Əlaqəli tənzimləmə sistemlərində müxtəlif parametrləri tənzimləyən tənzimləyicilər bir-biri ilə əlaqədar olur.
Əlaqəsiz tənzimləmə sistemlərində müxtəlif parametrləri tənzimləyən tənzimləyicilər bir-biri ilə yalnız obyekt vasitəsilə əlaqədar olur.
Yalnız bir əks-əlaqəyə malik olan qapalı sistemə birkonturlu, əks-əlaqədən başqa bir və ya bir neçə əlavə baş, yaxud yerli əks-əlaqəyə malik olan sistemlərə isə çoxkonturlu sistemlər deyilir.
Mühazirə 4
Avtomatikada parametrlərin və əsas funksiyaların şərti işarələri
Avtomatikada texnoloji parametrlərin şərti işarələri cədvəl 1-də verilmişdir.
Cədvəl 1
Adı
|
İşarəsi
|
Təzyiq, seyrəklik
|
P
|
Temperatur
|
T
|
Səviyyə
|
L
|
Sərf
|
F
|
Sıxlıq
|
D
|
Özlülük
|
V
|
Nəmlik
|
M
|
Konsentrasiya (qatılıq)
|
Q
|
Bir neçə müxtəlif parametr
|
U
|
Vəziyyət, yerdəyişmə
|
C
|
Avtomatika vasitələrində texnoloji parametrlərin dəqiqləşdirilməsi üçün şərti işarələr cədvəl 2-də verilmişdir.
Cədvəl 2
Adı
|
İşarəsi
|
Fərq, düşgü
|
D, d
|
Nisbət
|
F, f
|
İnteqrallama
|
Q, q
|
Avtomatik işəsalma
|
J
|
Avtomatika vasitələrinin əsas funksiyalarının şərti işarələri cədvəl 3-də verilmişdir.
Cədvəl 3
Adı
|
İşarəsi
|
Göstərən
|
İ
|
Qeydedən
|
R
|
Tənzimləmə, idarəetmə
|
C
|
İdarəetmə stansiyası (uzaq məsafədən idarəetmə)
|
K
|
Xüsusi quruluşun köməyi ilə məsafədən idarəetmə
|
H
|
Həssas element (ilk çevirici)
|
E
|
Göstərişin uzaq məsafəyə ötürülməsi
|
T
|
Hesablama funksiyasının çevirilməsi
|
Y
|
Siqnallama
|
A
|
İşəsalma, işdənçıxarma, bloklama
|
S
|
Avtomatika vasitələrinin əlavə funksiyalarının şərti işarələri cədvəl 4-də verilmişdir.
Cədvəl 4
Adı
|
İşarəsi
|
Parametrin yuxarı hədd qiyməti
|
H
|
Parametrin aşağı hədd qiyməti
|
L
|
Elektrik siqnalı
|
E
|
Pnevmatik siqnal
|
P
|
Hidravlik
|
G
|
Kökalma
|
|
Siqnalın kompüterə ötürülməsi
|
Bi
|
Kopüterdən informasiyanın çıxarılması
|
B0
|
Analoq siqnalı
|
A
|
Diskret siqnal
|
D
|
Cəmləmə
|
|
Siqnalın sabit K əmsalına vurulması
|
K
|
Avtomatlaşdırma vasitələrinin temperatur ölçən cihazlar üçün şərti işarələrinin sxemdə yerləşdirilməsi cədvəl 5-də verilmişdir.
