Dini görüşlər. Antik dövrdə Azərbaycan əhalisi içərisində müxtəlif dini təsəvvürlər mövcud
olmuşlar. Ulu babalarımızın dini görüşləri içərisində totemizm və fetişizm, ölkənin cənubunda isə
atəşpərəstlik kimi dini politeist dinləri geniş yayılmışdır.
Təxminən e.ə. VI əsrin sonundan etibarən atəşpərəstlik əsasında formalaşan zərdüştlik dini, onun
müqəddəs kitabı “Avesta” nın Yasna, Yaşt, Videvdat hissələrində öz əksini tapmış dini müddəalar
Atropatena əhalisinin mənəvi-dini həyatında mühüm rol oynamışdır. Orta Asiya, İran, Əfqanıstan və
Cənubi Azərbaycanda yayılmış bu dinin banisi Zərdüşt rəvayətə görə e.ə. VII əsrdə yaşamışdır. Onun
vətəninin İran, Azərbaycan və ya Orta Asiya olması ətrafında mübahisələrdə hələlik heç bir mülahizə
üstünlük qazanmamışdır. Zərdüştlik dini təlimi dünyanın iki qüvvəsinin---xeyir və şərin, bu qüvvələri
təmsil edən Ahuraməzda və Əhrimənin mübarizəsi kimi qələmə verir. Atropatena ilə yanaşı “avesta”
təliminin Quzey Azərbaycanın bəzi cənub bölgələrində də yayıldığı güman edilir. Lakin Quzey
Azərbaycan, Albaniya əhalisi içərisində səma cisimlərinə, “Helios, Zevs, xüsusən də Selenaya” sitayiş
daha geniş yayılmışdı. Bir sıra müəlliflər bu halı ilk növbədə yunan panteonunun geniş yayilması ilə izah
etməyə çalışsalar da, unutmaq olmaz ki, qədim türk etnosları içərisində Göy tanrıçılığa etiqad əsas rol
oynamış, səma cisimlərinə, Günəşə, Aya, bütövlükdə səmaya sitayiş geniş yayılmışdır. Azərbaycanda
habelə məhsuldarlıq, Ay ilahəsi kimi sayılan Anahit ilahəsinin kultu da möhkəm mövqelərə malik idi.
İstər zərdüştlik kahinlər-maqlar, istərsə də alban məbədlərinin başçıları, xüsusən də Ay ilahəsi məbədinin
baş kahini ölkənin ictimai-siyasi həyatında güclü nüfuza malik idi. Azərbaycan qədim dövlətlərdən
etibarən əkinçiliklə məşğul olan bir xalq olmuşdur. Azərbaycanda zərdüşt dininin geniş sürətdə yayılması
və onun ehkamlarında əkinçilik və maldarlığın inkişaf səviyyəsinə təsir göstərən amillərdən biri
olmuşdur. Azərbaycanın əlverişli təbiicoğrafi şəraiti burada əkinçiliyin inkişafı üçün gözəl şərait
yaradırdı.Qədimdə Azərbaycanın şimal hissəsi antik mənbələrdə Albaniya, Ərəblərdə Alran, xalq
arasında Aran, cənubi isə Atropateniya adlanırdı. Mənbələrdə Misir və yaxud Assuriyada olmuş quldarlıq
sisteminə Atrapotenada təsadüf edilmir. Bu ərazidə olmuş quldarlıq sistemi haqqında mənbələrdə qul