Ölçmə haqqında ümumi məlumat
Neft çıxarma, neft ayırma, neft-kimya sənaye sahələrində proseslər aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur.
Temperatur, təzyiq, sərf, səviyyə, keyfiyyət parametrləri. Texnoloji prosesləri idarə etmək üçün fasiləsiz olaraq kəmiyyətlər haqqında məlumatlar toplanmalıdır. Operativ olaraq kəmiyyətlər haqqında məlumat almaq üçün bu kəmiyyətlər ölçülməlidir. Hər hansı bir kəmiyyəti ölçmək onu ölçü vahidi kimi qəbul edilmiş bircinsli kəmiyyətlə müqayisə etmək deməkdir.
Ölçülən kəmiyyətin ölçü vahidinə olan nisbətinin ədədi qiymətinə ölçülən kəmiyyətin ədədi qiyməti deyilir.
Ölçülən kəmiyyəti Q, ölçü vahidini q və ölçü kəmiyyətinin ədədi qiymətini x ilə işarə etsək, yaza bilərik:
Ölçmənin üç növü var: bilavasitə, dolayı ölçmə və ümumi ölçmə.
Dostları ilə paylaş: |