Cədvəl 5
|
Cihazlar
|
İşarələri
|
1.
|
Temperatur ölçmək üçün həssas element (termoelektrik termometri, müqavimət termometri, manometrik termometrin termobalonu, pirometr vericisi və s.)
|
|
2.
|
Obyektdə və yaxud yerli lövhədə yerləşən temperatur ölçən, göstərən cihaz (civəli termometr, manometrik termometr və s.)
|
|
3.
|
Mərkəzi nəzarət lövhəsində yerləşdirilmiş temperatur ölçən, göstərən cihaz (millivoltmetr, potensiometr, avtomatik körpü)
|
|
4
|
Göstərişi məsafəyə ötürən yerli lövhədə yerləşdirilmiş temperatur ölçən şkalasız cihaz (manometrik termometr, pnevmatik və elektrik ötürücü mexanizmi olan istənilən verici)
|
|
5.
|
Operator lövhəsində yerləşdirilmiş birnöqtəli, qeydedən temperatur ölçən cihaz (özüyazan millivoltmetr, potensiometr, avtomatik körpü və s.)
|
|
6.
|
Operator lövhəsində yerləşən, çoxnöqtəli izləyici quruluşu olan, qeydedən temperatur ölçən cihaz (çoxnöqtəli özüyazan potensiometr, avtomatik körpü)
|
|
7.
|
Operator lövhəsində yerləşən, temperatur tənzimləyən qeydedici cihaz (çoxnöqtəli özüyazan potensiometr, avtomatik körpü)
|
|
8.
|
Obyektdə, yerli lövhədə yerləşən şkalasız temperatur tənzimləyici
|
|
9.
|
Operator lövhəsində yerləşən tənzimləyici və qeydedici quruluşu olan, idarəetmə stansiyası ilə təchiz edilmiş temperatur ölçmək ücün dəst
|
|
10.
|
Obyektdə, yerli lövhədə yerləşən daxilində kontakt quruluşu olan temperatur tənzimləyən cihaz (məsələn, temperatur relesi)
|
|
11.
|
Operator lövhəsində yerləşən məsafədən idarəetmə baypas paneli
|
|
12.
|
Operator lövhəsində yerləşən qaz (hava) və yaxud elektrik dövrələrində quraşdırılmış açar
|
|
Avtomatlaşdırma vasitələrinin təzyiq ölçən cihazlar üçün şərti işarələrinin sxemdə yerləşdirilməsi cədvəl 6-da verilmişdir.
Cədvəl 6
|
Cihazlar
|
İşarələri
|
1.
|
Obyektdə və yaxud yerli lövhədə yerləşən təzyiq (seyrəklik) ölçən, göstərən cihaz (manometr, difmanometr, seyrəklik basqıölçən, vakuummetr və s. )
|
|
2.
|
Yerli lövhədə yerləşən təzyiqlər fərqi ölçən göstərən cihaz (göstərən difmanometr)
|
|
3.
|
Yerli lövhədə yerləşən göstərişi məsafəyə ötürən təzyiq (seyrəklik) ölçən şkalasız cihaz (pnevmatik və ya elektrik ötürücülü şkalasız manometr, difmanometr)
|
|
4.
|
Operator lövhəsində yerləşən qeydedici təzyiq (seyrəklik) ölçən cihaz (özüyazan manometr, təzyiqi qeydedən istənilən ikinci cihaz )
|
|
5.
|
Yerli lövhədə yerləşdirilmiş kontakt quruluşu olan təzyiq relesi
|
|
6.
|
Yerli lövhədə yerləşdirilmiş kontakt quruluşu olan təzyiq (seyrəklik) göstərən və bloklama cihazı (elektrik kontaktlı manometr, vakuummetr)
|
|
7.
|
Xarici enerji mənbəyindən istifadə edilmədən işləyən təzyiq tənzimləyicisi (düztəsirli təzyiq tənzimləyicisi “özünə qədər”)
|
|
Avtomatlaşdırma vasitələrinin sərfölçən cihazlar üçün şərti işarələrinin sxemdə yerləşdirilməsi cədvəl 7-də verilmişdir.
Cədvəl 7
|
Cihazlar
|
İşarələri
|
1.
|
Obyektdə yerləşdirilmiş (boru kəmərində) sərfi ölçmək üçün həssas element (diafraqma, soplo, venturi borusu, induksiyalı sərfölçənin vericisi və s.)
|
|
2.
|
Yerli lövhədə yerləşdirilmiş göstərişi məsafəyə ötürən şkalasız sərfölçən cihaz (göstərişi məsafəyə ötürən pnevmatik və elektrik ötürücülü difmanometr və ya rotametr)
|
|
3.
|
Operator lövhəsində yerləşən sərflər nisbətini ölçüb, qeydedən cihaz (sərflər nisbətini qeydedən istənilən ikinci cihaz)
|
|
4.
|
Yerli lövhədə yerləşdirilmiş sərfölçən göstərən cihaz (göstərən difmanometr və ya rotametr)
|
|
5.
|
Yerli lövhədə yerləşdirilmiş inteqrallayıcı sərf ölçən cihaz (şkalasız inteqrallayıcı sayğac sərfölçən)
|
|
6.
|
Yerli lövhədə yerləşən göstərən inteqrallayıcı sərfölçən cihaz (inteqratoru olan göstərən difmanometr)
|
|
7.
|
Müəyyən olunmuş miqdarda maddənin keçməsini xəbər verən bloklayan quruluşu olan, inteqrallayıcı sərfölçən cihaz (sayğac dozator)
|
|
Avtomatlaşdırma vasitələrinin səviyyə ölçən cihazlar üçün şərti işarələrinin sxemdə yerləşdirilməsi cədvəl 8-də verilmişdir.
Cədvəl 8
|
Cihazlar
|
İşarələri
|
1.
|
Obyektdə yerləşdirilmiş səviyyə ölçən cihazın həssas elementi (elektrik və tutum səviyyə ölçənli vericisi)
|
|
2.
|
Yerli lövhədə yerləşən göstərən səviyyə ölçən cihaz (səviyyə ölçdükdə istifadə edilən manometr və difmanometr)
|
|
3.
|
Yerli lövhədə yerləşən şkalasız kontakt quruluşu olan səviyyəni bloklayan və siqnallayan cihaz (səviyyə relesi)
|
|
4.
|
Yerli lövhədə yerləşən göstərişi məsafəyə ötürən şkalasız səviyyə ölçən cihaz (pnevmatik və elektrik ötürücülü şkalasız səviyyə ölçən)
|
|
5.
|
Yerli lövhədə yerləşən kontakt quruluşu olan tənzimləyici, bloklayan şkalasız səviyyə ölçən cihaz (elektrik bloklayıcı tənzimləyici, H hərfi səviyyənin yuxarı hədd qiymətinin bloklanmasını göstərir
|
|
6.
|
Operator lövhəsində yerləşən kontakt quruluşu olan göstərən səviyyə ölçən cihaz (siqnallayıcı göstərici ikinci cihaz H və L hərfləri səviyyənin yuxarı və aşağı hədd qiymətlərinin siqnallamasını göstərir) .əıç
|
|
Avtomatlaşdırma vasitələrinin keyfiyyət ölçən cihazlar üçün şərti işarələrinin sxemdə yerləşdirilməsi cədvəl 9-da verilmişdir.
Cədvəl 9
|
Cihazlar
|
İşarələri
|
1.
|
Yerli lövhədə yerləşən göstərərişi məsafəyə ötürən şkalasız sıxlıq ölçən cihaz (pnevmatik və elektrik sıxlıq ölçənin vericisi)
|
|
2.
|
Yerli lövhədə yerləşən göstərən qalınlıq ölçən cihaz (polad lövhənin qalınlığını ölçən, göstərən cihaz )
|
|
3.
|
Operator lövhəsində yerləşən nəmlik ölçən qeydedici cihaz (nəmlik ölçən ikinci cihaz)
|
|
4.
|
Yerli lövhədə yerləşən məhsulun keyfiyyətini ölçmək üçün həssas element pH-metrin vericisi
|
|
5.
|
Yerli lövhədə yerləşən məhsulun keyfiyyətini ölçüb, göstərən cihaz (tüstü qazlarının tərkibində O2-nin miqdarını ölçən göstərən qazanalizatoru)
|
|
6.
|
Operator lövhəsində yerləşən məhsulun keyfiyyətini ölçüb, qeydedən, tənzimləyən cihaz (məhsuldakı sulfat turşusunun qatılığının tənzimləyicisi, özüyazan ikinci cihaz)
|
|
7.
|
Yerli lövhədə yerləşən kontakt quruluşu olan radioaktivliyi ölçüb, göstərən cihaz ( və şüalarının buraxıla bilən qatılığını göstərən və siqnallayan cihaz)
|
|
8.
|
Yerli lövhədə yerləşən məhsulun özlülüyünü ölçmək üçün göstərən cihaz (göstərən viskozimetrlər özlülük ölçən)
|
|
9.
|
Yerli lövhədə yerləşən məhsulun kütləsini ölçüb, göstərən kontakt quruluşu olan cihaz (elektrotenzometrik və ya siqnallayıcı quruluş)
|
|
10.
|
Operator lövhəsində yerləşən sobada alovun sönməsinə nəzarət edən kontakt quruluşlu şkalasız cihaz (ehtiyat B hərifindən istifadə edilməsi sxemdə aydınlaşdırılmalıdır)
|
|
Avtomatlaşdırma vasitələrinin köməkci kəmiyyətlərin ölçülməsi üçün cihazların şərti işarələrinin sxemdə yerləşdirilməsi cədvəl 10-da verilmişdir.
Cədvəl 10
|
Cihazlar
|
İşarələri
|
1.
|
Yerli lövhədə yerləşən istənilən elektrik kəmiyyətini ölçən göstərən cihaz (voltmetr, ampermetr, vattmetr, gərginlik, cərəyan şiddəti və güc)
|
|
2.
|
Operator lövhəsində yerləşən, proqram üzrə prosesi idarəedən cihaz (əmrverici elektrik pnevmatik cihaz çoxdövrəli zaman relesi)
|
|
3.
|
Operator lövhəsində yerləşən, intiqalın fırlanma tezliyini (fırlanma sürəti) ölçüb, qeydedən (taxogeneratorun ikinci cihazı)
|
|
4.
|
Yerli lövhədə yerləşən bir neçə qeyri-bircins kəmiyyətləri ölçüb, qeydedən cihaz (buxarın təzyiq və temperaturunu əlavə olaraq, qeydedən özüyazan sərfölçən difmanometr. Ölçülən kəmiyyətin təfsilatını aydınlaşdıran yazılar cihazın sağ tərəfində qeyd edilir).
|
|
5.
|
Operator lövhəsində yerləşdirilmiş siqnal çeviricisi. Giriş və çıxış siqnalı elektrikdir (t.h.q.-ni sabit cərəyan siqnala çevirən çevirici)
|
|
6.
|
Operator lövhəsində yerləşdirilmiş siqnal çeviricisi. Giriş siqnalı pnevmatik, çıxış siqnalı isə elektrikdir
|
|
7.
|
Operator lövhəsində yerləşdirilmiş siqnal çeviricisi. Giriş siqnalı elektrik, çıxış siqnalı isə pnevmatikdir
|
|
8.
|
Sabit K əmsalına vurma funksiyasını yerinə yetirən hesablama qurğusu
|
|
9.
|
Elektrik mühərrikini işəsalma və işdən dayandırılması qurğuları (nasosun işə qoşulması və dayandırılması, siyirtmələrin açılması və bağlanması, maqnit buraxıcısı, kontaktor və s.)
|
|
10.
|
Operator lövhəsində yerləşdirilmiş əl ilə məsafədən idarəetmə aparatları (mühərrikin işə qoşulması və dayandırılması tənzimləyicinin tapşırığının dəyişdirilməsi), idarəetmə açarları, verici və s.
|
|
11.
|
Operator lövhəsində yerləşdirilmiş siqnallama quruluşu ilə təchiz edilmiş əl ilə məsafədən idarəetmə aparatları (lampa ilə təchiz edilmiş idarəetmə düyməsi, işıqlanması olan idarəetmə açarı və s.)
|
|
12.
|
Operator lövhəsində yerləşdirilmiş idarəedici açar (pozisiya işarəsi çox yer tutduqda onu dairənin xaricində yazmaq olar)
|
|
Dostları ilə paylaş: |