Qrunt su axını
Qrunt su hövzəsi
Qrunt su hövzəsi ilə axınının uyğunluğu.
Qrunt suları ağırlıq qüvvəsinin təsiri altında qrunt sularının güzgüsünün mailliyi istiqamətində yüksək yerdən çökək sahəyə doğru (çay vadisi və dərə) hərəkət edərək qrunt su axınını yaradır, bu da öz növbəsində bir qayda olaraq enən bulaqları əmələ gətirir.
Qrunt su hövzəsi (yeraltı axmaz) kənarları eyni yüksəklikdə yerləşən su dayağının su ilə
doymuş sukeçirən süxurlardan təşkil olunmuş çökəklik hissəsi ilə əlaqədardır, burada qrunt suları hərəkət etmirlər, onların səviyyəsi isə horizontal vəziyyətdə olur. Qrunt suları yaş etibarı ilə müasir sular olub, çayarası massivlərdə, çay vadilərinin allüvial çöküntülərində, dağətəyi düzənliklərin çaylarının gətirmə konuslarında və düzən sahələrdə geniş inkişaf tapmışdır.
Qrunt suları yayıldıqları bütün ərazi üzrə qidalanırlar və onların aşağıdakı qidalanma mənbələrini qeyd etmək olar:
Atmosfer çöküntülərinin infiltrasiyası hesabına, hansı ki, ya birbaşa aerasiya zonasından qrunt suları səviyyəsinə süzülür, yaxud da torpaq qatını qravitasiya suyu yaranana qədər nəmləndirir.
Çay və digər yerüstü su hövzələrindən infiltrasiya hesabına. Çayların allüvial çöküntülərində və gətirmə konuslarında yaranan qrunt suları daima çay suları ilə qarşılıqlı əlaqədə olur. Bu əlaqə nəticəsində çay suları qrunt sularını qidalandırır. Bəzən yay vaxtlarında bu proses əksinə baş verir, yəni qrunt suları çayları qidalandırır. Ümumiyyətlə, yerüstü sularla qrunt suları arasındakı əlaqə müxtəlif olmaqla ərazinin iqlimindən və geoloji quruluşundan çox asılıdır.
Daha dərində yerləşən təzyiqli yeraltı sular vasitəsilə. Bu qidalanma növü çox mürəkkəbdir.
Kondensasiya yolu ilə yaranan sular hesabına.
Dostları ilə paylaş: |