Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə5/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1670058735

6. Analitik vəzifə; Etibarlı və hüquqi cəhətdən əsaslandırılmış mühasibat uçotu informasiyası əsasında müəssisə və onun ayrı-ayrı bölmə və filiallarının fəaliyyəti təhlil olunur və şərhlər əsasında lazımi qərarlar qəbul olunur;
7. Uçotun daha səmərəli təşkili məqsədi ilə onun beynəlxalq standartlara uyğun qurulmasını təşkil etmək və s.
Mühasibat (maliyyə) uçotunda bütün növ uçot ölçülərindən- natural, əmək və pul(dəyər) ölçülərindən istifadə edilir. Lakin onlardan daha çox pul (dəyər) ölçüsünə üstünlük verilir. Pul (dəyər) ölçüsünün köməyi ilə mühasibat(maliyyə) uçotu vasitəsi ilə müəssisənin bütün aktivləri və onların vəziyyəti, yaranma mənbələri, hərəkəti, fəaliyyətin nəticələri və ş. barədə ümumiləşdirilmiş informasiyalar əldə edilir.
Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası respublikada dövlətin iqtisadi siyasətinin əsası kimi qəbul edilmişdir. Azərbaycan iqtisadiyyatının subyektlərinin beynəlxalq mühasibat uçotu sisteminə keçidi isə bu siyasətin vacib mərhələlərini təşkil edir.
Bu məqsədlə AR NK 18 uiyun 2005-ci il tarixli qərarı ilə“2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrəProqram” qəbul edilmişdir. Proqramının icrası məqsədi ilə “Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Konseptual əsasları”, kommersiya təşkilatları üçün onların maliyyə-təsərrüfat fəaliyyətlərinin bütün istiqamətlərini əhatə edən 37, büdcə təşkilatları üçün 24 və qeyri-hökümət təşkilatları üçün 1 MMUS hazırlanmış və təsdiq edilmişdir.
Eyni zamanda, müvafiq fərmanla verilmiş tapşırıqların təmin edilməsi məqsədilə Respublikamızda bu sahə üzrə məsul qurumların, bir sıra sığorta və s. şirkətlərin nümayəndələrindən ibarət Mühasibat Uçotu üzrə Məsləhət Şurası yaradılmışdır. Şuranın əsas məqsədi mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyinə mühasibat uçotu və maliyyə hesabatı sahəsində məsləhətlərin verilməsidir.



  1. Yüklə 53,12 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin