Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə10/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1670058735

1. dövlət vergiləri;
2. muxtar respubilka vergiləri;
3. yerli vergilər (bələdiyyə vergiləri)
Dövlət vergiləri dedikdə, bu məcəllə ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur,
Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.Azərbaycan Respublikasında bu Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi tətbiq edilə bilər.(Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur).
Vergi məbləğləri aşağıdakı formalarda tutulur:

  1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

  2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

  3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 

Dövlət vergilərinə aşağıdakılar aiddir:

  1. fiziki şəxslərin gəlir vergisi;

  2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);

  3. əlavə dəyər vergisi;

  4. aksizlər;

  5. hüquqi şəxslərin əmlak vergisi;

  6. hüquqi şəxslərin torpaq vergisi;

  7. yol vergisi;

  8. mədən vergisi;

  9. sadələşdirilmiş vergi;

Azərbaycan Respublikasında mühasibat uçotunu tənzimləyən normativ-huquqi sənədlərə daxil olan MHBS( Mühasibat Hesabatının Beynəlxalq standartları) və MMUS( Milli Mühasibat Uçotu Standartları) ilə tənzimlənir.
Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük dinamizlə davam etdirilməsi ilə respubilkada siyasi, sosial-iqtisadı sabitlik əldə edilmiş, iqtisadi islahatların həyata keçirilməsi üçün əlverişli şərait yaradılmışdır.
Aparılan təhlillər və beynəlxalq təcrübənin öyrənilməsi göstərir ki, mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi təsisçilərin mənafeyini daha dolğun və səmərəli müdafiyə etdiyindən əlverişli investisiya mühiti yaradır və bu da xarici investisiyaların həcmini sürətli artımına səbəb olur.
Beynəlxalq standartlar maliyyə əməliyyatlarının və təsərrüfat faktlarının mühasibat uçotunda və hesabatda əks etdirilməsinin beynəlxalq səviyyədə tanınması qaydalarını müəyyənləşdirir. Əsilində Beynəlxalq Standartlar mühasibat uçotu qaydalarının icmalı kimi başa düşülməlidir. Beynəlxalq Standartlar əsasında tərtib olunan uçot və hesabat həm də onun idarə olunması üçun son dərəcə vacibdir.
Maliyyə hesabatlarının beynəlxalq standartları iqtsadiyyatın beynəlxalq səviyyədə inteqrasiyası, transmilli korporasiyaların fəaliyyəti, beynəlxalq maliyyə və investisiya bazarlarının intensiv inkişafı ilə əlaqədar meydana gəlmişdir.
MHBS-nın tam həcmdə tətbiqi əslində könüllü xarakter daşıyır, eyni zamanda bazar iştirakçıları haqqında maliyyə informasiyalarının şəffaflığını yüksəldir və müxtəlif ölkələrin iqtisadiyyatının birləşməsinə kömək göstərir
Başqa sözlə, mühasibat uçotu sahəsində standartlaşdırmanın zəruriliyi məsələsi milli iqtisadiyyatların beynəlxalq səviyyədə inteqrasiya olunması şəraitində bazar münasibətlərini əks etdirən informasiyaların müəyyən olunmuş vahid qaydada uçota alınması və bunun nəticəsi kimi istifadəçilərə daha anlaşıqlı, etibarlı və büruzə vermişdir.
Beləliklə də.milli sərhədləri tanımayan iqtisadi və maliyyə münasibətlərinin qloballaşdırılması və beynəlmiləlləşdirilməsi obyektiv olaraq mühasibat uçotu qaydalarının və maliyyə hesabatlarının unifikasiyasına və bununla da onların standartlaşdırılmasına dair təlabatın yaradılmasına səbəb olmuşdur.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Komitəsinin yeni idarə heyəti 2001-ci ildə standartların adını dəyişmək haqqında qərar qəbul etmişdir. Əvvələr, standartlar İnternational Accountinq Standards (Beynəlxalq Uçot Standartları adlanırdı və Azərbaycanda isə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları kimi təqdim olunurdu. Artıq yeni qəbul edilən standartlar İnternational-Financial Reportinq Standards (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) adı altında verilir.Daha konkret desək, iqtisadi ədəbiyyatda 2000-ci ilə qədər qəbul edilən standartlar ingiliscə İAC, sonrakı standartlar isə İFRS adlanır,
Azərbaycanda uçot və hesabatın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyxunlaşdırılması istiqamətində görülməsi zərurətə çevrilən işlər 2003-cü ildən başlanılmısdır. Artıq 29 iyun 2004-cü ildə Azərbaycan Respublikası Prezidentin Fərmanı ilə “Mühasibat uçotu haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanun əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti 2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram təsdiq etmişdir. Proqramın icrası ilə əlaqədar Respubilka Maliyyə Nazirliyinin təşkilati və metodiki rəhbərliyi altında kommersiya təşkilatları üçün 37, büdcə təşkilatları üçün 34 və qeyri-hökumət təşkilatları üçün 1 Milli Mühasibat Uçotu Standartı hazırlanmışdır.
Eyni zamanda 2002-ci ildə “kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları” adlı normativ sənəd Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və artıq uçot praktikasında tətbiq olunur.
2008-ci il yanvar ayının 1-dən etibarən 20 ictimai əhəmiyyətli qurum uçot və hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında aparır və tərtib edir.
Bütün bu yuxarıda sadalananlar Azərbaycanda mühasibat uçotunun təkmilləşdirilməsi istiqamətində çox möhüm addımlardır.
Son ilərdə, xüsusən də 2008-ci ildən Azərbaycanda Beynəlxalq Standartlara, xüsusən də Milli Uçot Standartlarının tətbiqinə maraq kifayət qədər artmışdır. Belə bir marağın artması səbəbləri əsasən aşağıdakılari aid etmək olar.
1. Azərbaycana xarici investisiya axını ilə bir başa əlaqədardır.
2. Maliyyə hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə hazırlanması və formalaşmasındadır.
3. Maliyyə hesabatlarının Beynəlxalq Standartlarından istifadə olunması, yəni Milli Uçot Standartlara maksimum şəkildə uyğunlaşdırılmış.
Mühasibat uçotunun normativ qaydada tənzimlənməsinin başqa bir məqsədi, təsərrüfat subyektlərinin maliyyə vəziyyəti nəticələri haqda obyektiv informasiyaların bütün maraqlı istifadəçilərə çatdırılmasını təmin etməkdən ibarətdir. Bununla əlaqədar aşağıdakı vəzifələrın həllinə diqqət yetirilməlidir:
1. normativ qaydada tənzimləmənin uçot prosesindən, mühasibat hesabatına yenidən istinad olunması;
2. maliyyə uçotunun tənzimlənməsi;
3. icra hakimiyyəti orqanlarının uçota dair hazırladığı normativ sənədlərin professional tövsiyələrlə üzvi surətdə əlaqələndirilməsi;
4. beynəlxalq standartların milli tənzimləmədə hərtərəfli şəkildə istifadə olunması.
Normativ təminatın ən mühüm tərkib hissələrindən mühasibat uçotu sisteminin inkişafının sabitliyini qorumaqdan ibarətdir.Bu məqsədlə konkret iqtisadi məkanda mühasibat uçotu siteminin ardıcıl, faydalı, səmərəli və müvəffəqiyyətlə yerinə yetirilməsi üçün müvafiq şərait yaradılmalıdır.
Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə əlaqədar vergiyə cəlbolunma sistemi ilə mühasibat uçotu sistemi arasında qarşılıqlı əlaqəni təcəssüm etdirən model formalaşmış, inflisiya ilə ələqədar mühasibat hesabatlarında düzəliş prosedurları nəzərdə tutulmuş, əmlakın və öhdəliklərin qiymətləndirilməsinin mümkün üsulları müəyyənləşdirilmiş, həmçinin mühasibat hesabatının açıqlığının təminatı mexanizmi yaradılmışdır.
Milli Mühasibat Uçotu Standartlarının tətbiqi maliyyə hesabatlarının hazırlanmasına çəkilən xərclərə qənaət etməyə, şirkətlərin filiallarının fəaliyyətinin təhlilini asanlaşdırmağa, idarəetmə qərarlarını optimallaşdırmağa və son nəticədə investisiyaların cəlb olunmasına imkan verəcək.




  1. Yüklə 53,12 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin