MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə2/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   2   3   4   5   6   7   8   9   ...   15

* * *

Azərbaycan mühacirət folklorşünaslığının ən çox diqqət ye­tir­­diyi das­tanlardan biri, bəlkə də, birincisi “Ki­tabi-Dədə Qor­qud”­dur. Təkcə Azər­bay­can türklərinin deyil, ümumən Oğuz türk­­­lərinin əski mədə­niyyətinin qə­dim və ilkin yazılı abidələ­rindən olan bu dastan haqqında bir sıra maraqlı təd­qiqatların apa­rılması, mü­hacirət folklorşünaslarının əksəriy­yətinin ona mü­ra­ciət etməsi bir sıra amillərlə bağlıdır. Hər şey­dən əvvəl, müha­cirət folk­lor­şü­nas­lığında “Kitabi-Dədə Qorqud” Oğuz türklərinin ən qədim ya­zılı sə­nət örnək­lərindən biri kimi diqqət və maraq doğur­muş­dur. Mü­hacirət folk­lorşünaslığının əsas etibarı ilə Tür­kiyədə ya­ran­dı­ğı­nı nəzərə alarsaq, abi­dənin türk xalq­larının or­taq sənət nü­mu­nəsi ol­ması da ona marağın art­ma­sına səbəb ol­muşdur. Bun­dan əlavə, das­ta­nın qəhrəmanlıq, alp-ərənlik dün­ya­gö­rüşü ilə zən­gin­liyi, yal­nız sənət əsəri kimi qalmayıb, tarixi faktları da əks etdir­məsi, xü­su­silə Türk-Oğuz dövlətçilik ta­ri­xinin bir sıra xüsu­siy­yət­lərini da­şı­ması da ona marağı şər­t­­­lən­di­rən amillərdəndir.

Azərbaycanda “Kitabi-Dədə Qorqud” haqqında ilk tədqiq­lər ke­çən əsrin 20-ci illərinə təsadüf edir. 1927-28-ci illərdən başla­yaraq Əmin Abid, Atababa Musa­xan­lı, İsmayıl Hikmət epos haq­qında mə­qa­lələr yazmış, dastan mətni isə Həmid Aras­lı tə­rəfindən 1939-cu ildə nəşr edilərəк elmi ictimaiyyətin müha­kiməsinə ve­ril­mişdir. Ə.Dəmir­çizadə, M.Rzaquluzadə, Ə.Sultanlı, M.H.Təhma­sib, H.Araslı və bаş­qа­lаrı eposla bağlı tədqiqatlar aparmış, hətta Ə.Dəmirçizadə əsərin mo­tivləri əsasında “Qa­raca çoban” adlı bir pyes də yazmışdır. Lakin 1951-ci ildə Azər­baycan KP-nin XVIII qurultayında M.Ba­ğırov “Azər­baycana qatil və soyğunçu kimi gəlmiş oğuz köçəri tayfalarını idarə edən yuxarı təbəqələrin tərifinə həsr edilən”, “qardaş gürcü və er­məni xalqına qarşı yönəldilən” bu kitabın nəşrini Azər­baycan Elmlər Akade­miyasının “kobud səhvi” adlandırmış və epos özü­nün yasaq döv­rünə qədəm qoymuşdur.

Belə ki, həmin iclasda M.Bağırov, ilk olaraq, Azərbaycan Elmlər Akademiyasının elmi işlərlə bağlı fəaliyyətinə etiraz et­miş və ironiya ilə demişdir: “Elmi tədqiqat işi “plan”larında “Ab­şeron toy adətləri” kimi “vacib” və “elmi” mövzular var idi”1.

“Kommunist” qəzeti çıxışın həmin hissəsindən sonra mö­tə­­ri­zədə salonda gülüşmə olduğunu ayrıca qeyd etmişdir. Bu da mil­li adət-ənənələrə o dövrün münasibətini göstərən faktlardan­dır. Lakin “rəhbər”in etirazı yalnız bununla bitməmiş, M.Bağı­rov da­ha da kəskin ifadələrlə ana kitabımız – “Kitabi-Dədə Qorqud”u marksist-leninçi ideyalara əsaslanaraq, “təhlil etməyə” baş­la­mış­dır: “Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlı­ğını və mə­su­liyyət hissini itirərək, uzun illər ərsində bu zərərli, xalqa zidd ki­ta­bı Azərbaycan eposu adı ilə təbliğ etmişlər. “Dədə Qorqud” xalq eposu deyildir. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məq­sədilə Azərbaycana gələn oğuz köçəri tayfalarının hakim yu­xa­rı təbəqəsini tərifləməyə həsr edilmişdir. Bu kitab tamamilə mil­lət­çilik zəhərilə doludur, müsəlman olmayan başqa xalqlara, əsa­sən qardaş gürcü və erməni xalqlarına qarşı yazıl­mışdır”2.

M.Bağırovun nitqinin davamında sovet iqtidarının iç üzü bütün eybəcərliklərilə görünməkdədir. Belə ki, başdan-ayağa azər­baycançılığa, türkçülüyə nifrət notlarına köklənən bu dəh­şətli nitq­də elm, sənət adamlarına – ziyalılara qarşı ağlasığmaz cəza təd­­birlərinin həyata keçirilməsinə çağırış dövrün acınacaqlı və va­him­əli mənzərəsini əks etdirməkdədir: “Yoldaşlar, ideoloji təh­riflərə və burjua millətçiliyi təzahürlərinə qəti son qoymaq və marksizm-leninizmə zidd ideologiya yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq lazımdır”1.

Mühacirət ədəbiyyatşünaslığında da “Kitabi-Dədə Qor­qud”un təd­­qiqi tarixi keçən əsrin 20-ci illərinə təsadüf edir. 1928-ci ildə M.B.Məmmədzadə Azəri Türk Gənc­ləri Birliyində “Mil­lətlərin oyan­ma­sında dastanlar” mövzusunda çıxış edər­­kən, “Ki­tabi-Dədə Qor­qud” haqqında da danışmış, M.Ə.Rə­sulzadə (1884-1955) həmin ildə yaz­dığı “Qafqazya türkləri” əsərində eposun təhlilini vermişdir. Qeyd olun­­malıdır ki, 30-cu illərdə “Azər­bay­can yurd bilgisi”ndə və digər mü­­hacirət mət­buatında eposa də­fələrlə müraciət edilsə də, əsərin ya­saq edildiyi 50-ci illərdə “Ki­tabi-Dədə Qorqud”a daha çox diqqət ye­ti­rilmiş, das­tan bəşəri də­yərlər baxımın­dan ən yüksək sənət abidəsi ki­­mi qiymət­ləndiril­miş­dir. Ya­saqlar ucbatından xeyli müddət tədqi­qat­dan kənarda qalan, hər hansı aspekt­də ona müraciət edilməsinə, öy­­rənil­məsinə və ya­yıl­masına ciddi qadağa qo­yulan epos müha­cirət folk­­lor­şünaslığı tə­rəfin­dən dəfələrlə təhlilə cəlb edil­mə­sinə bax­ma­ya­raq, onun araş­­dırıl­ması prosesində hər hansı ide­oloji müda­xilədən söh­­bət gedə bilməz.

