Mühazirə 1 Avtomatlaşdırma haqqında ümumi məlumat



Yüklə 181,49 Kb.
səhifə13/21
tarix02.01.2022
ölçüsü181,49 Kb.
#41289
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Avtomatlaşdırma 5

Birləşdirici xətlər ölçü qurğusunun ötürücü hissəsidir. Birinci (verici) cihazda yaranan siqnalları ikinci cihaza ötürən bu birləşdirici xətlər naqillərdən və ya impuls boru kəmərlərindən ibarət olur.
Ölçü cihazlarının xətaları

Ölçmə nəticələrindəndəki səhv xəta adlanır. Ölçmə texnikasında istifadə olunan xəta anlayışları bunlardır: mütləq xəta, nisbi xəta və gətirilmiş xəta.

Ölçmədən alınan qiymətlə ölçülən kəmiyyətin həqiqi qiyməti arasındakı fərq mütləq xəta adlanır.

∆a = A1 - A2

A1 - ölçmədən alınan qiymət; A2 - ölçülən kəmiyyətin həqiqi qiymətidir.
Ölçülən kəmiyyətin həqiqi qiymətini təyin etmək üçün cihazın göstərişinə mütləq xətanın əks işarə ilə götürülmüş qiymətini əlavə etmək lazımdır. Bu düzəliş

∆d = A2 – A1 və ya ∆d = -∆a

olur.

Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinə nisbi xəta deyilir.





Ölçü cihazının ölçmə diapozonuna görə, hissələrlə və ya faizlərlə ifadə olunan xətaya gətirilmiş xəta deyilir.



burada ∆a - mütləq xəta, və Amax və Amin – cihazın uyğun olaraq yuxarı və aşağı ölçmə hədləridir.
Ölçü cihazlarının istifadə olunma şəraitindən asılı olaraq yaranan xətalar əsas və əlavə xətalara ayrılır.


Yüklə 181,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin