Müstəqil tənzimləmə sistemlərində tənzimləyici orqan həssas elementdə yaranan enerji hesabına hərəkət etdirilir. Bu sistemlərdə istifadə olunan avtomatik tənzimləyicilər müstəqil təsirli tənzimləyicilər adlanır.
Qeyri-müstəqil tənzimləmə sistemlərində tənzimləyici orqanı hərəkətə gətirmək üçün əlavə enerjidən istifadə olunur. Bu sistemlərdə istifadə olunan tənzimləyicilər qeyri-müstəqil təsirli tənzimləyicilər adlanır.
Bir neçə tənzimlənən parametrə malik olan obyektlərin tənzimlənməsində əlaqəli və əlaqəsiz avtomatik tənzimləmə sistemlərindən istifadə olunur.