Mühasibat uçotu


Maliyyə uçotunun konseptual əsasları: GAAP-lar, Maliyyə hesabatının təqdim edilməsinin konseptual əsasları



Yüklə 53,12 Kb.
səhifə11/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1670058735

Maliyyə uçotunun konseptual əsasları: GAAP-lar, Maliyyə hesabatının təqdim edilməsinin konseptual əsasları;

Maliyyə hesabatları, bir qayda olaraq, bərpa edilə bilən ilkin dəyər və nominal maliyyə kapitalının saxlanılması konsepsiyasına əsaslanan muhasibat uçotu modelinə uyğun olaraq hazırlanır. Digər modellər və konsepsiyalar iqtisadi qərarların qəbul edilməsi üçün faydalı olan informasiyanın təmin edilməsi məqsədi baxımından uyğun ola bilər, baxmayaraq ki, hal-hazırda bu dəyişikliklərlə bağlı heç bir ümumi razılıq yoxdur. Mövcud Konseptual Əsaslar elə işlənib hazırlanıb ki, o, geniş miqyasda mühasibat uçotu modellərinə və kapital və kapitalın saxlanılması üzrə konsepsiyalara tətbiq oluna bilər.
Bu Konseptual əsaslar kənar istifadəçilər üçün maliyyə hesabatlarının hazırlanması və təqdim olunmasının əsasındaduran konsepsiyaları müəyyən edir. Konseptual əsasların məqsədi aşağıdakılardır:
(a) Gələcək Muhasibat Uçotunun Beynəlxalq Standartlarının işlənib hazırlanmasında və mövcud Muhasibat Uçotunun Beynəlxalq Standartlarının yenidən nəzərdən keçirilməsində Şuraya kömək etmək;
(b) Mühasibat Uçotunun Beynəlxalq Standartlarının icazə veridyi alternativ mühasibat uçtou metodlarının sayının azaldılması üzrə əsas yaratmaqla maliyyə hesabatlarının təqdimatı ilə əlaqədar qaydalarda, mühasibat uçotu standartlarında və prosedurlarda uyğunluğun təmin edilməsində Şuraya kömək etmək;
(c) milli standartların işlənib hazırlanmasında standartları hazırlayan orqanlara kömək etmək;
(d) Maliyyə Hesabatlarnın Beynəlxalq Standartlarının tətbiq olunmasında və hələ də Maliyyə Hesabatlarnın Beynəlxalq Standartlarının predmetini təşkil edən mövzularla bağlı maliyyə hesabatlarını tərtib edənlərə kömək etmək;
(e) maliyyə hesabatlarının Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olub-olmaması ilə bağlı rəylərin hazırlanmasında auditorlara kömək etmək;
(f) Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarında olan məlumatların şərh olunmasında maliyyə hesabatı istifadəçilərinə kömək etmək; və
(g) MUBSK-nın fəaliyyətində marağı olan şəxsləri Maliyyə Hesabatlarnın Beynəlxalq Standartlarının işlənib hazırlanmasına yanaşması barədə informasiya ilə təmin etmək.
Bu Konseptual əsaslar MHBS deyil və buna görə də hər hansı konkret qiymətləndirmə məsələsi və ya məlumat açıqlanması üzrə standartlar müəyyən etmir. Bu Konseptual Əsaslarda heç nə hər hansı konkret MUBS-ı ləğv etmir.
Konseptual Əsaslar aşağıdakı məsələləri əhatə edir:
(a) maliyyə hesabatlarının məqsədi;
(b) maliyyə hesabatlarındakı məumatların faydalılığını müəyyən edən keyfiyyət xüsusiyyətləri;
(c) maliyyə hesabatlarının təşkil olunduğu elementlərin anlayışı, tanınması və qiymətləndirilməsi; və
(d) kapital və kapitalın saxlanılması üzrə konsepsiyalar.
Konseptual Əsasların təyinatı

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin