Müh.9. Ədəbiyyatlarınaxtarılması. Tədqiqat işlərinin yazılı şəkildə təsvirindən öncə elmi ədəbiyyatların axtarışı və əldə olunmuş məlumatların analizi və yazılması vacibdir. Ədəbiyytaların axtrarışı müasir EHM texnikasının tətbiqi ilə daha geniş sahələri əhatə etməyə imkan versə də, digər tərəfdən axtarış prosedurasının özü mürəkkəb bir prosesi əhatə edərək özlüyündə elmin yeni bir sahəsinə çevrilməkdədir. Bu sahənin vərdişləri elmi-tədqiqat işləri ilə məşğul olan hər bir mütəxəssisin yaradıcılıq fəaliyyətinin tərkib hissəsini təşkil edir.
Məlumatların toplanmasında üç əsas aspekti nəzərdən keçirmək gərəkdir:
Axtarış yerləri,
Elmi ədəbiyyatların növləri,
Vacib məlumatların seçilməsi və təsviri.
Axtarış yerləri
Kitabxana
Lazım olan məlumatların axtarışına başlamazdan öncə tələbə və ya elmi işçi onların harada axtarılması haqqında ilkin təsəvvürə malik olmalıdırlar. Burada kitabxana və digər elmi təşkilatların rolunu öyrənmək yerinə düşərdi.
Kitabxana − ədəbiyyatların axtarıldığı ənənəvi yerdir. Funksiyası və işləmə prinsipinə görə kitabxanalar elmi və xüsusi olaraq bir-birilərindən fərqlənirlər. Onlar ilk növbədə tələbələr, müəllimlər, elmi işçi və mütə- xəssislərə xidmət göstərirlər. Kitabxanalar texniki təchizatına və məlumat daşıyıcıları bazalarına görə müxtəlif imkanlara malikdirlər. Onlar oxuculara: sorğu-biblioqrafik, oxu zalı, abonoment, kitabxanalararası mübadilə, qiyabi abonoment, şəkil və sürətlərin çıxardılması, mikrofilmlərin hazırlanması xidmətləri göstərirlər.
Sorğu biblioqrafik xidmətlər üçün kitabxanalarda xüsusi şöbə nəzərdə tutulur. Bu şöbədə məqsədyönlü mövzular ətrafında kitabların axtarışı üçün lazım olan bütün sorğu materialları oxucuların xidmətində durur. Biblioqrafik şöbədə həmçinin oxuculara ədəbiyyatlarla işləmək qaydaları öyrədilir. Xüsusi ədəbiyyatların sayı məhdud olduğundan onların yalnızoxu zallarından istifadəsinə icazə verilir. Kitabxanalarda olan on minlərlə kitablardan səmərəli istifadə etmək üçün şifrələr işlənilir. Biblioqrafik məlumatlar beynəlxalq standart İSO 690-87-ə əsasən tərtib edilir.
Bir çox kitabxanaların kitab rəflərində açıq işləmə imkanları vaxta qənaət etməyə, həmçinin eyni mövzuya aid daha geniş məlumat mənbələrinə yiyələnməyə şərait yaradır.
Tələbələr kitabxanalarda işləməkdən öncə onun təhsil aldığı sahələrdə vacib ədəbiyyatların yerləşdiyi bölməni axtrarıb tapmalıdır. Kitabxanalarda işləməyin açarı kataloqlardır. Kataloqlarda çoxlu sayda ədəbiyyatlar cəmlənərək şifrələnib. Şifrələr öncədən məlum olduqda onun köməyi ilə kitabın yerləşdiyi yer (otaq, rəf, cərgə və s.) axtarılır. Əvəllər belə kataloqlarda ədəbiyyatlar haqqında məlumatlar şifrələnmiş kağız kartlarda yerləşdiyi halda, kitabxana işlərində kompyüterləşmənin tətbiqi sayəsində belə kartlar rəqəmsal hala gətirilib. Müasir kitabxanalarda bu kart- məlumatları internet üzərindən əlçatan şəkildə oxucular tərəfindən istifadə edilə bilər ki, bu da vaxta qənaət etməyə şərait yaradır.
Kitabxanalararası mübadilə ölkənin müxtəlif elmi sahələri üzrə kitab fondları və kitabxanalarının qarşılıqlı əlaqəli şəkildə istifadəsini təsvir edir. Bu xidmət, verilmiş kitabxanada axtarılan ədəbiyyat tapılmadıqda onu digər kitabxanalardan sifariş etməyə imkan verir. Ədəbiyyatı ya orijinalda, ya da onun lazım olan bölməsininin surətini sifariş etmək olar. Sifarişlənən ədəbiyyat poçtla evə və ya kitabxanaya çatdırılır.
İntenet
İnternet təkcə hər hansı bir ali məktəbin kitabxana fonduna giriş yaratmır. İnternet vasitəsilə ədəbiyyat axtarışı üçün daha geniş imkanlar açılır. Burada iki növ ədəbiyyat axtarışı fərqləndirilir:
Ədəbiyyat mənbələri axtarışı üçün məqsədli məlumatın toplanması,
Konkret ədəbiyyat axtarışı.
Ümumi ədəbiyyat mənbələrinin axtarışı zamanı axtarış proqramlarına daxil edilmiş açar söz və ya sözlər əsasən arzulanan məlumatları versələr də, onunla bərabər əlavə məlumatlar da göstərilir. Məsələn, sağlamlıq, tibb kimi açar sözlər 1,5 milyon və uyğun olaraq 500 min nəticə göstərir. Bunların arasında lazım olan dəyərli ədəbiyyat mənbələri yalnız 10% -a bərabərdir. Yerdə qalanlar isə bu terminlərlə bağlı tədbirlər və müəyyən xidmət sahələrində çalışan firmalar haqqında və yaxud da terminlərin izahına dair məlumatlardır.
Konkret ədəbiyyat axtarışı üçün ümumi internet axtarışı proqramları (google, bing, altavista və s.) əlverişli deyil. Burada xüsusi ədəbiyyat axtarışı proqramlarından istifadə etmək məsləhət görülür. Məsələn, ali məktəb kitabxanalarında internet üzərindən əlçatan olan elektron kataloq- larda axtarış funksiyaları daha dəqiq elmi-ədəbiyyatın (kitab, məqalə, konfrans materialları, diplom və dissertasiya işləri) tapılmasına şərait yaradır.
Ali məktəblərin kitabxanalarına giriş həmin ali məktəbin internet səhifəsi üzərindən mümkündür. Cədvəl1 Azərbaycanda elmi-texniki ədəbiyyatla təchiz olunmuş əsas kitabxanaların internet səhifələrini göstərir.