Cədvəl .1. Azərbaycanın bəzi kitabxanalarının internet səhifələri
Adı
|
Yerləş-
diyi şəhər
|
İnternet adresi
|
Azərbaycan Dövlət
Aqrar Universiteti
|
Gəncə
|
http://library.adau.edu.az/view.php?lan
g=az&menu=0
|
Azərbaycan Dövlət
İqtisad Universiteti
|
Bakı
|
http://library.unec.edu.az/
|
Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti
|
Bakı
|
http://asoa.edu.az/?page_id=5765
|
Azərbaycan Dövlət
Pedogoji Universiteti
|
Bakı
|
http://adpu.edu.az/
|
Azərbaycan Memarlıq və İnşaat Universiteti
|
Bakı
|
http://library.azmiu.edu.az/
|
Azərbaycan Texniki
Universiteti
|
Bakı
|
http://aztu.edu.az/azp/
|
Azərbaycan Texnologiya
Universiteti
|
Gəncə
|
http://www.aztun.edu.az/index2.php?s eh=sefom&l=126&dil=az
|
Azərbaycan Tibb
Universiteti
|
Bakı
|
http://www.amu.edu.az/az/library/2147
|
Bakı Dövlət Universiteti
|
Bakı
|
http://elibrary.bsu.az/
|
Kitabxanalarda məqalə və diplom işlərinin effektiv axtarılması üçün xüsusi portallar xidmət göstərir. Bu növ təşkil olunmuş elektron kitabxana- lardakı axtarış funksiyaları jurnallarda yer alan lazımi məlumatların toplandığı verilənlər bankından araşdırılan mövzuya uyğun olan məlu- matları seçib oxucuya təqdim edir. Verilənlər bankı daima yeni məlumatlarla aktuallaşdırılır. Onlar həm kitabxananın özü tərəfindən yaradılmış resurslara, həm də kənardan alınmış resurslara malikdirlər. Kənarda olan resurslardan müəyyən lisenziyalar əsasında istifadə etmək mümkündür. Kitabxanalar kənar resursların keyfiyyəti və etibarlılığına əmin olduqda, onları öz kataloqlarına daxil edirlər və öz portallarında yerləşdirərək onların aktuallığını izləyirlər. Bir çox beynəlxalq jurnallar kitabxanalara güzəştli şərtlər daxilində giriş hüquqi verirlər. Bu hüquqdan istifadə edən oxucu ilkin məlumatı elə kitabxanada əldə edir, lazım gəldikdə isə məqaləni çox vaxt tam şəkildə öz şəxsi yaddaş qurğusuna (USB-stik, disk ) köçürə bilir.
Nəşriyyatların rəqəmsal fəaliyyətə keçmələri internet üzərindən ədəbiyyat axtarışına əlavə olaraq daha bir təkan vermişdir. Bunun üçün nəşriyyatlar çap etdikləri kitabların siyahısından ibarət kataloqu oxucuların istifadəsinə verir.
İnformasiya axtarış strategiyası
İnternetin tətbiqi ilə axtarış imkanlarının genişlənməsini elmi tədqiqat işlərinin aparılmasında nəzərə almaq məqsədəuyğundur. Dünya üzrə ədəbiyyat mənbələrinin bir-biri ilə şəbəkələşməsi informasiyanın əldə olunmasını sürətləndirərək onun həcmini kəskin artırır. Elektron yollarla (çatlar, forumlar, bloqlar və s.) aparılan dialoqlar və diskusiyalarda qazanılan məlumatlar ümumi informasiya axınını intensivləşdirir.
İnternet erasında da insan lazımi ədəbiyyatların seçilməsi, qiymət- ləndirilməsi və məqsədli şəkildə yığcam mətn halına salınması vəzifəsinin öhdəsindən də gəlməlidir. Hər bir elmi işin kökündə duran bu proses inter- net üzərindən yalnız elektron şəkildə məqsədli icra olunaraq sürətləndirilə bilər.
İnternetdə informasiya axtarışı zamanı aşağıdakı suallara cavab verilməlidir [29]:
(elmi layihə, diplom işi, dissertasiya işi )
(elmi suallar, elmi mövzular, ədəbiyyat, açar sözlər)
(mənbələr, çap formaları, fənlər, dil, yer, zaman)
(texnika, metodlar, axtarış strategiyası)
İnternetdə 3 axtarış strategiyası tətbiq oluna bilir:
Şablon metodu,
Semantik metod,
Selektiv metod.
Şablon metodu ilə axtarışa məlum açar sözü ilə başlayırlar və internetin təklif etdiyi köməkçi funksiyalar vasitəsilə verilənlər şəbəkəsinə daxil olmağa çalışırlar. İnternetdə informasiyalar heç bir ierarxiyaya malik olmadan qarışıq yaddaşda saxlanılır və müəyyən meyarlar, termin və onların kombinasiyalarının köməyi ilə idarə edilirlər. Axtarış sözü verilmiş mövzunu nə qədər ümumi şəkildə təsvir edərsə, bir o qədər çox mənbə əldə edilir. Burada minlərlə lazımsız məlumatların qarşıya çıxması və oxucunun məlumat cəngəlliyində itməsi təhlükəsi yüksəkdir.
Semantik metod dedikdə axtarış sözünün dəqiqliyi nəzərdə tutulur: axtarılan kəlmə nə qədər çox rəqəm və əlavə anlayışlarla genişləndirilərsə, onda uğurlu axtarışa nail olmaq olar. Amma bu yolla dəqiq elmi nəticələr nadir hallarda əldə edilir. Əbəs yerə interneti refleksiv şəbəkə adlan- dırmırlar.
Selektiv axtarış strategiyası sayəsində keyfiyyətli informasiyalar qazanıla bilir. Bu yol ekspertlərin virtual olaraq axtarışa qoşulmaları sayə- sində həyata keçirilmə imkanına malikdir. Bu metodla texniki şəbəkələşmə təşkiledici və diskusiya strukturu kimi yeni keyfiyyət qazanır.
Dünya üzrə fəaliyyət göstərən internet şəbəkəsinin mürəkkəbliyinə görə müxtəlif axtarış proqramları yaradılmışdır ki, onlar da, məqsədli elektron informasiya axtarışının səmərəliyini artırmağa kömək edir. Bu axtarış proqramları yaddaşa verilən hər bir səhifənin məzmununu əvvəlcədən qoyulmuş texniki meyarlara əsasən cəmləşdirir. Elmi sahədə bu o deməkdir ki, sənədin başlığı, bəzi hallara isə müəllifin adı və onun tərtib etdiyi açar sözlər yaddaşa verilir.
Axtarış maşınları 3 hissədən ibarətdir:
Daimi olaraq internetdə yeni veb-səhifələrinə baxmağa kömək edən prorqam;
Axtarılan bütün səhifələri yaddaşda saxlayan verilənlər bankı;
Verilənlər bankından götürülən açar sözə əsasən informasiyanı axtaran proqram.
Bu texnikadan yararlanaraq dəyərli biliklərin tapılması üçün bir neçə alternativ axtarış proqramlarından istifadə etmək lazımdır.
İnternet üzərindən elmi informasiya axtarışı müəyyən risklərlə bağlıdır. Əldə edilən materialların keyfiyyətini yoxlamaq mümkün deyil. İnternetdə yerləşdirilmiş məlumatları heç bir rəyçi yoxlamır, eyni zamanda bu informasiyaları manipulyasiya olunmaqdan tam qorumaq çətindir.
İnternet məkanında informasiyaların sayının və çeşidliyinin sürətlə artması yeni internet proqramlarının işlənməsinə gətirib çıxarmışdır. "Düşünən axtarış proqramları" daxil edilmiş fərdi göstəriciləri və parametrləri emal edərək orijinal informasiyaların axtarılmasında nəzərə alır. Sorğu zamanı onlar mövzuyla bağlı əlaqəli mənbələri tapır və konkret nəticə kimi təqdim edir. Sonda, verilmiş mövzuya aid olmayan mənbələr və informasiyalar avtomatik silinir.
Ekspert səviyyəsində axtarış zamanı ayrı-ayrı terminlər Bul əməliy- yatlarının köməyi ilə daxil edilirlər. AND/OR/NOT ilə mənbələr sərt seleksiyaya məruz qalırlar. NEAR qonşu əməliyyatının köməyi ilə məkan baxımından yaxın olan mənbələri axtarıb tapmaq mümkündür. Bu texnika "hər iki anlayışın orta sözlər çoxluğuna malik olduğunu və verilənlər bankından asılı olaraq müxtəlif həcmə malik olmalarını" şərt kimi qarşıya qoyur.
Axtarışın daha da konkretləşdirilməsi və strukturlaşdırılması üçün mötərizələrdən istifadə edilir. Əgər axtarılan söz və ya söz birləşməsi mötərizədə (məsələn:"maşın hissəsi") verilərsə, onda yalnız bu söz və ya söz birləşməsi üzrə rast gəlinən sənədlər/səhifələr üzə çıxarılır.
Dostları ilə paylaş: |