Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə
Eramızın 224-cü ilində İranda parfiyalıların hakimiyyəti devrildi və Sasanilər sülaləsinin idarə
etdiyi dövlət yaradıldı. Bu dövlətin əsasını Sasan sülaləsindən olan I Ərdəşir qoymuşdu (224-241).
Sasanilər dövlətinin paytaxtı Kteston (Mədain) idi. Yaradılmış olan bu dövlət işğalçılıq siyasətinə
başlamış. Orta Asiyanın bir hissəsini, Atropatenanı, Mesopatamiyanı və Suriyanı tutmuşdular. Zəngin
təbii sərvəti olan əlverişli mövqedə yerləşən, mərkəzi şəhəri, Təbriz olan Atropatenanın işğal (227-si il)
edilməsi Sasanilər üçün daha əhəmiyyətli idi. Atropatena sasanilərin ən mühüm əyalətlərindən birinə
çevrilmişdi. Atropatenada hakim mövqe tutan
Zərdüşt dinini sasanilər dövlət dini elan etmişdir. Zərdüşt və ya baş allah Ahuramazdanın (Hörmüz) adı
ilə adlandırıldığı kimi məzdəizm hakim feodalların tələbatına uyğunlaşdırılmışdı. Şahənşah I Sapur (241-
272) itaət altına alınmış vilayətlərdə zərdüşt dinini zorla yaymaq əmrini vermişdi. Atropatenanın Qazaka
şəhərindəki atəşpərəstlik məbədi yenə də baş məbəd hesab olunurdu. Şahənşahlar taxta çıxdıqdan sonra
dövlətin mərkəzindən bura piyada ziyarətə getməli idilər. Sasanilər Atropatenanı tutduqdan sonra
Albaniyaya, Armeniyaya, İberiyaya hücum etmişdir. Uzunmüddətli müharibələrdən sonra qəsbkarlar
262-si ildə Albaniyanı da işğal etmişdilər. Sonra da Armeniya və İberiya ərazisi də işğal olundu.
Azərbaycan üç əsrdən artıq Sasanilər hakimiyyəti altında qalmışdır. Bu Azərbaycanın inkişafını ləngitsə
də onun iki hissəsinin – Atropatena və Albaniyanın iqtisadi və mədəni cəhəddən yaxınlaşmasına şərait
yaratmışdı.
Bu dövrdə Albaniyanı, Armeniyanı, İberiyanı Roma imperiyası da işğal etməyə can atırdı. Şimali
Qafqazdan köçəri tayfalar tez-tez basqınlar edirdilər. Azərbaycan bu Şimal canişinliyində mühüm strateji
mövqe tutaraq, imperiyaya gedən yolları həm şimalda xəzərlərdən, həm də qərbdə Bizansdan qoruyurdu.
Xəzərlər Arran və Azərbaycana başqalarına nisbətən tez-tez basqınlar edirdilər, buna görə də Sasani
şahları öz sərhədlərini möhkəmləndirməyə son dərəcə əhəmiyyət verirdilər. Alban tarixində Sasani
şahlarından II Şapurun (309-379) hökmranlığı zamanı xəzərlərin təqribən 350-ci ildə Arrana basqını
haqda məlumat vardır. «Külli miqdarda» xəzər Çoqay qapısından keçib, bizim ölkəyə girmişdi. Şapur
Assuriya, Xorasan və Xarəzmdən saysız-hesabsız ordu, Atropatena əyalətindən çoxlu qoçaqlar, albanları
və Qafqaz dağlarının vəhşi xalqlarından 12 tayfa toplayıb bu böyük qüvvə ilə yürüşə başlayaraq onların
qarşısına çıxdı.
Lakin xəzərlərə qarşı ciddi tədbir görən İran şahı I Qubad idi: onun sərkərdələrindən biri
Dinavərədək gəlib çıxan xəzərləri təqib edərək, Surzan (Gürcüstan) və Arranı onlardan geri aldı. O, Arran
ölkəsinə daxil oldu və Ər-Ras (Araz) adı ilə məhşur çayla Şirvan arasında olan bütün torpaqları tutması
haqda Bəlazuri məlumat verir.
IV əsrdə Roma imperiyası ilə sasanilər arasında Albaniya, Ermənistan və İberiyanı işğal etmək
uğrunda uzun sürən müharibələr baş verir. Roma imperiyası və köçəri xalqlarla birləşən ermənilər
sasanilərə qarşı müqavimət göstərirdilər. Atropatena isə bu müharibələrin meydanına çevrilirdi. Sasani
hökmdarı II Şapur Armeniya üzərinə hücum edərkən şahin bacısına evlənmiş, alban hökmdarı Urnayır
onunla birlikdə bu yürüşdə iştirak etmişdir.
İran ilə Roma imperiyası arasında uzun sürən müharibəyə 390-cı ildə son qoyuldu. Sülh
müqaviləsinə görə Armeniyanın, Gürcüstanın şərq vilayətləri, Albaniya sasanilərin hakimiyyəti altına
keçdi. Bu vəziyyət təqribən VII əsrə kimi davam etmişdir.
Strateji əhəmiyyətə malik olan Albaniyaya sasanilər xüsusi əhəmiyyət verirdilər. Çünki şimaldan
gözlənilən köçəri tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd idi. Albaniyada Dərbənd
istehkamlarını tikmək buna misaldır. Dərbənd torpaq istehkamı II Yezdəgirdin (438-457) dövründə
tikilmişdir. VI əsrdə daş divarlarla əvəz edilmişdir. Albaniyanın əhalisinin gücü və dövlətin vəsaiti
hesabına inşa edilən istehkam Xəzər dənizinin içərilərinə doğru irəliləyirdi. Aqvan tarixinin müəllifi yazır
ki, Dərbənd istehkamları və qalasını tikmək üçün Iran şahları ölkəmizi Arrani taqətdən saldılar: bu qəribə
8
binanı tikmək üçün memarları səfərbərliyə alan və çoxlu müxtəlif material axtarıb tapan Iran şahları
həmin tikinti vasitəsilə Qafqaz dağı ilə Şərq (Xəzər) dənizi arasındakı keçidləri qapalı saxlayırdılar.
Şimaldan gələn hücumları dəf etmək üçün və albanların sasanilərə qarşı çıxışlarının qarşısını almaq
üçün bir dayaq nöqtəsi olaraq sasanilər Azərbaycanda çoxlu qalalar tikdirmişlər. «Torpaqqala» (Samurda)
ondan sənubda «Gilgilçay istehkamı», Beşbarmaq dağına qədər uzanan divarları, Zaqatalada daş
hörgülərini, Bərdədə, Şəmkirdə, Şamaxıda və başqa yerlərdə tikilmiş qaları buna misal göstərmək olar.
Sasanilərin ağır vergi, mükəlləfiyyət və qəsbkarlıq siyasətinə qarşı Azərbaycan əhalisi arasında olan
böyük narazılığı dərinləşdirdi.
Əvvəllər əsas vergi olan tüstü vergisi kəndli həyətlərinin sayı ilə bağlı idi. Artıq vergidən can
qurtarmaq üçün kəndli ailələri böyüyəndə də bir-birindən ayırmırdılar. İndi isə tüstü (ailə) töycüsünü can
vergisi ilə (adam başına vergi) əvəz etdilər. Vergi toplanmasının yeni sistemi mütəşəkkil soyğunçuluq
xarakteri daşıyırdı. Əhalidən alınan vergiləri 2 dəfə artıran II Yezdəgird zamanı bu narazılıq daha da
artmışdır.
Sasanilərin işğalçılıq məqsədilə yerli əhalidən atlılar toplamaq və Albaniyada zərdüşt dinini zorla
yaymaq siyasəti bu narazılığı daha da gücləndirmiş, xalqların səbr kasasını doldurmuşdur. Bununda
nəticəsində Sasani zülmünə qarşı üsyanlar baş verdi.
450-ci ildə Zaqafqaziyada sasanilərə qarşı qüdrətli üsyan başlamışdı. Üsyana Vardan Mamikanyan
başçılıq etmişdi. Üsyan ilk növbədə qələbə çalsa da sonra məğlubiyyətə uğradı.
Yeni üsyan dalğası 457-ci ildə Albaniyada alban hökmdarı II Vaçenin başçılığı ilə olmuşdu.
Üsyançılar Dərbənd qalasını ələ keçirmiş, Dağıstanda yaşayan tayfalarla ittifaqa girmişdilər. Hunlardan
muzdlu qoşun toplayan düz bir il çəkən üsyan amansızlıqla yatırıldı. 463-cü ildə Albaniyada dövlət
quruluşu ləğv olundu və ölkəni İran canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 30 il
davam etdi. Evtalitlərlə uğursuz müharibə, albanlara qarşı cəza tədbirləri, vergilərin artması Nahararların
irsi imtiyazlarının məhdudlaşdırılması, dini təqiblər yeni üsyan üçün zəmin yaradırdı. Üsyan Albaniyada
təqribən 484-cü ilədək davam etdi. Üsyan etmiş erməni, iber və albanlarla uzun müddətdən bəri vuruşan
iranlılar eyni zamanda evtalitlər tərəfindən məğlubiyyətə uğradılar. Peroz öldürüldü və 484-cü ildə
evtalitlər İran torpaqlarına soxuldular. Bütün bunlar onsuz da əldən düşmüş İran ordusunu Ermənistan,
İberiya və Albaniyadan çəkilib getməyə məcbur elədi.
484-cü ildə Balaş (Sasani) hakimiyyətə gəldi (484-488). İranda yaranmış ağır siyasi və iqtisadi
vəziyyət, müharibələrdə dağıdılmış kənd təsərrüfatını bərpa etmək cəhdləri Balaşı Zaqafqaziyada ata-
babalarının yürütdüyü siyasətə-dini təqiblərə son qoymağa və burada yaşayan xalqlarla sülh bağlamağa
məcbur etdi.
Albaniyada xristianlığın və yazının yayılması alban tayfalarının birləşmiş və tayfalararası dilin
yaranmasına kömək etdi. Albaniyada tayfalararası aran dili təşəkkül tapdı. Bizans və ərəb mənbələri
Albaniyada xüsusi dilin (aran) olduğunu göstərmişlər.
Sasanilərin hakimiyyətinin ilk dövrlərində İranda Orta Asiyada və qonşu ölkələrdə rəsmi zərdüşt
dininə qarşı geniş dini təlim və hərəkat yayılmışdı. Bu təlim öz banisi Maninin (216-17-276) adı ilə
Manixeyçilik adlanmışdı. Bu təlimə görə manixeyçilik ümumi bir din olmalı və bütün mövcud dinləri
əvəz etməlidir. Manixeyçilikdə onların hamısının ünsürləri var idi. İlk dövrlərdə hakim zümrəyə qarşı
çevrilməyən bu təlim sonradan hakim təbəqə əleyhinə narazılığı əks etdirir, eyni zamanda adamları
zahidliyə, nigahsızlığa, fədakar həyata dəvət edirdi. Bu təlim xüsusilə şəhərlərdə sürətlə yayılırdı. Mani
276-cı ildə edam olundu. Manixeyçilik
V əsrdə meydana çıxan məzdəkilər hərəkatına böyük təsir göstərmişdi.
V əsrin 80-sı illərində başlanmış məzdəkilər hərəkatı feodal istismarına qarşı çevrilmişdir. Bu
hərəkatın başında Məzdək dururdu. Orta əsrlərdəki kəndli hərəkatları kimi məzdəkilər hərəkatı da dini
pərdə altında baş vermişdi.
Hərəkatın başçısı Məzdək öz fikirlərini Həmədanda yaymağa başlamışdır. Məzdək Maniliyin
radikal cərəyanı – Bundos təlimini, həmçinin zərdüştlüyün ictimai ideyalarını ön plana çəkməklə inkişaf
etdirmişdi. O, həyat nemətlərini bərabər bölüşdürməyi təbliğ edirdi. Sasani hökmdarı I Qubadın
zamanında Məzdək atəşpərəstlik məbədlərinin birinin kahini, sonra isə İranın baş kahini olmuş,
Möbədənmöbəd (yaxşıdan-yaxşı) adlandırılmış onun tərəfdarları isə mühüm dövlət vəzifələrinə təyin
olunmuşlar. Kahinlərin və əyanların iqtisadi-siyasi hökmdarlığına son qoyduqdan sonra I Qubad
Məzdəklə ittifaqdan imtina etmişdir. I Qubadın oğlu Xosrovun əmri ilə Məzdək və onun yaxın adamları
edam edilmiş, onun məsləkdaşları Azərbaycanın şimalına, Orta Asiyaya və başqa ölkələrə dağılmışlar.
9
Məzdəkilər hərəkatı V əsrin 80-ci illəri VI əsrin 20-ci illərində Sasanilər dövlətində əyanlar və
kahinlərdən ibarət varlı təbəqələr əleyhinə şəhər yoxsullarının və kəndlilərin hərəkatı idi. Bu hərəkat
İranda iqtisadi və siyasi böhranın kəskinləşdiyi şəraitdə, şah hakimiyyətinin zəifləməsi, əyyanların və
zərdüşt kahinlərinin qüdrətinin artması, əhali istismarının güclənməsi, ictimai və mülki bərabərsizliyin
dərinləşməsi, xalq kütlələrinin var-yoxdan çıxması və müflisləşməsi, xarici siyasətdə
müvəffəqiyyətsizliklər nəticəsində başlamışdı.
Hərəkətverici qüvvəsi kəndlilər olan bu hərəkat İran, Mesopatomiya və Cənubi Qafqazın bir sıra
əyalətlərinə yayılmışdı. I Qubad əyan və kahinlərin mövqeyini zəifləmək məqsədilə Məzdəkilər
hərəkatına qoşuldu. Lakin 496-cı ildə əyanlar və kahinlər I Qubadın hakimiyyətini devirdilər. 499-su ildə
I Qubad eftalitlərin, Orta Asiya hunları hökmdarlarının köməyi ilə hakimiyyəti yenidən ələ aldı. Bundan
sonra məzdəkilər hərəkatı daha da genişləndi. Məzdəkilər hərəkatının tərəfdarları mühüm dövlət
vəzifələri tuturdular. İctimai tələblər və şüarlar irəli sürən məzdəkilər ictimai və əmlak bərabərliyi haqda
məzdəklilik təliminə əsaslanaraq əyanların əmlakını ələ keçirib yoxsullara paylayır, sadə adamları yüksək
dövlət vəzifələrinə təyin edir, hərəmxanaları ləğv edirdilər.
Məzdəkilər hərəkatının sonrakı inkişafı siyasi qüvvələrin qruplaşmasına səbəb oldu. I Qubad
hakimiyyətini möhkəmləndirdikdən sonra zəifləmiş əyanlarla barışığa meyl etdi. 529-cu ildə I Qubadın
oğlu Xosrov məzdəkilər hərəkatına son qoydu. Məzdəkin fikri belə idi ki, «Allah öz nemətlərini ondan
ötəri yaratmışdır ki, insanlar onu öz aralarında bərabər surətdə bölüşdürsünlər. Lakin insanlar birbirinə
qarşı ədalətsizlik edirdilər. Buna görə əmlak varlıların əlindən alınıb yoxsullar arasında
bölüşdürülməlidir. Onlar geriyə ibtidai-icma bərabərliyinə qayıtmaq istəyirdilər. Məzdəkilərin ideyaları
xürrəmilərə böyük təsir göstərmişdir. Ümumilikdə, İran və Azərbaycan xalqlarının azadlıq mübarizəsinin
gedişinə böyük təsir göstərmişdir.
Artmaqda olan vergilərə, ağır zülmə qarşı 571-572-si ildə Albaniya və Ermənistanda üsyan
qalxmışdı. Üsyan böyük qəddarlıqla yatırılmışdı.
IV-VI əsrlərdə şimaldan Dərbənd keçidindən keçən tayfalar Azərbaycana hücumlarını
genişləndirmişdilər. 395-396-sı illərdə türk xalqları olan hunların, xəzərlərin Azərbaycana hücumları
olmuşdur. Belə hücumlar Bəhram Gurun (420-438) və 454-455-si illərdə II Yezdəgerdin dövrlərində də
olmuşldur. 486-cı ildə Hunlar, Sabirlərin 522-si ildə isə digər köçəri tayfaların Azərbaycana yürüşləri
olmuşdur.
558-ci il üçün Albaniyada türk dilli xalqların sayı daha da artmışdı. 590-cı ildə Sasanilər Araz
vadisində bizanslılarla döyüşdə məğlub olmuşdular.
İran – Bizans müharibələri seriyasında 628-si ilədək uzanan son müharibə 603-cü ildə II Xosrovun
yürüşü ilə başlamışdı. Bizansa qarşı müharibə İranlılar üçün əvvəlcə əlverişli keçirdi və onlar bir neçə il
ərzində çoxlu vilayətlər tutmağa
və imperiyanın paytaxtı Konstantinopolun özünə yaxınlaşmışdılar.
610-su ildə İrakli Bizansda hakimiyyətə gəldi. O, II Xosrov ilə sülh bağlamağa cəhd etsə də,
Xosrov nəinki imtina etdi, hətta digər vilayətləri də onun əlindən aldı.
İranlılar 622-ci ilədək Pont sahilindən şərqdəki bütün Roma torpaqlarını tutdular.
Bizans ordusu Dvini tutdu, Azərbaycana soxuldu və Naxçıvanı işğal etdikdən sonra Arazı keçdi.
Sonra Cənubi Azərbaycanın paytaxtı Qazaka tutuldu və atəşpərəstlərin bu şəhərdəki baş məbədi
bizanslılar tərəfindən dağıdıldı.
Sasanilərin uzun sürən müharibələrdə zəifləməsi ucqarlarda olduğu kimi Albaniyada da müstəqillik
meylini gücləndirir. VI-VII əsrin əvvəllərində Mehranilər sülaləsinin idarə etdiyi Girdiman dövləti
yarandı. Onun yaradıcısı II Xosrovun qohumu Mehran idi. O, Albaniyanın dağlıq hissəsində Mehranabad
şəhərini saldı. Varaz Qriqorinin vaxtında Mehranilər xristianlığı qəbul etdilər. Mehranilər Bərdəni
tutmuş, sonra isə özlərinin paytaxtına çevirmişdilər. Mehranilərin iqamətgahlarından biri Musa
Kalankatlının «Aqvan hökmdarlarının qış mənzili» adlandırdığı Xalxal qalası idi. Öz atası IV Hörmüzün
(579-590 qatillərinə divan tutan Xosrovun intiqamından canın qurtarmağa çalışan Mehran qaçıb
Albaniyaya getmiş və özü ilə 30000-ə yaxın ailə aparmışdı. O, Uti vilayətinə gəlib böyük Partov
şəhərinin yaxınlığında dayanmaq istəyirdi Xəzərlərin torpağına gedib bu düşmənlərlə İranın düşmənlərinə
qoşulsun.
Xosrov isə başa düşmürmüş ki, Mehran xəzərlərlə birləşsə, böyük bir təhlükə yaranacaq, ona görə
də Xosrov İranın adlı-sanlı əyanlarının təzyiqi ilə Mehrana aşağıdakı məzmunda bir məktub göndərir:
10
«Qardaşım mənim sadiq qardaşım (Həzarət) düşmən olub məndən uzaqlaşma. Əgər mənimlə bir yerdə
yaşamaqdan xoşun gəlmirsə, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, ölkədə (Albaniyada)
yaşamaq üçün bir o qədər torpaq götür».
Musa Kalankatlının dediyinə görə, Xosrovun qasidi elə bir yerdə Mehrana çatmışdı ki, orada
Mehrabad şəhəri salmışdı. Sonra Mehran Girdman vilayətindən şimala getdi, onun 12 hakimini hiylə ilə
öz yanına çağırdı və qılıncdan keçirib ölkəyə sahib oldu. Bərdəni tutan Mehranilər onu özlərinə paytaxt
etmişdilər.
Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi Varaz Qriqorun ikinci oğlu Knyaz Cavanşir idi.
(637/8-681) onun hökmranlığı dövründə ərəblər Arranı istila etməyə başladılar. Cavanşirin nəsli arran
şahlar adlandırılmışdı. Bu dövrdə ərazisi Kaspi dənizi sahilindən Axsu çayına qədər uzanan ərazidə
Şirvanşahlar dövləti də yaranmışdı.
Dostları ilə paylaş: |