3
Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri
oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik
cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen,
mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazırda
antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu
ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türk dillərində
danışanlar aparıcı rol oynamışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə
danışan tayfalar da yaşamışlar. Bəzi alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan
türkmən, qazax və b. türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu
göstərir. Kökləri qədim türk dilindəki alp-alb sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi”
mənasını verir. Albaniyanın mərkəzi, xüsusən də Aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın
rayonları isə Qafqaz-İberdilli tayfaların məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas
xüsusiyyət idi. Albaniya ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin
başlanığıcında meydana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilər təsir dairəsinə düşmüş Albaniyada
artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Məsələn, məlumdur ki,
cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamela döyüşündə III Daranın ətrafındakı
mövqelərin bu hissələrə etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi.
Bəzi antik müəlliflər Albaniya adını İskəndərin işğal etdiyi ölkələr sırasında çəksələr də, bu
Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə
başlamışlar. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimyyətə tabe olunması prosesi
hələ Əhəmənilər dövründə başlamış və İskəndərin dövründə başa çatmışdır. Albaniya artıq e.ə. I əsrdə
Şərqi Anadoluda, Van gölü hövzəsində müvcud olan Ərməniyə adlı kiçik dövlətin hücumlarına məruz
qalmışdır. Balkanlardan köçüb gəlmiş ermənilər öz torpaqlarını Atropatena, İberiya və Albaniya
ərazilərilə təcavüzkarlıq yolu ilə genişləndirməyə cəhd edirdilər. Göyçə gölünün hövzəsindəki Albaniya
çarlıqları, Kaspiana, indiki Naxçıvan bölgələri və b. torpaqlarımız tez-tez erməni istilalarına məruz
qalırdı.
Dostları ilə paylaş: