Nümunəvi və etalon ölçü cihazları həmçinin işçi cihazların dərəcələnməsində istifadə olunur. Etalon ölçü cihazları vasitəsilə nümunəvi cihazlar yoxlanılır.
Ölçü şkalalarının növləri
Ölçü parametrlərinin qiymətlərini göstərmə quruluşlarına görə ölçü cihazlarını üç yerə bölmək olar:
Göstərici cihazlar - göstərmə quruluşu ölçü şkalası və əqrəbdən ibarətdir.
Yazıcı cihazlar - göstərmə quruluşu qələm və diaqram kağızından ibarətdir.
Cəmləyici cihazlar (inteqrallayıcılar) - göstərmə quruluşundan və hesablayıcı mexanizmdən ibarətdir.
İkinci cihazlar siferblat ilə təchiz olunur. Siferblat ölçü cihazının bir hissəsi olub, üzərində şkala və cihazı xarakterizə edən məlumatlar (dəqiqlik sinfi, cihazın nömrəsi, buraxılma ili və s.) göstərilir.
Siferblatlar formalarına görə müstəvi, silindrik və konusşəkilli, konstruksiyalarına görə isə hərəkət etdirilə bilən və tərpənməz olur. Siferblatlar üzərində göstərilən şkalalar düzxətli, qövsşəkilli (qövs bucağı 180-dən böyük olduqda) və dairəvi olur.
Üzərində kəmiyyətlərin göstərilmə xarakterinə görə şkalalar müntəzəm və qeyri müntəzəm olur. Müntəzəm şkalalarda kəmiyyətlər arasında məsafələr bütün şkala boyunca bərabər olur. Qeyri-müntəzəm şkalalarda isə kəmiyyətlər arasında məsafələr müxtəlif olur.
Sıfır nöqtəsinin yerinə görə şkalalar birtərəfli, ikitərəfli və sıfırsız olur. Birtərəfli şkalalarda sıfır nöqtəsi şkalanın başlanğıcında, ikitərəfli şkalalarda isə sıfir nöqtəsi şkalanın ortasında yerləşir. Sıfırsız şkalalarda sıfir nöqtəsi olmur, şkala ölçülən para-metrin hər hansı qiymətindən başlayır.
Dostları ilə paylaş: |