Azərbaycan mühacirət folklorşünaslığının eposla bağlı araş­dır­ma­larından danışılar­kən, ilk növbədə diq­qəti M.Ə.Rə­sulza­də­nin təd­qi­qatları çəkir. Belə ki, hələ Azərbaycan Xalq Cümhuriy­yə­tinin sü­qu­tun­dan sonra, Stalinin himayəsi ilə Mosk­vada yaşa­yıb-yaratdığı dövr­lər­də o, “Kitabi-Dədə Qorqud” das­tanının rus dilinə tərcüməçisi olan gör­­­kəm­li şərqşünas alim V.V.Bar­­­toldla gö­­rüş­müş, akademikin xahişi ilə eposun mətnin­dəki müəyyən çətin söz­lərin şərhi və sərrast tər­cü­mə­si üçün ona yardım etmiş­dir. Qor­qud­şünaslıq üçün əhə­miy­yətli olan bu fakt “Kitabi-Dədə Qor­qu­d”un rus­ca nəşrində akademik tə­rə­fin­­dən sayğıyla etiraf olunmuşdur.

M.Ə.Rəsulzadə sonralar mühacirətdə olduğu dövrdə də “Kita­bi-Dədə Qor­qud” eposu ilə bağlı araşdırmalarını sis­temli şəkildə da­vam etdirmiş, müx­­təlif səpkili tədqi­qatla­rında öz qə­na­ətlərini ümu­mil­əşdirmişdir. Ədibin mühacirətdə qələmə aldığı “Dədə Qorqud das­­tanları”, “Dədə Qorqud oğuz­­namələri” və b. məqalələrində, ha­belə ədəbiyyat tarixinə həsr olunmuş təd­qi­­qat­larının müəyyən qis­mində dastanla bağlı ciddi elmi-nəzəri məqam­lar var­dır.

M.Ə.Rəsulzadə məşhur türk alimi Kırzıoğlu M.Fəx­rəd­dinin 1952-ci ildə İstanbulda çap olunmuş “Dədə Qorqud oğuz­namə­ləri” adlı monoqrafik tədqiqatına həsr etdiyi eyniadlı araş­dırma­sında da “Kitabi-Dədə Qorqud” eposunu təhlil etmiş­dir. Həmin məqaləsində müəllifin “Kitabi-Dədə Qorqud”u “Qu­ran­dan son­ra ən çox oxunan kitab” adlandırmasını M.Ə.Rəsul­zadə eposa veri­lən ən yük­sək qiymət kimi dəyərləndirmişdir.

Qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadənin Azər­baycanı təb­liğ et­mək, onun zəngin mə­dəniyyətini dünyada tanıtmaq üçün müx­təlif dillərdə nəşr etdirdiyi tədqi­qatlarda da “Dədə Qorqud” və digər das­tan­lar haqqında danışılmışdır. Məsələn, ədibin 1938-ci ildə Ber­lində alman­ca nəşr etdirdiyi “Azərbaycan problemi” əsə­rində (Bu əsər Pərixan Mete və Səbahəddin Şimşir tərəfindən türk­cəyə çevilərək 1996-cı ildə Ankarada nəşr olunmuşdur) “Ki­tabi-Dədə Qorqud”un Azər­baycanda yaranmasına toxu­nularaq qeyd olunur ki, əski türk xalq ədəbiyyatının ən böyük əsərləri “Də­də Qorqud”, “Koroğlu” və bən­zərləri Azərbaycanda ortaya çıx­mışdır. Modern türkoloji bunlara bö­yük dəyər vermiş və bun­ları ümumtürk ədəbiyyatı üçün önəmli bir qay­naq olaraq görmüşdür.

Azərbaycan mühacirətinin tanınmış nümayən­dələrindən olan Mir­zə Bala Məmmədzadənin (1898-1959) də istər tarixi-siyasi, is­tərsə də ədəbi-kulturoloji səpkili tədqiqat­larında, yeri gəldikcə, bu və ya başqa şəkildə “Kitabi-Dədə Qorqud”a müra­ciət edilmiş, das­tandakı əhvalatlar xalqı­mızın mücadilə tarixinin şanlı səhifələri kimi canlan­dırılmışdır.

Hələ 1928-ci ildə İstanbuldakı Azəri Türk Gəncləri Birli­yində etdiyi “Millətlərin oyanmasında dastanlar” adlı məruzə­sində (Qeyd edək ki, 6 aprel 1928-ci ildə oxunmuş bu məruzənin mətni Ankarada çıxan “Azərbaycan” dərgisinin 1970-ci il 191-196-cı sa­yın­da nəşr olunmuşdur) müəllif diqqəti xalq ədəbiy­yatının mü­hüm janrlarından biri оlаn dastanların milli ruhun oyanışında müs­təsna əhəmiyyət daşıdığına yönəltmişdir.

Məqalədə eposu yunanların “İliada” və “Odisseya”, alman­ların “Nibelunq nəğmələri”, finlərin “Kalevala”, çexlərin “Slavi dçera” və “Kral Vadur”, estonların “Kalevi Puyek” dastanları ilə mü­qayisə edən M.B.Məmmədzadə bu əsərlər kimi “Kitabi-Dədə Qorqud”un milli həyatı, hürriyyəti əks etdirdiyi üçün qüdrətli, əzəmətli olduğu fikrini irəli sürmüşdür.

Xüsusilə müəllifin 1952-ci ildə Münhendə dərc olunan “Qaf­­qasya” dərgisində nəşr etdirdiyi “Dədə Qorqud” adlı məqa­lə­sin­də epos müfəssəl təhlilini tapmışdır. Məqalədə tədqiqatçı XVII əsr səy­yahları Adam Oleari və Övliya Çələbiyə, XVII əsr müəllifi Əb­dülqazi Bahadura, Elxanilər dövrünün tarixçisi Rəşi­dəddinə is­ti­nadən “Kita­bi-Dədə Qor­qud”un əsasında tarixi hadi­sələrin da­yan­­ması, Dədə Qorqud, Qazan xan, Burla xatun və b. dastan qəh­rə­­manlarının tarixi şəxsiyyət olması, onun öyrənil­mə­sinə qo­yulan qa­­dağaların əsərin qəh­rəmanlıq ruhuyla bağlı­lığın­dan doğması qə­na­­ətinə gəlmişdir.

Türk dastanları haqqında qeyri-adi yanaşma tərzi ilə diqqət çə­kən araşdır­maların müəlliflərindən biri də İren xanım Me­li­koff­dur (İrene Melikoff (1917-2009). Ömrünün cox hissəsini Fran­­sa­da yaşamaq zorunda qalan əslən azər­baycanlı İren xanım 1957-ci il­də “Məlik Danişmənd” dastanı, “Da­niş­mənd­namə”nin tən­qidi in­cə­ləməsi” adlı doktorluq işi müdafiə etmişdir ki, əsərin “Abidədə folk­lor mətnləri və dastan motivləri” fəsli alimin xalq ədə­biy­ya­tı­nın bu janrı ilə bağlı mü­lahizələrinə həsr olun­muşdur

İren xanım folklorla bağlı araşdırmalara davam edərək, 1962-ci ildə “Türk-İran dastan gələnəyində Xorasan təbərdarı Əbu Müs­lüm” adlı əsərini tamamla­mışdır. 1995-ci ildə fransızca nəşr olu­nan, uzun sənələrdən sonra – ­2008-ci ildə Turan Alp­tekin tə­rə­findən türk dilinə tərcüməsi yayınlanan “Das­tandan ma­sala – tür­koloji yolçuluqlarım” (“De L ‘epopee Au Mythe: İtineraire tur­cologique”) adlı tədqiqat əsəri isə İren xanımın zəngin folklor araş­dırmalarının yekunu hesab edilə bilər. Kitabın içərisində ve­rilən “Türk Qafq­az­yalılıq: Babək Xürrəmi və Seyid Battal” (“No­tes turco-cauasiens: Ba­­bek Hurrami et Seyyid Bat­tal”), “Gür­cülər, türkmənlər və Trabzon: “Kitabi-Dədə Qorqud” üzərinə“ (“Ge­or­giens, Turcomans et Trebizonde: Notes sur le Livre de De­­de Korkut”), “Türk dastan ədəbiyyatında Kərbəla olayı” (“Le drame de Ker­bela dans la litterature epique turque”), “Halva qutsallığı və halva dağıtma ənənəsi: ortaçağ Türkiyə­sin­də məslək loncalarında bir uyğulama üzərinə araş­dırma” ( “Le ri­­tuel du Hel­va: recherche sur une cotume des corporations de Metier dans la Turquie me­dievale”) , “Ana­dolu türk­­lərinin din­səl-qəhrə­manlıq mətn­lərində sim­­vollaşan saylar” (“Nom­bres sum­boki ques dans la litterature epico-religieuse de Turcs d “Ana­­tolie”) və s. fəsillərdə ad­la­rın­dan da göründüyü kimi, həm dastanlar, həm də folk­­lorun digər janrları ilə bağlı təhlillərə yer verilmişdir.

İren xanım Melikoffun “Gürcülər, türkmənlər və Trabzon: “Ki­tabi-Dədə Qorqud” üzərinə” mə­­qa­ləsində ana kitabımızla bağ­lı ma­raqlı məlumatlara təsadüf olunmaqdadır. Tədqiqat ilk də­fə 1964-cü ildə Parisdə fransız dilində “Revue de Katvelolo­gie”­də (sayı 45-46, s.18-27) nəşr edilmişdir. Məqalənin giriş his­səsində Qaf­qaz xalq­­­la­rının XI-XV əsrlər tarixi ilə bağlı məlumat verən mü­əllif Trabzon imperatorluğunun yaranması, Gürcü­stan­da, Er­mə­­­nistanda hakimiyyət uğ­run­­da baş verən savaşlar, həm­çinin apa­rılan siyasətlə yanaşı, səl­cuq­lar, onla­rın yürüşləri, mon­qollar, Qa­ra­qoyunlu, Ağ­qoyunlu döv­lət­lə­ri ilə bağ­lı hə­qi­­qətləri də üzə çı­xarmağa çalış­mışdır.

İren xanım, hər şeydən əvvəl, “Kitabi-Dədə Qorqud”u oğuz türk­­­lərinin “div bir əsər”i kimi cox yüksək dəyər­ləndirmış, di­gər tərəfdən, Qaf­qaz xalq­larının həmin əsrlər­dəki tarixinin çox qa­rı­şıq ha­di­sələrlə zən­­­gin olduğunu xatırladaraq, qaranlıq qalan mə­qam­ları aydın­laş­dırmaq üçün mücərrəd, yarımçıq mən­bə­lər­dənsə, məhz bu dastana mü­ra­ciət edil­məsinin daha məq­­sə­dəuy­ğun oldu­ğunu, eposun yal­nız ədəbi deyil, həm də tarixi əhə­miyyət daşı­dı­ğını müəy­yən­­ləş­dir­miş­dir.

“Kitabi-Dədə Qorqud”un, əslində, tarixən daha qədimlərə aid olduğunu, bir neçə yüz il əvvəllərdən yaranaraq, ağızdan-ağı­za şifahi şəkildə yayılmasına diqqəti yönəldən müəllif epo­sun XV əsr­də Təbrizdə yazıya köçürüldüyünü qeyd etmişdir.

Beləliklə, İren xanım da bir sıra türk təd­qiqatçıları (O.Ş.Gök­­­­­yay, M.Ergin və s.) kimi “Kitabi-Dədə Qorqud”un ya­zı­ya alınması tarixini XV əsrə aid etmişdir. Qorqud­şünaslıqda uzun il­lər bu məsələ ilə bağlı mübahisə davam etsə də, eposun Drez­den mətninin XI əsr – təxminən 1052-1053-cü illərdə yazıya alın­ması, demək olar ki, artıq sübuta yetirilmişdir.

Əsərin meydana çıxmasında əvəzsiz xidmət göstərən və das­ta­nın özün­­də adı hər zaman sayğı ilə xatırlanan əsas qəh­rəman­lardan bi­ri, oğuz­­ların müdrik ağsaqqalı, ozanı Dədə Qor­quddan böyük sev­gi ilə bəhs edən məqalə müəllifi əsas ha­di­sələrin mərkə­zində duran şəx­sin Bayındur xan olduğunu söyləməklə qal­ma­mış, onun yaşadığı tarixi döv­rü, siyasi hadisələri də müəy­yən­ləş­dir­məyə ça­lışmışdır.

İren xanım dastanın beşinci (“Duxa Qoca oğlu Dəli Domrul bo­yunu bəyan eylər”) və altıncı (“Qanlı Qoca oğlu Qanturalı bo­yu­nu bəyan eylər”) istisna olmaqla qalan boylardakı hadi­sələri XIII əsrə aid olduğunu qeyd etmişdir, nədənsə alim səkkizinci boy­­la (“Basatın Tə­pə­gözü öldürdüyü boyu bəyan eylər”) bağlı heç bir qənaət irəli sürməmişdir. Bu, bir qədər təəccüb doğurur. Lakin mü­əllif hadi­sə­lərin baş verdiyi əra­zilərdən bəhs edərkən, yalnız altı bo­yun bir-biri ilə daha sıx bağlı ol­duğunu bildirmişdir.

İren xanım həmin altı boyun hər biri və olayların baş verdi­yi yer­lər haqqında ayrı-ayrı məlumat vermişdir. Müəllifin türk salna­mə­­lərində ka­fir hökmdarlara aid olaraq istifadə edilən “tek­fur” sö­zü­nün izahı ilə baglı fikirləri də maraq doğurur. Bunun ermənicə “ta­kavor” sözündən oldu­ğunu, krallara verilən ad kimi işləndiyini mü­əyyənləşdirən İren xanı­mın məqaləsindəki bir mə­qam da dü­şün­dü­rücü və mübahisəlidir. Onun fikrincə, o biri Ana­dolu türk das­tan­­larının, özəlliklə əsas hadisələri Kapa­dokyada keçən “Məlik Da­nişmənd” abidəsinin əksinə Qafqaz Ermə­nistanı XI yüzildən bə­ri Bizansa buraxılmış olduğundan Ermənistan və ermənilərlə bağlı bir xatırlatmadan söhbət belə getmir. Türk­mən­lər Qafqazda ermə­nilərlə savaşmışlarsa da, – ki bundan şübhə edilə bilməz, – onları gürcü “kafir”lər sanmışdırlar.

İren xanım eposun bəzi boylarının mövzu baxımından daha əski çağ­lara aid olduğunu, məsələn, altınci boydakı əhvalatın “türk das­tan ənə­nə­sində sıx rastladığımız və şübhəsiz, matriarxat dö­nəmlərinə çıxa bi­lə­cək savaşçı qadın (amazon) motivi kimi” dəyər­ləndirmiş, dastanın mət­ni­­nin bizə “azəri ləhcəsi olaraq müəyyən­ləşən bir dillə” çatdığını da ayrı­ca xa­tır­lat­mışdır.

İren xanım Melikoffun “Qazan sözcüyü üzərinə” adlı digər mə­qa­ləsi Amerikadan olan professor Robert Dankoffa cavab kimi ya­zıl­sa da, bir çox məsələlərin həllində əhəmiyyətli araşdırma he­sab edilə bi­lər. Məqalədən göründüyü kimi, İren xanım dünya folk­lor­şü­nas­la­rı­nın qaldırdığı müx­təlif məsələlərə diqqət yetirmiş, türk mi­fo­lo­gi­ya­sın­da və xalq ədəbiyyatında mühüm yeri olan “qa­zan” sözü­nün Çikaqo Uni­versitetinin professoru Robert Dankoff tərə­findən “ləyən” kimi yan­lış izahına etirazını bildirmiş, tədqi­qa­tına öz müla­hizələri ilə ay­dın­lıq gə­tir­­mişdir ki, bu da təqdirə­layiqdir.

İren xanımın “Asiya jurnalı”nda (“Journal Asia­ti­que”) 1962-ci ildə (s.435-445) fransızca nəşr olunan “Ana­dolu türk­­lərinin din­səl­-qəhrəmanlıq mətnlərində sim­vol­laşan say­lar” məqaləsi dastan­lar­dakı sayların işlənmə məqamları, ifadə etdikləri sətiraltı məna­la­rın izahına həsr edilmişdir. 1, 3, 5, 7, 40 və 300 saylarına sıx-sıx rast­landığını bildirən mü­əllif, eyni zamanda, 17 və 72-nin də cox iş­lən­diyini, bu rəqəmlərin əslində 9 ilə 8-in toplanması və vurul­ma­sın­dan yarandığını müəyyən­ləşdirmişdir. Daniş­mənd, Sarı Sal­tuk, Əbu Müs­lim, Seyid Battal və başqa das­tan qəhrəmanlarının ad­la­rı­nı ərəb hərflərinin əbcəd hesabı ilə say qarşılığı əsasında in­cə­lə­mək­lə İren xanım bu iki rəqəmin qutsallığını üzə çıxarmaqla ya­na­şı, onların əski dönəmlərdən həm fars folklorunda, həm də türk das­tan ənə­­nəsində yaşadığını müxtəlif mənbələr əsa­sında sü­buta ye­tirmişdir. İren xanım bu iki sayın (əsasən 17 sayının) təh­lil­ləri za­manı daha çox Bəktaşi-ələvi təriqətlərilə bağlılığı məsələsini or­ta­ya qoysa da, mövzu ətrafında müraciət olunan mənbələr ma­raq do­ğurur. Fikrimizcə, bu problemin Azərbaycan folklorunda da özü­nə­məxsus yeri vardır və belə təhlillərə ehtiyac duyulmaqdadır, bu da gələcək araşdırıcılar üçün bir istiqamət kimi dəyərlidir.

Qeyd etmək lazımdır ki, İren xanım xalq ədəbiyyatında sim­vol­laşan say­larla bağlı araşdırmalarını davam etdirərək, “Bək­ta­şi-ələ­viliyin simvollaşdığı üzə­rinə: on iki heyvanlı təqvim­dən on iki imama” məqaləsində problemlə bağlı bildirməkdədir ki, on iki sa­yı­nın qutsallaşdırılmasına dinlərin və mədəniyyətlərin bir ço­xunda rast­laşırıq. Qədim çağda yunan-latın panteonunun başlı­ca tanrı­ları­nın sa­yı da on iki idi: on iki qeysər. Xristian dönəmdə on iki ha­va­ri bu dinin das­tan ədə­biyyatında Dəyirmi Masada on iki cəngavər bu­lunurdu. İslamda on iki sayı On İki İmamın yük­səldilişi ilə şi­ələr­də müəyyənləşdi.

Həmin məqaləsində müəllif qısa olaraq yeddi sayı ilə bağlı dü­şüncələrinə yer ayırmış, bu rəqəmin islamın qəbulundam öncə də türklərdə müqəddəsliyini göstərən bəzi detallara rastladığını nə­zə­rə çatdırmaqla yanaşı: “Bu dərin­ləş­mə­yə dəyər bir mövzu­dur”, – ya­za­raq, onun aydınlığa qovuşmasını gələcək araş­dır­ma­lara sax­la­­mışdır.

Azərbaycan mühacirət folklorşünaslığının diqqət mərkə­zin­­də olan dastanlardan biri də “Koroğlu” dur.

Səlim Rəfiqin “Niga­ris­tanlı Aşıq Sadığın bir şeiri haq­qın­da” ad­lı məqaləsində Pa­ris milli ki­tab­xa­nasında qorunan “Ko­roğ­lu” das­tanının İstanbul Universiteti Tür­kiy­yət İnstitutunda mühafizə edi­lən surəti haqqında məlumat verilmişdir. Mə­qalə mü­ə­l­­lifinin qey­dinə görə, dastan Nigaristanlı Sadığın dilindən Azər­baycanda qə­­lə­­mə alın­mış­dır. O həm­çinin Nigaristanlı Sa­dığın “açıq və sadə lisanında azə­ri ləhcəsinin xüsusiyyətləri”ni daşıyan bir el sə­nətkarı ol­du­ğunu, onun dilindən yazıya alınmış “Koroğlu”nun digər va­riant­lar ki­mi nəzm­­lə nəsrin əvəzlənməsi formasında qurul­du­ğunu qeyd etmişdir. Bundan əlavə, həmin va­riantda verilən bir qoşma­nı da S.Rəfiq məqaləsinə daxil etmişdir.

“Kor­oğlu”nu dastan deyil, “xalq roma­nı” kimi təq­dim edən təd­qiqatçı Paris milli kitabxanasının kata­loquna əsasən S.R.994 şifrəsi altında saxlanılan “Ko­roğ­lu” vari­an­tının Əhməd Qutsi bəyə is­tinadən 1750-ci ildə yazıya alındığını qeyd etməyi də unut­ma­mış­dır. Bununla da o, nüsxənin elm aləminə məlum vari­ant­ların­dan da­ha qədim olması qə­na­ətinə diqqəti yönəltmək istəmişdir. Ey­ni zamanda, verdiyi qoşmanın dilinə diqqət yetirərək, bu şeirin XVIII əsrin birinci yarısında yazıla biləcəyi ehtimalını da irəli sür­müş­dür.

Bu tarixə diqqət yetirən bəzi tədqiqatçılar da həmin nüs­xə­nin tarixi ilə bağlı yanlış mülahizələr yürütmüşlər. Əslində Səlim Rə­fiqin məqaləsindəki “Koroğlu”nun Paris milli ki­tabxanasında sax­lanan nüsxəsinin 1750-ci ildə yazıya alınması faktı yan­lış­dır.

Məlumdur ki, “Ko­roğlu” haqqında ilk ciddi araşdırmanın mü­əllifi olan polyak alimi A.Xodzko 1832-1834-ci illərdə İran­­dakı rus konsulluğunda baş katib işlədiyi vaxt Hacı Mirzə İs­­gəndərin təşəbbüsü, Mirzə Əbdülvahabın mirzəliyi ilə Aşıq Sadığın dilindən qələmə alınmış “Koroğlu” dastanının nüsxəsini Pa­ris Milli Kitab­xanasına təqdim etmişdir.

Buradaca qeyd etməyə ehtiyac vardır ki, folk­lorşünaslıqda Aleksandr Xodzkonun şəxsiyyəti ilə bağlı başqa, bir qədər mü­ba­hi­sə doğura biləcək qənaət də möv­cuddur. Tədqiqatçı Elçin Ab­ba­sova görə, “Koroğlu” dasta­nının Paris nüsxəsinin sonunda top­la­yıcı kimi göstərilən Mirzə İsgəndər Aleksandr Xodzkonun özü­dür.

Xatırladaq ki, Səlim Rəfiqin 1933-cü ildə bəhs etdiyi “Ko­roğ­lu”nun həmin nüsxəsi yalnız 1997-ci ildə Bakıda işıq üzü gör­müş­dür və folk­lorşünaslıq üçün ciddi əhəmiyyət kəsb edən bu abi­dəni filologiya elm­ləri doktoru, professor İsrafil Abbaslı nəş­rə ha­zırlamışdır. Lakin Səlim Rəfiqin yuxarıda bəhs olunan məqa­lə­si­nin “Koroğlu” dastanının bu variantına diqqətin yönəl­dilmə­sində mü­hüm rol oynadığı danılmazdır.

Mühacirətdə folklorşünaslar qaçaqlarla bağlı qəhrəmanlıq nəğ­mələrini, xüsusən “Qaçaq Nəbi” dastanını hərtərəfli təhlilə cəlb etmişlər. Yaxın tarixi keçmişin məhsulu olması, bu­rada milli-azad­lıq müba­rizəsi ilə bağlı motivlərin, xüsusilə rus zülmünə qarşı eti­raz ru­hunun qa­ba­rıq əksi, həmçinin sovet senzu­rasının ciddi “re­­dak­tə”sinə məruz qalması müha­ci­rətdə marağa səbəb olmuş, mət­buatda “Qa­çaq Nəbi”dən vaxtaşırı parçalar verilmiş, haqqında mə­qalələr dərc edil­miş­dir. Xalq təfəkkürünün məhsulu olan bu bə­dii mate­riala təkcə estetik baxım­dan de­yil, həmçinin siyasi-ide­olo­ji müstəvidən yanaşan mühacirət folk­lorşü­naslığı Azərbay­can mil­li-istiqlal sava­şının tarixinə güzgü tutan bu tək­rar­sız sənət nü­mu­nəsini bütün yönlərilə təhlilə cəlb etmişdir. Məhəmməd Əmin Rə­­sulzadə, Mirzə Bala Məm­­­mədzadə, Əhməd Cə­fəroğ­lu, Hüseyn Bay­­kara, Na­ğı Key­kurun, Yunus Lənkə­ran­lı, Nəbi Turablı və baş­qa müəlliflərin yazı­larında “Qaçaq Nəbi” dastanı təhlil və təd­qiq olunmuşdur.

Məlumdur ki, “Qaçaq Nəbi” ilə bağlı rəvayət və nəğmələri P.V.Vostrikov XIX əsrdə toplamağa çalışmış, ilk dəfə kiçik par­ça­nı SMOMPK məcmuəsində nəşr etdirmişdir. Dastan Ə.Ta­hirov tə­rəfin­dən 1938-ci ildə ilk dəfə kitab halında nəşr olun­muş­dur. Mü­hacirətdə isə bu əsər hələ 1928-ci ildə, yəni Azər­baycanda “Qa­çaq Nəbi” das­ta­nı ilə bağlı təd­qi­qat­lara başlanıl­madığı dövrdə Ə.Cəfə­roğlu tərəfin­dən təhlilə cəlb edilmişdir. İstanbulda M.Ə.Rə­sulza­də­nin re­dak­­tor­lu­ğu ilə nəşr edilən “Azəri türk” dər­gi­sində Ə.Cəfə­roğ­lunun “Azəri xalq ədə­biy­ya­tında “Qa­çaq Nəbi” das­tanı” adlı məqa­ləsi dərc olun­muş­­dur. Mü­əl­lif Qa­çaq Nəbini ta­ri­xi şəx­siyyət kimi səciy­yələndi­rə­rək, onun Azər­baycan xal­qı­nın mil­li-azadlıq hərə­­katın­da­kı xid­mət­lə­rini açıqlamış rus müs­təm­lə­kə­­çi­lə­rinə və onların yerli əlaltılarına qarşı barışmaz mü­ba­ri­zə­sin­dən bəhs etmiş­dir. Ə.Cə­fə­roğ­lunun “Azəri ədə­biyyatında istiqlal mü­­cadi­ləsi” (1932) əsə­rində də “Qa­çaq Nəbi” das­tanı ciddi təd­qiq obyektinə çevril­miş­dir. Ə.Cəfə­roğlu “Qaçaq Nəbi” dastanını Azər­­bay­can xalqının rus müs­təmləkəçilik zülmünə qarşı mü­ba­ri­zə­sini əks etdirən ən mü­kəmməl folklor abidəsi kimi səciyyə­lən­di­rə­rək, dastan qəhrəmanı ilə onun prototipi ara­sında müqa­yisəli təh­lil fo­nunda Nəbinin xan və bəylərin zülmünə qarşı mübarizə apa­ran bir kəndlidən rus əsarətinə qarşı vuruşan bir qəhrə­man sə­viy­yə­si­nə yük­­səlməsinə diqqəti çəkmişdir. Müəllifin fikrincə, Qa­çaq Nəbinin rus müstəm­ləkəçilik reji­minə qarşı durması onun mü­ba­­ri­zəsini sosial zəmindən siyasi müstəviyə keçirmiş, məhz buna gö­rə də bir çox düşmənləri onu bağışlamış, hətta, yeri gəl­dikdə, yar­dımçı ol­muşlar.

Dastanda Həcərin qabarıq təsvir olunmasının məqsədli sə­ciy­­yə daşı­dığını qeyd edən tədqiqatçının fikrincə, bu, hər şeydən əv­­vəl, rus işğalçılıq reji­mi əleyhinə mübarizənin kütləvi mahiy­yət kəsb etdiyinə işarədir. Dastan ya­radıcıları həmçinin Həcərin təqib olun­ması ilə rus jandarma rejiminin Azər­baycanda qadın­ları belə əfv etmədiyini göstərmək istəmişlər.

Tədqiqatçı Həcərin qəhrəmanlığının dastanda geniş yer tut­ma­sının, eyni zamanda, ənənədən doğduğunu da göstərmiş, bu­nun əsas səbəbini Azər­bay­can qadınlarının kişilərlə bərabər dö­yüş­­məyə, vətəni, torpağı, şərəf və lə­ya­qətini qorumağa qadir ol­ma­sı ilə izah etmişdir.

Azərbaycanda gedən milli-azadlıq mübarizəsində XIX yüz­ilin qaçaq­çılıq hərəkatına xüsusi əhəmiyyət verən Hüseyn Bay­ka­ra (Qara Hüseynov (1904-1984) siyasi təqiblər üzündən 1927-ci il­də İrana, sonra Türkiyəyə getməyə məcbur olmuş, İstanbul Uni­ver­­sitetinin hüquq fakültəsini bitirərək, Elazığda hakim, İs­tan­bul­da prokuror vəzifələrində çalışmışdır) bu müba­rizənin rus çarlıq re­ji­minin əsasla­rını sarsıdan faktor kimi səciyyələndir­miş­dir. “Azər­­baycanda yeniləş­mə hərəkət­ləri” adlı tədqiqatında H.Bay­­ka­ra qaçaqçılıq hərəkatı ilə bağlı qoşulan dastanların real həyatdan doğ­duğuna, canlı tarixi hadi­sə­lərə söykəndiyinə diqqəti yönəltmiş və tarixin heç bir ça­ğında rus çarizm idarəsinin Azərbaycanda “qa­çaq” deyə adlandırılan xalq qəh­rə­manlarından yaxasını qurtara bil­mədiyini qeyd etmişdir. Gəncədə Qaçaq Dəli Alı, Qara­bağ­da Qa­çaq Nəbi, Sofi təxəllüslü şair Qaçaq Kəblə Məhəmməd Ka­va­ler və başqalarına aşıqların dastanlar yarat­dığı və bu hərəkatların Azər­­baycan xalqının rus istilası rejiminə durmadan, aralıqsız apar­dı­ğı mübarizə olduğunu bildirmiş­dir.

Tədqiqatçı həm­çinin Nəbinin qardaşı Mehdinin Gürcü­van kən­dində çar casusları tərəfindən öldü­rülməsini, bu ha­di­sədən üç gün sonra Nəbinin həmin kəndə gələrək qarda­şının qisasını al­ma­sı­nı, onun rus kazak birlikləri ilə döyü­şərək Arazın o tayına keç­mə­sini, Çiçəkli kəndində qalan arvadı Həcərin həbs edilib Gorus həbs­xanasına salınmasını və 1895-ci ilin oktyabr ayının 28-də Nə­bi­nin Go­rus həbs­xanasına hücum edərək arvadı Həcəri xilas et­mə­sini dastan qəh­rə­manının azadlıq uğrunda mübarizəsi kimi sə­ciy­yələn­dirmişdir.

Qeyd edək ki, H.Baykara “Qaçaq Nəbi” dastanındakı şeir par­çalarına da müəyyən yer vermişdir. Məsələn, müəllif Həcərin dilindən verilən aşağıdakı par­­çanı diqqət önünə çəkmişdir:

Qazamat istidi, yata bilmirəm,

Ayaqda qandalaq qaça bilmirəm.

Açar urusdadır aça bilmirəm,

Mənim bu günümdə gələsən, Nəbi,

Qazamat dalını dələsən, Nəbi.

Burada dastanın dilindəki bəzi ifadələrə diqqət yetir­məyə eh­ti­yac var­dır. Belə ki, Azərbaycanda nəşr olunmuş “Qaçaq Nə­bi” das­tanının məlum variantında “Açar urusdadır aça bilmirəm” mis­rası “Qapısı bağlıdı aça bil­mi­­rəm” şəklin­də dəyişikliyə uğra­mış­dır. So­vet senzu­rasının bu redaktəsi sadəcə bədii redaktə de­yil­­dir, das­tanın məzmununu, Nəbinin apardığı müba­rizənin mahiy­yə­tini pər­də­ləyən, onu mücərrəd istiqamətə yönəldən “məq­sədli” bir dəyişik­likdir.

Tədqiqatdakı daha bir parçaya diqqət yetirək:

Nəbinin atlısı əllidi, beşdi,

Qırx gözəl içində Həcəri seçdi.

Güllələr urusun böyrünü deşdi,

Qoy mənə desinlər, ay Qaçaq Nəbi,

Arvadı özündən ay qoçaq Nəbi

Bu parçada da “Güllələr urusun böyrünü deşdi” misrası so­vet senzu­rasının redaktəsinə məruz qaldığından şeirin məzmu­nu­na əhəmiyyətli də­rə­cədə xələl toxunmuşdur.

Nəbi Turablının “Qaçaq Nəbi” məqaləsində də adı çəkilən das­tan siyasi yöndən təhlilə çəkilir. Qaçaq Nəbinin sevilməsinin əsas səbəbini onun “əsa­rət zəncirinə yenilməzliyində”, “türkə ya­ra­şır məğ­rur hali”ndə görən N.Turablı dastanla S.Rüstəmin “Qa­çaq Nəbi” pyesi ara­sın­da müqayisə apara­raq, həmin əsərdə qa­çaq­lıq hərəkatının çarizmə qarşı mübarizə kimi göstərilmsinə kəs­kin etirazını bildir­mişdir. Digər mühacir yoldaşları kimi Nəbi Tu­ra­blı da qaçaqların əslində müstəmləkəçiliyə qarşı mübarizə apar­dıq­­larını qeyd etmək­dədir. Qaçaq Nəbiyə həsr etdiyi bu araşdır­ma­sında Nəbi Turablı kölə­liyə etiraz olaraq başlanan bir neçə üs­yan və onların artıq unudulmaqda olan qəh­rəmanları – Qaçaq Qən­bər, Zəyəmli Hacı Əhməd, Qaçaq Məcid haq­qın­da da mə­lu­mat vermişdir və beləliklə, onları xatırladaraq gələcəkdə bu döv­rün daha dəqiq öyrənilməsi üçün araşdırıcıların istiqamətini müəy­yən­­ləşdirmişdir.

Şübhəsiz ki, xalq öz qəhrəmanlarının adını yaşatmaq üçün on­ların şərəfinə nəğmələr qoşmuş, dastanlar bağlamışlar. Lakin, tə­əssüf ki, bu əsərlərin yayılması və ya­şa­­ması sovet sosialist sis­te­mi üzündən imkansız olmuşdur.

Yunus Lənkəranlının “Qaçaq Nəbi” məqaləsi də xalqımı­zın qəh­rəmanlıq tarixini əks etdirən “Qaçaq Nəbi” dastanına həsr edil­mişdir. Məqalədə mü­əllif dastanın yaran­ması səbəblə­rini araş­dır­mış, mühacirətin digər nüma­yən­də­ləri kimi, Qaçaq Nəbinin haqq-ədalət, azadlıq uğrunda mübarizə apar­dığı­nı, məhz buna gö­rə də xalq arasında ölməzlik qazandığını qeyd etmişdir.

Azərbaycanın mühacir ziyalılarından Səlim Rəfiqin “Azə­ri xalq ədəbiyyatında “Dəli Alı” dastanı”, Hüseyn Bay­­karanın “Azər­baycan istiqlal müca­diləsi tarixi” adlı tədqi­qat­larında “Dəli Alı” dastanı haq­qında ətraflı danışılmışdır. Hər iki tədqiqatçı əv­vəl­cə Qaçaq Dəli Alının (1857-1917) qısa bioqrafiyasını vermiş, onun həyatı və müba­rizə yolu haq­qında canlı təsəvvür yaratmağa ça­lış­mışdır.

S.Rəfiq qəhrəmanlıq das­tan­ları arasında müqayi­sələr apara­raq, “Qaçaq Nəbi” kimi “Dəli Alı” das­tanının “sırf məhəlli şərait­dən do­ğul­duğunu” qeyd etmiş, Azər­baycan xalqının bu igid oğlu haq­qında rəvayətləri və şeir­lərdən örnəkləri məqaləsinə da­xil et­miş­dir. S.Rəfiq həm­çinin xalqımızın bu igid oğlunun şərəfinə qo­şul­muş dastandan ör­nək parçalar da təqdim etmişdir. Həmin mə­qa­ləsində verilən rəva­yəti müəllif Nağı bəydən eşitdiyini qeyd et­miş­dir. Çox güman ki, bu azər­baycanlı mühacir, xalqımızın mü­ba­riz oğlu Nağı (Şeyxzamanlı) Key­ku­rundur. Belə ki, Dəli Alı və onun­la bağlı yara­nan qəhrəmanlıq nəğ­mələri Nağı Key­ku­ru­nun xa­­tirələrində də öz ək­sini tapmışdır. Azər­baycanda köləliyə qarşı mü­barizədə qaçaq­çılıq hərəkatının böyük əhə­miyyətindən, həm­çinin onların başçı­larının igid­liyindən danışar­kən, N.Keykurun yaz­­mışdır: “Qa­çaqları şəhər əhalisi və kənd ağaları bəslərdi. Bun­la­rın ruslara qarşı etdikləri qəh­rə­man­lıqlar ağızdan-ağıza yayılır, dil­lərdə dolaşırdı. Haqla­rında yaradılan qəhrəmanlıq dastan­ları dər­hal xalq arasında söylənilirdi. Saz şair­ləri – aşıqlar, bunları kənd-kənd, qəsəbə-qəsəbə dolanaraq yayırdılar. “Qaçaq” das­tan­la­rı şifahi ədəbiyyatımızın, demək olar ki, bir süsü olmuşdu. Qa­çaq­lardan məş­hur Dəli Alı 14 il durmadan ruslarla mücadilə et­miş­di”1.

Nağı Keykurun həmçinin Dəli Alının ətrafına yığdığı 2000 nə­fər­lə bir­gə erməni-rus birliklərinə qarşı savaşaraq, Gən­cə əha­li­si­nin qırğından qoru­maq üçün göstərdiyi böyük şücaətlərdən söh­bət açmış, bununla da onun adı­nın yaşa­t­mağa çalışmışdır.

Qeyd etmək lazımdır ki, S.Rəfiq tədqiqatına H.Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi “Nağıllar” kitabına istinadən Aşıq Ələs­gərin Dəli Alı ilə bağlı yazmış olduğu bir mənzum parçanı da­xil etmiş və şeirin bəndlərinin ayrı-ayrı təhlilini vermişdir. Lakin S.Rəfiq bu şeirin müəllifi Aşıq Ələsgər haqqında daha dolğun mə­lu­mat əldə edə bilməmiş və bunu təəssüflə məqa­lə­sində bil­dir­miş­dir. Məqalədə Aşıq Ələsgərin yaşı və Göyçaydan olması ilə bağlı yan­lışlıqlar, görünür, adı keçən kitabdan qaynaq­lan­maq­dadır.

Dastan yarandığı dövrdə Dəli Alının sağ olduğuna diq­qəti çə­kən S.Rəfiq Azərbaycan xalqının öz igid övladlarını hətta sağ­lıq­larında belə əfsanəvi­ləşdirdiyini, onlara olan sonsuz mə­həb­­bə­ti­ni göstərmək istəmişdir.

H.Baykara da Qaçaq Dəli Alının şəxsiyyəti və həyat yolu haq­qında ayrı-ayrı tədqiqatlarla yanaşı, həmçinin onu görən və ta­nı­yan in­san­ların xati­rələrinə, daha çox isə Səlim Rəfiqin yuxarıda bəhs olunan məqaləsinə istinad etmişdir. Bu da mühacirətdə mən­bə əldə etməyin böyük çətinliklərlə başa gəlməsilə bağlıdır. Hü­seyn bəy bu mübariz insanı tanıtdırmaq və əbədiləşdirmək üçün uzun illərdən sonra yenidən həmin problemə qayıtmış, qaçaqlar­dan bəhs edən tədqiqatında ona xüsusi yer ayırmışdır ki, bu da təq­dirə­la­yiqdir.

H.Baykaranın “Azərbaycan istiqlal mücadiləsi tarixi” əsə­rin­də qaçaq­çılıq hərəkatında mühüm xidmətləri olan, haqqında das­tan­vari rəvayətlər, əhva­latlar, şeirlər qoşulan Məhəmməd bəy Ka­va­ler haqqında da danışıl­mışdır. Müəllifin qeydlərindən aydın olur ki, o, Məhəmməd bəy Kavaler ba­rə­sində geniş və dərin məlumata ma­likdir. Mir Möhsün Nəvvabın “Təz­ki­reyi-Nəvvab” əsərində Mə­həm­məd bəy Kavalerin birtərəfli, “yanlış dəyər­ləndirilmiş bir hal tərcüməsi” olduğunu göstərməsi də bunu təsdiq etmək­dədir. Qeyd edək ki, Mir Möhsün Nəvvabın “Təz­kireyi-Nəvvab” əsə­rin­də Mə­həm­məd bəy Kavalerin haqqında çox qısa məlu­mat və bir qə­­zəli verilmişdir.

Məlumdur ki, müəyyən şəxsiy­yətlərlə əlaqədar ola­­­raq əx­la­qi-ibrətamiz rəvayətlər yarana bilər və onların həmin insanları da­im yaddaşlarda yaşatması baxı­mından mü­hüm əhəmiyyəti vardır. Be­lə ki, Hüseyn Baykara “Azərbaycan istiqlal müca­diləsi tarixi” əsə­rində XIX yüzilin qaçaqçılıq hərəkatı, onun doğur­duğu əks-sə­da və xalqın bununla bağlı yaratdığı nəğmələr, das­tanlar haq­qın­da məlumat verərkən, Qaçaq Nəbi, Həcər, Dəli Alı, Qaçaq Mə­həm­məd Kavaler ilə bağlı ya­ra­nan rəvayətləri də ki­tabına daxil et­mişdir ki, bu da həmin tədqiqatın folk­lorşünaslıq üçün dəyərini ar­tır­maqdadır. Tədqiqatçı Şuşanın tanınmış din xadimi, ədib və şairi Mirzə Cəlal Əfən­diyə istinadən Qaçaq Mə­həmməd bəy Ka­va­ler haqqında iki rəvayət ve­rmişdir.

H.Baykaranın hələ də çox az tanınan Qaçaq Məhəmməd Ka­valer və onun ana­sı haqqında verdiyi rəvayətlər xüsusilə diq­qə­ti çəkir, çünki onlar həmin igid insanla bağlı müəyyən qədər mə­­lu­mat verməklə qalmır, həm də danışılan əh­va­latda sadə bir Azər­bay­can qadını, onun zəngin mənəvi dünyası öz əksini tapır, eyni za­­manda, xalqın müstəmləkəçilərə olan qəzəbi göz önündə can­la­nır.

“Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabında H.Bay­ka­ra­nın böyük uzaqgörənliklə söylədiyi fikirlərin, bizcə, şərhə eh­ti­ya­cı yoxdur: “ Bütün nöqsanları ilə birlikdə “Azərbaycan mə­də­niy­yət tarixi” ilə “Azərbaycan istiqlal mücadiləsi tarixi” adlı ki­tab­la­rım Azərbaycan azadlıq mübari­zəsinin əlifbasıdır. Gələ­cəkdə Azər­baycanda bu mövzuda daha sanballı əsərlər yazıla­caqdır. Azər­baycan xalqının keçmişini, onun azadlıq mübarizə­sini öy­rə­nən­ləri zaman özü yetişdirəcəkdir. O zaman gələcək nəsil bu mü­ba­rizəni necə və haradan öyrənə­cəkdir? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər bunlardır”1.

Əlbəttə, Azərbaycan mühacirət folklorşünaslığının xalq üs­yan­ları ilə bağlı araşdırmaları bəhs olunan tədqi­qatlarla bitmir, əsa­rətə qarşı mücadilə mövzusunun Azərbaycan xalq yaradı­cılığında çox geniş bir yer tutaraq məktəb səviyyəsinə yüksəl­mə­si mühacir tədqiqatçıların araşdırmalarında qeyd olun­maq­dadır.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin