Əsas ölçü vahidlərinə misal olaraq metr, qram, saniyə, amper, kelvin, mol və kandellanı göstərmək olar.
Əlavə ölçü vahidlərinə radian, steradian.
Törəmə ölçü vahidlər sisteminə isə hers, nyuton, paskal və s. aiddir.
Ölçü cihazlarının təsnifatı
Ölçülən kəmiyyəti ölçü vahidi ilə bilavasitə və ya vasitəli yolla müqayisə edən quruluşlara ölçü cihazları deyilir. Ölçü cihazlarını bir sıra cəhətlərə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Ölçdükləri kəmiyyətlərə görə: temperatur ölçən cihazlar; təzyiq və seyrəklik ölçən cihazlar; sərf və miqdar ölçən cihazlar; səviyyə ölçən cihazlar; keyfiyyət göstəriciləri ölçən cihazlar; tərkibi ölçən və s
Ölçülən kəmiyyətin qiymətini ifadə etmə üsullarına görə ölçü cihazları göstərici, yazıcı və cəmləyici olur. Ümumi halda isə ölçü cihazlarını bu növlərə ayırırlar: müqayisəsi əl ilə aparılan cihazlar; göstərici cihazlar; cəmləyici (hesablayıcı) cihazlar; yazıcı (qeydedici) cihazlar; siqnalverici cihazlar; kombinə edilmiş cihazlar.
Dostları ilə paylaş: |