Mühazirə 1 Avtomatlaşdırma haqqında ümumi məlumat



Yüklə 181,49 Kb.
səhifə10/21
tarix02.01.2022
ölçüsü181,49 Kb.
#41289
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Avtomatlaşdırma 5

Göstərici cihazlar ölçülən kəmiyyətin qiyməti şkalada əqrəb vasitəsilə göstərilir.

Cəmləyici cihazlar müəyyən vaxt ərzində ölçülən kəmiyyətin cəmini göstərir.

Yazıcı cihazlarda ölçülən kəmiyyətin qiyməti avtomatik olaraq diaqram kağızı üzərində qeyd edilir.

Siqnalverici cihazlarda ölçülən kəmiyyət tələb edilən qiymətə çatdıqda işıq və ya səs vasitəsilə siqnal verir.

Kombinə edilmiş cihazlar eyni zamanda yuxarıda göstərilən xassələrdən bir neçəsinə malik olur.

Təyinatına görə ölçü cihazlarının işçi, nəzarət, laboratoriya, nümunəvi və etalon ölçü cihazı növlərinə ayırırlar.

İşçi ölçü cihazları bilavasitə istehsalatda istifadə olunur. Konstruksiya cəhətdən sadə quruluşlu və işdə etibarlıdır. İşçi ölçü cihazlarının dəqiqlik sinfi 0,1-dən 0,5-ə qədər olur.

Nəzarət və laboratoriya ölçü cihazları işçi (texniki) ölçü cihazlarının yoxlanılmasında və elmi-tədqiqat işlərində istifadə olunur.


Yüklə 181,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin