Avtomatlaşdırma vasitələrinin təminat alt sistemləri
Avtomatlaşdırma vasitələrinin texniki və proqram kimi iki təminat alt sistemlərinin olması qəbul edilmişdir. Proqram vasitələri – hər hansı informasiya daşıyıcısında yazılmış ilkin informasiyanın işlənilməsi və ya idarəetmə məqsədlərini həyata keçirir. Avtomatlaşdırmanın texniki vasitələri bir qayda olaraq universal element vasitələri bazasında həyata keçirilir. Bu texniki vasitələr sinifinə əsasən ilkin çevricilər və Avtomatlaşdırma obyektləri ilə bilavasitə əlaqədə olan icra mexanizimləri aiddir.
Avtomatlaşdırmanın təşkilatı baxımından qurulmasının texnologiyası özündə aşağıdakı mərhələləri birləşdirir: Texniki tapşırığın işlənilməsi, eskiz,texniki və işçi layihələrin hazırlanması, sınaq mərhələsinin aparılması və avtomatlaşdırmaya aid son məhsulun sifarişçiyə təhvil verilməsi. Hər bir mərhələnin məzmunu və tərkibi müvafiq normativ sənədlərlə təyin olunur.