Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə25/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Öyrənmə vərdişlərinə yiyələnmək


“Öyrənmək” bir çox alimlərin tədqiqat mövzusu olmuşdur. Bəzi tələbələr təklikdə öyrənməyə üstünlük verirlər. Bunun heç də mənfi cəhəti yoxdur. Müəyyən qrup tələbələr birgə öyrənməyin müsbət tərəflərini qeyd edirlər. Qrup şəklində işləmək öyrənmə prosesinin keyfiyyətində özünü göstərməklə bərabər, həmçinin bu qrupa daxil olan tələbələrin motiva- siyasının artmasına da təkan verir.
Öyrənmə stilinin üstünlüklərini ayırd etmək üçün təhsilin ilkin çağlarında qrup şəklində digər tələbələrlə işləmək haqqında təcrübələrin əldə olunmasına çalışmaq lazımdır. Qrupda işləmək üçün əsas şərt iştirakçıların homogen bilik səviyyəsinə malik olmalarıdır. Digər tərəfdən qrup daxilində rolların bölünməsi əhəmiyyətlidir. Burada hər bir iştirakçı öz gücünə görə tapşırığın həll edilməsində aktiv olur. Bəzi tələbələr ədəbiyyatların məqsədəuyğun oxunmasında, bəziləri mühazirələrin kon- spektləşdirilməsində, digərləri isə öz yüksək kommunikabelliyi sayəsində yuxarı kurs tələbələrindən dəyərli məlumatların əldə olunmasında yüksək qabiliyyətə malik olurlar.
Təhsildə “öyrənmək vərdişlərinə” yiyələnmiş tələbələr öz təhsillərini uğurla başa vurmağa qadirdirlər. Bu vərdişlərə yiyələnməyin bəzi vacib aspektlərinə nəzər salaq.
Əvvəlki bölmədə elmi tədqiqat işinin yerinə yetirilməsində kompyüterin rolu haqqında söhbət açılmışdır. O, müasir təhsil sisteminin əvəzolunmaz tərkib hissəsinə çevrilib. Öyrənmək üçün yer axtarışı da vacibdir. Bəzi insanlar kitabxanada, təklikdə, sakit şəraitdə məşğul olmağa üstünlük verirlər. Digərləri evdə oturub məşğul olurlar. Evdə işləmək üçün ən azından böyük yazı masasına ehtiyac vardır. Masanın ölçüləri imkan daxilində 60x100 sm-dən kiçik olmamalıdır. Bu baza şərti ilə bərabər öyrənmək üçün ümumi atmosferin təsiri böyükdür. Tələbə evdə özünü rahat hiss etməli və fikrini tam mövzuya cəmləmək imkanına malik olmalıdır.
Öyrənməyə başlamaq üçün müxtəlif psixoloji şərtlər mövcuddur. Bunlardan birincisi öyrənməyə həvəsli olmaqdır. Öyrənmək motivasiyası uğurlu təhsil üçün həlledici bünövrə sayılır. Digər amil isə öyrənməyə məcburiyyətdir. Məcburiyətdən yaranan təzyiq bəzi insanlar üçün istiqamətverici rolunu oynayır və tələbəni öyrənməyə aktivləşdirir. Öyrənmə prosesinin praktiki fəaliyyətlərlə müşaiyət olunması tələbələrdə görülən işə, alınan biliyə qarşı marağı artırır və biliyin mənasını anlamağa kömək edir.
Öyrənmə vərdişləri tələbələrin sərbəst işləmək təcrübəsindən də asılıdır. Sərbəst iş dedikdə tələbələrin, müəllimlərin tapşırıqlarını metodiki göstə- rişlər əsasında, ancaq onların iştirakı olmadan yerinə yetirdikləri sərbəst işin təşkili başa düşülür. Müəllimlər yalnız tələbələrin idrak prosesini təşkil edirlər, idrakı isə onlar özləri həyata keçirir. Sərbəst iş tələbələrə vərdişlər və təcrübələrə yiyələnməyə şərait yaratmaqla bərabər, onların xarakterində yüksək ixtisaslı mütəxəssis kimi yeni cizgilərin formlaşmasına kömək edir. Dünya üzrə tələbələrin auditoriya və sərbəst işlərə sərf etdikləri vaxt 1:35 nisbətindədir. Belə nisbət hər şeydən əvvəl bu təhsil növünün yüksək didaktik potensialını göstərir. Ona görə də, o mütəxəssislərin hazırlanmasında tədrisin səmərəliyinin artırılması üçün geniş ehtiyat rolunu oynayır.
Ali məktəbdə təhsil prosesi, tələbənin mövqeyini öyrənmə obyektindən özüidarəolunan tədris-professional fəaliyyətlə məşğul olan subyektə keçməyə yönəldir. İnteraktiv və aktiv öyrənmə metodlarına tələbat artır. Bunların yerinə yetirilməsi üçün tələbədən özünü yüksək təşkiletmə keyfiyyətləri tələb olunur. Tələbə sərbəst iş zamanı öz genetik iş tempinə uyğun olaraq materialları sərbəst öyrənir, nəticələr çıxarır və ümumi- ləşdirmələr aparır. Bu müddətdə onun işin çətin başa düşülən bölmələrinə təkrarən qayıtmaq imkanı vardır. Əsasən də sərbəst yaradıcılıq fəaliyyəti tələbələrə öz imkanlarına söykənərək özüöyrənmə mexa- nizmlərini inkişaf etdirməyə imkan verir. Bu keyfiyyətlərə malik olan şəxsin praktiki fəaliyyəti zamanı qarşıda duran məsələlərin həllinə yanaşma istiqaməti də fərlqi olur.
Adətən orta məktəbdən gələn şagirdlərin sərbəst işləmək vərdişləri zəif olur. Buna görə də, onlar çox şeyi ali məktəbə qədəm qoyduqdan sonra öyrənməyə başlayırlar. Əsasən də I kurs tələbələrinə dərs deyən müəllim- lərin üzərinə böyük yük düşür. Onlar təhsilə yenicə başlamış gənclərə xüsusi ədəbiyyatlarla işləməyi, effektiv oxumağı, oxunulan materiala fikir yürütməyi və.s. kimi keyfiyyətləri aşılamağa çalışırlar.
Tələbələrin sərbəst işlərinin təşkili iki mərhələdə aparılır. Birinci mərhələdə müəllimin iştirakı ilə ilkin təşkilatı işlər icra olunur. Bu mərhələdə müəllim tələbələrə səhvlərin üzə çıxarılmasında və onların səbəblərinin öyrənilməsində yardımçı olur. Özünütəşkilin ikinci mərhə- ləsində müəllimin iştirakı olmadan tələbə sərbəst işləyir. Sərbəst işlərin təşkilində öyrənilən materialın həcminin və strukturunun düzgün seçilməsi çox vacibdir. Plansız şəkildə elmi materialla məşğul olmaq tələbələrin sağlamlığında ciddi mənfi izlər buraxa bilər. Yüksək dərəcədə əqli gər- ginlik stresslə başa çata bilər. Əqli yük sərbəst məşğuliyyət zamanı əsəb sistemlərinin gərilməsi, yaddaşın pozulması və nəticədə tədris prosesinə marağın itməsi ilə nəticələnə bilər. Ona görə də, tələbə sərbəst iş dövründə asudə vaxtı da nəzər alan ümumi vaxtın düzgün bölünməsinə diqqət etməlidir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin