İqtisadi həyat. Albaniyada və Atropatenada quldarlıq klassik quldarlıq səviyyəsinə qalxmamış, qul
əməyindən əsasən məbəd təsərrüfatında və ev işlərində istifadə olunmuşdur. Antik müəlliflər Albaniyada
ölkənin qərbindəki “müqəddəs vilayətin” məbəd qullarının əməyindən istifadə edilməsi barədə məlumat
verirlər. Quldarlıq quruluşu dövründə də Azərbaycan əhalisinin başlıça məşğuliyyəti əkinçilik, maldarlıq
və sənətkarlıq idi. Strabon yazırdı ki, Alban düzənliyi “ Babilistan və Misirdəkindən daha yaxşı
suvarılır”. A.Marselli isə Atropatenada əkinçiliyin geniş inkişaf etməsi barəsində ətraflı məlumat verir.
Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış xış, kirkirə, sürtgəc, vəl və s. kənd təssərüfatı alətlərinin
qalıqları əkinçiliyi ən gəlirli sahələrdən birinə çevirmişdir. Sıx suvarma şəbəksinə malik olan Albaniyada
bəzi torpaqlar ildə 2-3 dəfə məhsul verirdi. Əkinçilikdə başlıca sahələr taxılçılıq və bağçılıq idi. Alban
əhalisinin məşğuliyyətində balıqçılıq da geniş yer tuturdu. Əlverişli və geniş yem ehtiyatlarına malik olan
otlaqların mövcudluğu birsıra maldarlıq sahəsinin inkişafı üçün gözəl şərait yaradırdı. Azərbaycanın
qədim sakinləri qoyun, keçi, at, dəvə və s. saxlayırdılar.
Sənətkarlıq və ticarət. Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik,
dulusçuluq, toxuculuq, əmək alətlərinin hazırlanması və s. bu kimi sənətkarlıq sahləri inkişaf edirdi.
Strateji cəhətdən çox mühüm müvqedə yerləşən qədim Azərbaycan dövlətləri həm də ticarət mərkəzləri,
tranzit krvan ticarət yollarının kəsişdiyi və keçdiyi məntəqələr rolunu oynamışdılar. Burada həm ölkələri
əlaqələndirən yerli və beynəlxalq karvan ticarəti yolları keçirdi. Qazaka, Kabalaka, Vera, Aynian, Anariak və b. Azərbaycan şəhərləri antik dünyanın Yunan ,
Makedoniya, Roma, Parfiya və digər dövlətləri ilə ticarət əlaqələri saxlayırdılar. Ölkəmizin ərazisindən
tapılmış xarici sikkələr, digər əşyalar deyilənləri təsdiq edir.