Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə12/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1670058735

Konseptual Əsaslar Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurasının hazırladığı və nəşr etdiyi Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatı üzrə Çərçivə Sənədinə əsaslanır.
Bu Konseptual Əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatlarının hazırlanması qaydalarını nəzərdə tutmur. Həmin tələb və qaydalar Kommersiya Təşkilatları üçün müvafiq Milli Mühasibat Uçotu Standartlarında qeyd edilir. Eyni zamanda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları bu sənəddə öz əksini tapmış prinsiplərə və müddəalara əsasən hazırlanmalıdır.
Konseptual Əsasların təyinatı Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının hazırlanmasında tətbiq ediləcək mühasibat uçotunun fundamental prinsiplərinin müəyyənləşdirilməsi və aşağıdakı hallar üçün təlimat rolunu oynayan bu prinsiplərin məntiqi əsasının təmin edilməsidir:
(a) Milli Mühasibat Uçotu Standartlarını işləyib hazırlayanlar üçün bu standartların hazırlanması və onlara dəyişikliklərin edilməsi;
(b) Maliyyə hesabatlarını hazırlayanlar üçün bu hesabatların Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib edilməsi;
(c) Maliyyə hesabatlarının istifadəçiləri üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edilmiş hesabatların təhlili zamanı.
Konseptual Əsasların məqsədi
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatlarının şəffaflığının və cavabdehliyin təmin edilməsindən ibarətdir.
Şəffaflıq məfhumu, müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın maliyyə hesabatları istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı olmasını nəzərdə tutur.
Cavabdehlik məfhumu maliyyə hesabatlarını hazırlayanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.
Konseptual Əsaslarn tətbiqi sahəsi
Bu Konseptual Əsasların tətbiqi sahəsi Mühasibat balansının, Mənfəət və zərər haqqında hesabatın, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın və Kapitalda dəyişikliklər haqqında hesabatın, həmçinin onlara aid olan qeydlərin, şərhlərin və digər hesabatların hazırlanması və istifadə olunması zamanı tətbiq edilən əsas prinsipləri əhatə edir.
Bu Konseptual Əsaslar ilə Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbləri arasında ziddiyyət yarandıqda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları tətbiq edilir.
Maliyyə hesabatının konseptual əsasları Beynəlxalq Standartlar Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır. Konseptual əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə hesabatının hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və qaydalar kommersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir.
Maliyyə hesabatının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə, işgüzar təmas qruplarından ibarətdir. Səhmdarlar qrupuna mövcud və potensial mülkiyyətçilər daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiyalar ilə təmin olunmalıdır. Borcverənlər qrupuna veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borcverən subyektlər aiddir. Muzdlu işçilər qrupuna müəssisədə keçmişdə və hal-hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əməkhaqqının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar. Analitiklər və məsləhətçilər qrupuna maliyyə ekspertləri və tədqiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdırlar. İşgüzar təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir. Hökumət qrupununa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə təmin olunmalıdır. Cəmiyyət qrupu dedikdə, buraya müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qurumlar başa düşülür.
Maliyyə hesabatı ictimaiyyəti müəssisənin müxtəlif sahələrinin fəaliyyətində mövcud olan meyillərdə baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər.
ABŞ-da mühasibat uçotu və hesabatını tənzimləyən başlıca sənəd GAAP sistemi hesab olunur. GAAP özünün mahiyyətinə görə uçot standartlarının rolunu oynayan və hamı tərəfindən qəbul edilən ümumi uçot prinsiplərindən ibarətdir. GAAP sistemində sənədlərin dörd səviyyəsi fərqləndirilir:
1. A səviyyəsi: - maliyyə uçotu standartları üzrə təlimat; - interpretasiyalar; - tövsiyələr; - mühasibat uçotu üzrə tədqiqat bülletenləri.
2. B səviyyəsi: - texniki bülletenlər; - mühasibat uçotu və audit üzrə sahə təlimatları; - izahlar.
3. S səviyyəsi: - işçi qrupunun ümumi qərarı, - praktik bülletenlər; - tətbiq üzrə təlimatlar; - uçotun qəbul edilən sahə praktikası.
ABŞ-ın GAAP sisteminin əsasını A səviyyəsinin sənədləri təşkil edir.



  1. Yüklə 53,12 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin