Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə4/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1670058735

İdarəetmə uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla təşkilat daxilində müxtəlif səviyyəli rəhbərlər tərəfindən istifadə olunan uçot informasiyalarının toplanması sistemini özündə əks etdirir. İdarəetmə uçotunun əsas məqsədi məhsulun, işin və xidmətlərin maya dəyərini kalkulyasiya etməkdən ibarətdir. Onun məlumatlarından qiymətlərin müəyyən olunmasında, mənfəəti hesablamaq və s. üçün istifadə olunur. Daxili hesabatların tərtibi də onun sferasına daxildir.
Maliyyə uçotu təsərrüfat əməliyyatlarının mühasibat qaydası ilə rəsmiyyətə salınması və onların qeydiyyata alınmasını özündə birləşdirən uçot informasiyalarının toplanması və maliyyə hesabatlarının tərtib edilməsi sistemini özündə birləşdirir. Xarici hesabatların tərtib olunması maliyyə uçotu sferasına daxildir. Maliyyə hesabatının məlumatları təşkilatın daxilində müxtəlif səviyyəli rəhbərlər və xarici istifadəçilər tərəfindən istifadə olunur.Maliyyə uçotu çox möhkəm standartlar prosesinə əsaslanırlar.
Maliyyə uçotunun qarşısında aşağıdakı əsas vəzifələr durur:
1. Müəssisənin fəaliyyəti və əmlak vəziyyəti haqqında tam və dəqiq informasiya formalaşdırmaq;
2. Müəssisələr tərəfindən həyata keçirilən təsərrüfat əməliyyatlarının ölkə qanunvericiliyinə əməl olunmasına və onun məqsədəuyğunluğuna, əmlak və öhdəliklərin hərəkətinə, material, əmək və maliyyə resurslarının təsdiq edilmiş norma, normativ və smetalara uyğun istifadə olunamasına nəzarət məqsədi ilə informasiya ilə təmin etmək;
3. Müxtəlif mülkiyyətə əsaslanan müəssisə əmlakının qorunub saxlanmasını (mühafizəsini) təmin etmək;
4. Uçotun vasitəsilə müəssisənin təsərrüfat fəaliyyətinin bütün sahələrinə nəzarət edilir. Müxtəlif mülkiyyətə əsaslanan bazar münasibətlərinin formalaşdığı indiki zamanda uçotun nəzarət funksiyası, onun forma və metodları daha da genişlənir.
5. Informasiya vəzifəsi; mühasibat uçotunun hazırki şəraitdə ən mühüm vəzifəsi idarəetmə məqsədi ilə mühasibat hesabatlarının istifadəçiləri üçün müəssisənin təsərrüfat fəaliyyəti və əmlak vəziyyəti haqda lazım olan tam və düzgün informasiyanın toplanması və istifadə üçün təqdim olunmasıdır;

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin