Mühasibat uçotu


Maliyyə uçotu və hesabatı subyektlərinin növləri: fərdi müəssisələr, birgə (şərikli) müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər və s



Yüklə 53,12 Kb.
səhifə7/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   2   3   4   5   6   7   8   9   10   ...   15
UNEC 1670058735

Maliyyə uçotu və hesabatı subyektlərinin növləri: fərdi müəssisələr, birgə (şərikli) müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətlər və s.

Bütün müəssisələr öz təsərrüfat fəaliyyətinin məzmunundan asılı olaraq: dövlət müəssisələrindən, birgə müəssisələrdən, kiçik müəssisələrdən, səhmdar cəmiyyətlərdən, kooperativ təşkilatlarından, fermer (kəndli) təsərrüfatlarından və i.a. ibarətdir. Bu qurumların hər biri bazar münasibətləri şəraitində kommersiya hesabı prinsipi və müəssisələr haqqında qanun əsasında fəaliyyət göstərir. Kommersiya hesablı qurumlar o qurumlar sayılır ki, onlar öz xərclərini, məhsul və ya mal satışından əldə etdiyi pul vəsaiti ilə ödəyir və mənfəət əldə edir. Mənfəət, kommersiya hesablı müəssisələrin məhsulunun tam maya dəyəri ilə (istehsal müəssisələrində) və ya tədavül xərcləri ilə (ticarətdə) həmin məhsulun (malın) satışından əldə edilən pul vəsaiti və ya gəlirlər arasındakı fərq kimi müəyyən edilir. Kommersiya müəssisələrinin 3 növünü fərqləndirmək olar.
a) Fiziki şəxs kimi:
- Fərdi sahibkarlıq
b) Hüquqi şəxs kimi:
- Tam ortaqlıqlar
- Kommandit ortaqlığı
- Məhdud Məsuliyyətli Cəmiyyət
- Səhmdar Cəmiyyəti
- Kooperativ
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malikdirlər.
Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin şəxslərin mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz boynuna götürməklə həyata keçirilir.
Hüquqi şəxslər
Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, həm də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər. 
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar: Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər kommersiya hüquqi şəxsləri sayılırQeyri-kommersiya hüquqi şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial, xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının ödənilməsi, insan hüquqlarını qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlər üçün nəzərdə tutulur.
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin