Mühazirə: 04 Atropatena və Albaniya dövlətləri. Azərbaycanda feodal münasibətlərinin yaranması və inkişafı. Alban feodal dövləti. Plan


I Artaşes (e.ə. 189-160) və II Tiqran (e.ə. 95-55) kimi erməni çarlarının qısa müddətli



Yüklə 331,83 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix29.10.2022
ölçüsü331,83 Kb.
#66781
növüMühazirə
1   2   3   4   5   6   7
mt-is muhazire-04 (1)

I Artaşes (e.ə. 189-160) və II Tiqran (e.ə. 95-55) kimi erməni çarlarının qısa müddətli 
işğallarına əsaslanan bir sıra orta əsrlər və çağdaş erməni müəllifləri dünya tarixşünaslığına 
“Dənizlərdən dənizlərə uzanan böyük Ermənistan” əfsanəsini yerləşdirməyə, qonşu xalqların, ilk 
növbədə Azərbaycan türklərinin əzəl torpaqlarını erməni çarlıqları elan etməyə başlamışdılar. 
Onların bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını isə 
Armeniya “Şərq torpaqları”, Armeniya “Ağvan qismi” adlandırırlar. Lakin istər antik yazılı tarixi 
qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz 
Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan 
respublikalarının bir hissəsini əhatə etmişdir. Romalılar Albaniyanı işğal etmək niyyətindən əl 
çəkmirdilər. Artıq yuxarıda qeyd edildiyi kimi, II Pont hökmdarı VI Mitridat Yevpator və onun müttəfiqi 
II Tiqranın Roma imperiyasının Kiçik Asiya mülklərinə həmlələri onların özü üçün acı nəticələrə gətirib 
çıxarırdı. VI Mitridatı darmadağın edən, II Tiqranı əzən Lusi Lisini Lukullun bəzi qətiyyəsiz 
addımlarından sonra Roma senatı onun yerinə Qney Pompeyi şərq əyalətlərinin canişini təyin etdi. E.ə 
66-cı ildı Pompeyin başçılığı ilə II Tiqranı yenidən diz çökdürən romalılar elə həmin il VI Mitridatı 
izləyərək Cənubi Qafqaza yeridirlər. İlk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə 
romalılara hücum etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücüm alınmadı. Vaxtında hücumdan 
xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi. Pompey bundan sonra 
İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalılar tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. 
Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində 
Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkərdəsi 
hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq 
Pompeyin dayandığı düşərgəyə soxulub zaman Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi 
ilə Kozisi ölümcül yaraladı.
Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən 
Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər 
sahillərinə çıxmağa imkan vermədi. Roma sərkərdəsi Antoninin məşhur (e.ə. 36-cı il) ekspediyası zamanı 
Ərməniyyəni tutmuş romalılar sərkərdə Kanidi Krassın başçılığı ilə Albaniyaya da soxulmuşdular. Onlar 
albanlara qalib gəlmiş və alban hökmdarı Zoberi özlərinə tabe olmağa məcbur etmişdilər. Eramızın I-II 


4
əsrlərində Albaniyanın tarixi haqqında məlumatlarımız azdır. Roma, Parfiya və b. qonşunların tez-
tezAlbaniyaya yürüşlərinə baxmayaraq, albanlar öz müstəqilliklərini qoruyub saxlaya bilirdilər. Eramızın 
80-90-cı illərində romalılar Xəzər sahillərinədək gəlib çıxsalar da burada möhkəmlənə bilməmişlər. 
Məşhur Roma imperatoru Trayanın (96-117) şərq yürüşü zamanı ərazisinin toxunulmazlığını qoruyub 
saxlamış albanlarla imperator Adrian (117-138) da dostluq əlaqələri saxlamışdır. Bəzi məlumatlara görə, 
20-ci illərdən Albaniyada taxta Arşakilərin nümayəndələri çıxmışdılar. Alban Arşakiləri də ölkənin 
müstəqiliyyini qoruyub saxlamağa nail olmuşdular.

Yüklə 331,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin