Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə3/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1670058735

İdarəetmə üçün tələb olunan belə bir informasiya təsərrüfat hadisə və proseslərinin uçot vasitəsi ilə müşahidəsi, ölçülməsi, qeydiyyatı, qruplaşdırılması və ümumiləşdirilməsi yolu ilə əldə olunur. Uçot vasitəsi ilə əldə edilən informasiyadan idarəetmədə istənilən vaxt istifadə edə bilmək üçün onları qeydə almaq lazımdır. Bunun üçün baş vermiş hadisə və prosesləri miqdarca əks etdirmək və onlara keyfiyyət xarakteristikası vermək lazımdır. Bu yolla əldə edilmiş məlumatlar qeydə alınır, qruplaşdırılması və ümumiləşdirilməsi yolu ilə təşkilatların (müəssisələrin) təsərrüfat fəaliyyəti haqda məlumatlar formalaşır.
Beləliklə, təsərrüfat uçotu konkret iqtisadi şəraitdə baş vermiş hadisə və proseslərinə nəzarət və onların idarə edilməsi məqsədi ilə miqdar və keyfiyyət xarakteristikasını özündə əks etdirir. Təsərrüfat uçotu insan cəmiyyətinin ilkin mərhələsində- eramızdan 6000 il əvvəl yaranmış və bütün iqtisadi formasiyalarda mövcud olmuşdur. Uçotun yaranması əmək vasitələrinin hazırlanması və ictimai əmək bölgüsünün meydana gəlməsi ilə bağlı olmuşdur. Yazının yaranması ilə eyni vaxtda meydana gələn mühasibat uçotu təsərrüfat fəaliyyətinin ən mühüm tələbınə çevrilmişdir. Özünün çox minillik fəaliyyəti sayəsində təsərrüfat uçotu hal-hazırda yüksək inkişaf səviyyəsinə çatmışdır. O, müəssisə çərçivəsində həyata keçirilən kiçik miqyaslı uçotdan mürəkkəb, bütün ölkə iqtisadiyyatının uçot sistemini əks etdirən uçota çevrilmişdir.
Mühasibat uçotu müəssisə, idarə və təşkilatların təsərrüfat fəaliyyəti haqqında cari və yekun məlumatlar əldə etmək məqsədi ilə aparılan fasiləsiz müşahidə və nəzarət sistemidir. Mühasibat uçotu xalq təsərrüfatının ayrı-ayrı sahələrində təsərrüfat vəsaitləri (müəssisənin əmlakı) və onların yaranma mənbələrini uçota alır. Mühasibat uçotunda bütün təsərrüfat əməliyyatlarının uçotu tam və fasiləsiz, ardıcıl olaraq yalnız sənədlər əsasında həyata keçirilir. Mühasibat uçotu öz obyektini öyrənmək üçün xüsusi metodlardan, əmək və pul ölçüsündən istifadə edir.
Mühasibat uçotunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada təsərrüfat fəaliyyəti tam (başdan-başa ) və xronoloji qaydada əks etdirilir. Bu bütün təsərrüfar prosesləri haqda tam məlumat almaq üçün zəruridir. Mühasibat uçotunda icmal göstəricilərin əldə edilməsi üçün toplanmış məlumatların spesifik işlənmə üsullarından istifadə olunur. Həmin üsulların başlıca xüsusiyyəti ondan ibarətdir ki, müəssisələrin bütün təsərrüfat fəaliyyətinin sistematik olaraq qarşılıqlı əlaqəli şəkildə əks etdirilməsi təmin olunur. Mühasibat uçotunun məlumatlarından biznes planların tərtibi, hüquqi və s. məsələlərin həlli zamanı istifadə olunur. Beləliklə, mühasibat uçotu müəssisədə baş verən hər bir əməliyyatların və bütünlükdə təsərrüfat fəaliyyətinin düzgün həyata keçirilməsinə əhəmiyyətli dərəcədə nəzarət funksiyasına malik olur.
Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu idarəetmə uçotuna çevrilir.
Beynəlxalq təcrübədə mühasibat uçotu 2 yerə: istehsalat (idarəetmə) və maliyyə uçotuna bölünür.

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin