Mühasibat uçotu


Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş



Yüklə 53,12 Kb.
səhifə2/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1670058735

Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözü gedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxluğu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində aparılan yazılışları xüsusilə, mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı. Luka Paçolinin davamçıları müxtəlif sahələrdə xüsusilə Alvize Kazanova (1558-ci il)–gəmiqayırmada, A.Di.Pietro (1586-cı il)- kilsə təsərrüfatı və banklarda; D.A. Masketti (1610-cu il)-sənayedə; Lyudoviko Flori (1636-cı il)- mehmanxana və dövlət təşkilatlarında; Bastiano Benturi (1655-ci il)- kənd təsərrüfatında uçotun sistemləşdirilməsinin tətbiqini geniş yaymışlar. 1581-ci ildə ilk dəfə olaraq Venesiyada mühasiblər cəmiyyəti yaradılmışdır.
Təşkilatın əmlakının kəmiyyət xarakteristikasını, onun öhdəliklərini və təsərrüfat əməliyyatlarının gedişatını müəyyən etmək və onların nəticəsini qiymətləndirmək üçün təsərrüfat uçotunda üç uçot: natural, əmək və pul ölçülərindən istifadə edilir. Natural ölçü uçota alınan obyektin natural ifadədə ölçülməsi ilə xarakterizə olunur. Obyektin fiziki xüsusiyyətindən asılı olaraq bu ölçü metr, litr, kiloqram, kilovat-saat, ton-kilometr və s. ola bilər. Natural ölçüdə əmlakın-əsas vəsaitlərin, qeyri-maddi Aktivlərin, materialların, yarımfabrikatların, hazır məhsulların, əmtəələrin və i.a.-nın hərəkəti və istifadəsi əks etdirilir.Natural ölçülər ancaq eyni növlü əşyaları xarakterizə etmək üçün istifadə olunur. Natural ölçülərin müxtəlif görünüşünü xarakterizə edən əmək ölçüsü vahid vaxtla (iş günü, saat, dəqiqə ilə) ifadə olunan iş vaxtı məsrəflərinin miqdarını hesablamaq üçün istifadə edilir. Onlar təşkilatın işçi heyətinin əmək haqqının hesablanması, işə görə işləyənlərin hasilat normasının yerinə yetirilməsi üzərində nəzrətin aparılması, əmək məhsuldarlığının müəyyən edilməsi üçün istifadə olunur. Ölkənin, müəssisə və təşkilatlarının əsas göstəriciləri olan pul vəsaitinin, debitor və kreditor borclarının, eləcə də ümumi və satılan məhsulların, onların maya dəyərinin, yaxud zərərliyin təsərrüfat uçotunda əks etdirilməsi üçün pul ölçüsündən istifadə edilir. Operativ uçot təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinə gündəlik nəzarət etmək məqsədilə bütün halların qeydə alınması, onlar üzərində müşahidə və nəzarətin aparılması üçün istifadə edilir. Operativ uçotun məlumatları müəyyən tarixə şifahi olaraq telefon, teleqraf, telefaksla toplanır yaxud təşkilatın rəhbərinə, mülkiyyətçiyə (iştirakçıya, təsisçiyə) və Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulduqda dövlət orqanlarına təcili bildirişlə, poçtla göndərilir. Statistika uçotu kütləvi hadisə və proseslərin və onların təşkilatın maliyyətəsərrüfat fəaliyyətində, ictimai həyatda, təbiətdə qanunauyğunluğunu əks etdirir və ümumiləşdirir. Bu uçot növü təsərrüfat uçotunun digər növləri ilə sıxı əlaqədə olmaqla, operativ və mühasibat uçotunun məlumatlarından istifadə edir, məlumatların (siyahıya alma, anket sorğusu və s.) toplanmasına və onların işlənməsinə (qruplaşdırma, icmallaşdırma, müxtəlif göstəricilərin: orta, indeks kimi korrelyasiya əmsalı və s.) özünün xüsusi üsullarına malikdir. Mühasibat uçotu təşkilatın Aktivləri, öhdəlikləri, gəlirləri, xərcləri və onların dəyişməsi haqda bütün informasiyaları tam, fasiləsiz və sənədlə rəsmiləşdirilmiş qaydada dəyər ifadəsi ilə toplamaq, qeydə almaq, və ümumiləşdirmək sistemini özündə əks etdirir. Digər uçot növlərindən fərqli olaraq maliyyə uçotu öz işini əsaslandırılmış sənədlərlə; təşkilatın maliyyə-təsərrüfat fəaliyyətində baş verən bütün dəyişiklikləri fasiləsiz olaraq vaxtında və tam əhatə etməklə; məlumatları ancaq ona məxsus üsulları (mühasibat hesabları, ikili yazılış, balans və s.) tətbiq etməklə qarşıya qoyulan prinsiplər əsasında yerinə yetirir.
Hər bir cəmiyyətin inkişafı və fəaliyyətinin əsasını maddi istehsal təşkil edir. İnsanların nəsildən nəslə yaşaması üçün onların iaşə məhsullarına, yeməyə, paltara və digər məhsullara olan tələbatının ödənilməsi zəruridir. Bunun üçün isə istehsal və kommersiya prosesində istifadə olunan əmək vasitə və əşyalarının, avadanlıqların, nəqliyyat vasitələrinin, alətlərin istehsal inventarlarının, xammalların, materialın, yarımfabrikatların və s. olması lazımdır. İstehsal-ümumilikdə məcmuu məhsulun hərəkətinin başlanğıcı kimi təkrar istehsal prosesinin əsas mərhələsi hesab edilir və o İstehsal –Tədarük-İstehlak proseslərindən keçir. İstehsal, tədavül və istehlak prosesləri fasiləsiz olaraq təkrar olunur, cəmiyyətə isə onun inkişafının bütün mərhələlərində bu prosesləri xarakterizə edən informasiyalar əldə etmək zəruridir. Təsərrüfat prosesinin gedişatı haqda doğru və düzgün məlumatlar almaq üçün bir qayda olaraq butun təsərrufatlarda baş vermiş hal, hadisə və əməliyyatları qeydə ala bilən təsərrüfat uçotu təşkil olunur. Beləliklə, təsərrüfat uçotunun meydana gəlməsi maddi istehsalın idarəedilməsinin, yəni təsərrüfat həyatının konkret hallarına dair zəruri biliyin olması və bununla da təsərrüfat prosesləri üzərində rəhbərliyin təşkilinin tələb olunması ilə bağlıdır. Təsərrüfat proseslərinin gedişatı haqda müvafiq informasiyanın toplanması, onlar üzərində müşahidənin aparılmasından, sonrakı mərhələlərdə isə həmin informasiyaların miqdar xarakteristikasının, yəni say göstəricilərinin təyin edilməsindən başlanılır. Bu mərhələdən sonra sözügedən göstəricilərin qeydə alınması tələb olunduğundan maddi istehsalın idarəolunması və onlar üzərində nəzarətin aparılmasından istifadə edilir. Uçot göstəriciləri ilə təsərrüfat proseslərinin kəmiyyət və keyfiyyət tərəfləri: hazırlanmış və satılmış məhsulların həcmi, kassa və hesablaşma hesabında olan pulun mövcudluğu, material ehtiyatları, əsas vəsaitin həcmi, mənfəət və i.a. haqda məlumatlar açıqlanmalıdır. Bütün qeyd edilənlərə əsaslanaraq qeyd etmək olar ki, müəyyən iqtisadi quruluş şəraitində maddi istehsal, istehlak və s. hallar təsərrüfat uçotunun obyektləri hesab edilir. Buna görə təsərrüfat uçotu, müvafiq istehsal üsulu ilə bağlı olan təsərrüfat münasibətlərini özündə xarakterizə edir. Beləliklə, təsərrüfat uçotu konkret iqtisadi quruluş şəraitində nəzarət və idarəetmə baxımından maddi istehsal prosesinin hərəkəti üzərində müşahidə aparmaq, onu ölçmək və qeydə almaq funksiyasını yerinə yetirir. Təşkilatın əmlakının kəmiyyət xarakteristikasını, onun öhtəliklərini və təsərrüfat əməliyyatlarının gedişatını müəyyən etmək və onların nəticəsini qiymətləndirmək üçün təsərrüfat uçotunda üç uçot: natural, əmək və pul ölçülərindən istifadə edilir. Natural ölçü uçota alınan obyektin natural ifadədə ölçülməsi ilə xarakterizə olunur. Obyektin fiziki xüsusiyyətindən asılı olaraq bu ölçü metr, litr, kiloqram, kilovat-saat, tonkilometr və s. ola bilər. Natural ölçüdə əmlakın-əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların, yarımfabrikatların, hazır məhsulların, əmtəələrin və i.a.-nın hərəkəti və istifadəsi əks etdirilir. Lakin qeyd edək ki, natural ölçülər olan-ton, metr, ədəd və i.a.-dan istifadə etməklə müxtəlif obyektlərin xarakteristikası haqda tam məlumat almaq qeyri - mümkündür. Natural ölçülər ancaq eyninövlü əşyaları xarakterizə etmək üçün istifadə olunur. Natural ölçülərin müxtəlif görünüşünü xarakterizə edən əmək ölçüsü vahid vaxtla (iş günü, saat, dəqiqə ilə) ifadə olunan iş vaxtı məsrəflərinin miqdarını hesablamaq üçün istifadə edilir. Onlar təşkilatın işçi heyətinin əməkhaqqının hesablanması, işə görə işləyənlərin hasilat normasının yerinə yetirilməsi üzərində nəzarətin aparılması, əmək məhsuldarlığının müəyyən edilməsi üçün istifadə olunur. Lakin əmək ölçüsü müxtəlif məhsul və məmulatların istehsalına çəkilən əmək məsrəflərini geniş əhatəli şəkildə ümumiləşdirmək üçün heç də həmişə universal göstərici kimi çıxış edə bilmir. Ölkənin, müəssisə və təşkilatlarının əsas göstəriciləri olan pul vəsaitinin, debitor və kreditor borclarının, eləcə də ümumi və satılan məhsulların, onların maya dəyərinin, yaxud zərərliyin təsərrüfat uçotunda əks etdirilməsi üçün pul ölçüsündən istifadə edilir. Pul ölçüsünün göstəriciləri natural və əmək ölçülərinin məlumatlarından istifadə etməklə hesablanılır. Pul ölçüsü əmlakın, öhdəliklərin və təsərrüfat əməliyyatlarının vahid universal ölçü olan manatla ümumiləşdirilməsi üçün tətbiq edilir. Bütün qeyd edilənləri ümumiləşdirmək üçün təsərrüfat uçotunun altı: operativ, statistika, ekoloji, ictimai (sosial), mühasibat və vergi növlərindən istifadə edilir. Qeyd edilən uçot növlərindən hər biri, özünəməxsus xüsusiyyətə, müşahidə dairəsinə, bu müşahidənin vəzifə və metodlarına malikdir. Sadalanan bu xüsusiyyətlər bir-birini tamamlayaraq təsərrüfat uçotunun vahid sistemini təşkil edir. Operativ uçot təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinə gündəlik nəzarət etmək məqsədilə bütün halların qeydə alınması, onlar üzərində müşahidə və nəzarətin aparılması üçün istifadə edilir. Operativ uçotun məlumatları müəyyən tarixə şifahi olaraq telefon, teleqraf, telefaksla toplanır, yaxud təşkilatın rəhbərinə, mülkiyyətçiyə (iştirakçıya, təsisçiyə) və Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulduqda dövlət orqanlarına təcili bildirişlə, poçtla göndərilir. Operativ uçotun köməklyi ilə təşkilatda məhsul buraxılışı və satışı, əməkhaqqı fondunun istifadəsi, material dəyərlilərinin vaxtlı-vaxtında alınması, malsatan və malalanlarla hesablaşmaların həyata keçirilməsi və i.a.-nın gedişatı üzərində gündəlik operativ nəzarət həyata keçirilir. Bu cür informasiyalar müvafiq operativ nəticə və işləmələr üçün konkret təkliflərin verilməsində, neqativ halların aradan götürülməsində, müəssisə və təşkilatlarda istifadə olunmayan ehtiyatların və onların istehsalda istifadə edilməsində böyük əhəmiyyətə malikdir. Statistika uçotu kütləvi halların və onların təşkilatın maliyyə-təsərrüfat fəaliyyətində, ictimai həyatda, təbiətdə qanunauyğunluğunu əks etdirir və ümumiləşdirir. Bu uçot növü təsərrüfat uçotunun digər növləri ilə sıxı əlaqədə olmaqla, operativ və mühasibat uçotunun məlumatlarından istifadə edir, məlumatların (siyahıyaalma, anket sorğusu və s.) toplanmasına və onların işlənməsinə (qruplaşdırma, icmallaşdırma, müxtəlif göstəricilərin: orta, indeks, korrelyasiya əmsalı və s.) görə özünün xüsusi üsullarına malikdir. Statistika uçotunun məlumatları ayrı-ayrı təşkilatların, iqtisadi bölgələrin və ölkənin cari və perspektiv dövrləri üzrə iqtisadi təhlilin və proqnozlaşdırmanın aparılmasında istifadə olunur. Statistika, maddi istehsal prosesinin əks etdirilməsinə də məhdudiyyət qoymur. O, iqtisadi və ictimai həyatın bütün tərəflərini əks etdirir, əhalinin say və tərkibini, insanların doğum və ölümünü, xalqın maddi və mədəni həyat səviyyəsini özündə əks etdirir; əsas fondların yenidən qiymətləndirilməsini həyata keçirməyə, inflyasiya prosesinin, ölkənin siyasi həyatının bütün tərəflərinin açıqlanmasına geniş imkan yaradır. Ekoloji uçot – iqtisadi subyektlərin maliyyə - təsərrüfat fəaliyyətinin ekoloji səmərəliliyini müəyyən etmək məqsədilə ekoloji xarakterli məlumatları ümumiləşdirmək və qeydiyyata almaq sistemini özündə əks etdirir. Ekoloji uçotun məqsədi – maliyyə-təsərrüfat nəticələrinə dair ətraf mühitin vəziyyətinə əhəmiyyətli müsbət və mənfi təsir göstərən ekoloji informasiyalar formalaşdırmaqdan ibarətdir. Ekoloji uçotun vəzifələri aşağıdakıları özündə əks etdirir: a) ekoloji hesabat tərtib etmək üçün sistemləşdirilmiş və dəqiq informasiya formalaşdırmaq; b) təşkilatın ekoloji və maliyyə hesabatları arasında zəruri qarşılıqlı əlaqəni təmin etmək; c) istehsalın ümumi təhlükəsizliyini təmin etməklə bağlı çəkilən xərcləri də daxil etməklə, təbiəti əhatə edən və digər xərclərə ciddi hədd qoymaq. Ekoloji uçot səmərəli təbiətdən istifadəni, ətraf mühitin mühafizəsini və iqtisadi təhlükəsizliyi və bunlara bənzər halları tənzimləyən yeni informasiya metodunu özündə əks etdirir. Ekoloji tədbirlər, ekologiyanın, həmçinin dövlət resurslarından iqtisadi cəhətdən səmərəli istifadə edilməsini də daxil etməklə ətraf mühitdə istehsalın qarşılıqlı münasibətinin yaxşılaşdırılmasına yönəldilir. Ekoloji uçotda uçot informasiyalarının əsas ünsürləri aşağıdakılardan ibarətdir: 1. standartlar və ekoloji tədbirlər üzrə nəticə göstəriciləri. 1. müəssisənin fəaliyyətinin (məsələn, tullantıların, atılmaların, əvəzləşdirilmiş tullantıların) mühüm ekoloji baxışları. 2. maliyyə göstəriciləri və müəssisənin əmlakı haqda məlumatlar (cari xərclər, kapital qoyuluşu, qəza tədbirlərindən sonra aparılan xərclər, təbiətdən istifadə olunan obyektlərin alınması və s.). 3. ekoloji qəza üzrə məsuliyyət, ekoloji qəzanın ödənməsinin qiymətləndirilən dəyəri. Ekoloji uçotun ölçü vahidi natural və pul şəklində olur. İctimai (sosial) uçot – iqtisadi subyektin sosial fəaliyyətinin öyrənilməsi və onun üzərində nəzarətin aparılmasını izləmək sistemini özündə əks etdirir. İctimai (sosial) uçotun məqsədi – kompaniyanın, müəssisənin, təşkilatın sosial siyasətinin yerinə yetirilməsinin nəticəsi haqda tam və həqiqi informasiyaları formalaşdırmaqdan ibarətdir. İctimai (sosial) uçot özündə aşağıdakıları birləşdirir:
● ictimai (sosial) məsuliyyətin uçotunu (sosial əhəmiyyətli fərdi faktorların, təşkilatın idarə edilməsində iştirak edən işçilərin uçotunu);
● birgə təsirin uçotunu (müəssisə məsrəflərinin bir yerdə qiymətləndirilməsi, kadrların hərəkəti üzrə göstəricilərin formalaşması);
● iqtisad yönümlü ictimai (sosial) tədbirlərin uçotu (pul qiymətləndirilməsi aparmadan, ancaq böyük ictimai əhəmiyyətə malik maliyyə və qeyri-maliyyə göstəricilərindən istifadə edilməklə ictimaiyyət tərəfindən maliyyələşdirilən layihələrin qiymətləndirilməsi);
● ictimai (sosial) göstəricilərin uçotu (uzunmüddətli qeyri-maliyyə, ictimai (sosial) – statistik əmlakın qiymətləndirilməsi);
● sosial (ictimai) uçotun bütün növlərini əhatə edən ictimai (qlobal səviyyədə aparılan) uçot.
İctimai (sosial) uçotun başlıca vəzifəsinə aşağıdakılar daxil edilir: a) təşkilatın fəaliyyətinin iqtisadi nəticələrində kollektivin inkişafının yerinə yetirilməsini qiymətləndirmək; b) kollektivin bütün üzvlərinin maddi və mənəvi tələbatını tam ödəmək. Bir sıra nöqteyi - nəzərlərə görə ictimai (sosial) uçot kütləvi hadisələri və təkrar istehsal prosesində maddi rifah və təsərrüfatda ictimai münasibətləri öyrənən statistika uçotu ilə birgə işi yerinə yetirir. Bu məlumatlar müxtəlif proseslərin nəticələrini təhlil etməyə və onların gələcəkdə inkişafını proqnozlaşdırmağa şərait yaradır. İctimai (sosial) uçot, makroiqtisadi, yəni bir qayda olaraq, ayrı-ayrı müəssisələr, məsələn, bütün maddi istehsal sahələrində məhsul istehsalının həcmi, onun maya dəyəri, ətraf mühitin tullantıları, təbiəti mühafizə fəaliyyətində əsas fondların miqdarı, əmək məhsuldarlığı və əməkhaqqının və s. dinamikası haqda məlumatlar əldə etmək məqsədilə dövlət orqanları tərəfindən də aparılma xarakterinə malikdir. Analitik variantda ictimai (sosial) uçot ictimai (sosial) statistik qiymətləndirmə üçün statistika uçotunda istifadə olunur. İctimai (sosial) uçot idarəetmə uçotuna yaxın olan maliyyə, statistika və təsərrüfat uçotunun digər növləri ilə bağlı operativ uçotla daha qarşılıqlı şəkildə aparılır. İctimai (sosial) uçotun metodiki bazası, beynəlxalq korporativ sosial hesabat və iş təcrübəsində toplanan xüsusi hazırlanmış uçot hesab edilir. İctimai (sosial) hesabat konsolidə edilmiş formada təqdim edilir. İctimai (sosial) uçot və hesabatın dövriliyi təşkilatın ictimai (sosial) siyasətinin strategiyası ilə müəyyən olunur və mühasibat hesabatının çərçivəsinə uyğun gəlmir. İctimai (sosial) uçot və hesabatın ən mühüm prinsipi ictimai (sosial) siyasət tərəfindən qəbul edilmiş müəssisənin ictimai (sosial) prioriteti hesab edilir. Vergi uçotu – vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.
Hər bir cəmiyyətin əsasını maddı nemətlərin istehsalı təşkil edir.İnsanların nəsldən nəslə yaşaması üçün maddi nemətlərə olan tələbatın ödənilməsi zəruridir. Maddi nemətlərin istehsalı müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti prosesində həyata keçirilir. Bunun üçün isə müəssisə və təşkilatların təsərrüfat fəaliyyətini təşkil edən istehsal və kommersiya prosesində istehsal vasitələrinin (əmək vasitələri və əşyalarının- maşın, bina və avadanlıqların, nəqliyyat vasitələrinin , xammal, material və yarımfabrikantlarınvə s.) olması zəruridir. İstənilən təsərrüfatı ölçüsüz, çəkisiz, hesabsız, gəlir və xərcləri müqayisə etmədən və birincinin ikincidən çox olmasına nail olmadan idarə etmək olmaz. Odur ki, bazar münasibətləri şəraitində müəssisələrin normal fəaliyyəti bilavasitə idarəetmə vasitəsilə mümkündür. İdarəetməni isə informasiyasız təsəvvür etmək olmaz. İdarəetmə üçün tələb olunan informasiya təsərrüfat uçotu vasitəsi ilə əldə olunur.Ona görə idarəetmənin ən mühüm elementlərindən biri uçot hesab edilir. Deməli, təsərrüfat uçotunun meydana gəlməsi idarəetməyə olan ehtiyacdan irəli gəlmişdir.

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin