xərcləri.

Elmi xərclərin statistik qiymətləndirilməsi üçün yerinə yetirilən işin həcmi işlərin növünə görə aşağıdakı kimi qruplaşdırılır.

Elmi xərclərin hesablanması alqoritmi aşağıdakı kimidir:

SE=STi+STof

AR=R-BR

D=PDA+PP+CP

R&D=BR+AR+D

burada, SE-ölkədə elmə cəmi xərclər;

STi- elmi təşkilatların öz gücləri ilə yerinə yetirdiyi elmi-texniki

işlərin həcmi;

STof- elmi təşkilatların öz vəsaitləri hesabına yerinə yetirdiyi elmi-

texniki işlərin həcmi;

AR- tətbiqi tədqiqatların həcmi;

R- elmi tədqiqatların həcmi (elmi-tədqiqat işləri);

BR- fundamental tədqiqatların həcmi;

D- işləmələrin həcmi;

PDA- layihə-konstruktor və texnoloji işlərin həcmi;

PP- nümunələrin hazırlanması xərcləri;

CP- tikinti üçün layihə işlərinin həcmi;

R&D- elmi tədqiqat və işləmələrin həcmi.




Yüklə 167,4 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin