Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Folknerin “Səs küy və qəzəb” romanı



Yüklə 88,35 Kb.
səhifə34/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Folknerin “Səs küy və qəzəb” romanı.
Yazıçı bu əsəri 1928-ci ilin yazında yazmağa başlamış və elə həmin ilin payızında başa çatdırmışdır. Əsər 1929-cu ildə işıq üzü görmüşdür. Bir çox tədqiqatçılar bu əsərdə C. Coysun “Uliss” əsərinin poetikasının təsirini üzə çıxarmağa cəhd göstərmişlər. “Səs küy və qəzəb” romanı Folkner yaradıcılığında aparıcı yer tutan bir mövzuya-Amerikanın cənub ştatlarında patriarxal həyat tərzinin çökməsi mövzusuna həsr olunmuşdur. Cəmiyyətin bu faciəvi şəkildə çökməsi özünü qədim cənub nəsli olan Kompsonlar ailəsinin deqradasiyasında və dağılması prosesində təcəssüm edir. 1945-ci ildə müəllif “Səs küy və qəzəb” romanına özünəməxsus əlavə yazmışdır. Bu əlavədə müəllif Kompsonlar ailəsinin tarixini XVIII əsrin sonundan XX əsrin ortalarına kimi tarixini əhatə edən bir dövrünü təsvir edir.
“Sartoris” əsərindən sonra “Səs küy və qəzəb” Folknerin Yoknapatof mövzusuna həsr etdiyi ikinci romandır. Folkner əsərin adını Şekspirin “Maqbet” faciəsindən əxz etdiyi bir sitatdan götürmüşdür: Həyat sarsaq tərəfindən nəql olunan səs küy və qəzəblə dolu, lakin mənasız bir tarixdir.
Roman nənələrinin torpağa tapşırılması günü bacı və qardaşın çayın qırağına oynamağa göndərilməsi ilə bağlı hekayət əsasında yazılmışdır. Kompozisiya baxımından əsər dörd hissədən ibarətdir. Hər bir hissə daxili monoloqdan (şüur axınından) ibarətdir. Bu daxili monoloqların üçü Kompsonlar nəslinin nümayəndələrinə məxsusdur. Dördüncü hissə isə təhkiyəçi müəllifin şərhlərindən ibarətdir. Birinci hissə lal-kar idiot Bencamenin daxili monoloqudur; Bencamen bir növ zamanın fövqündə yaşayır. Onun faktiki olaraq körpə beynində bütün hadisələr birləşmişlər; o, keçmişi, indini və gələcəyi bir-birindən fərqləndirə bilmir. Bencamenin normal insanlardan təcrid olunması Folknerin yaradıcılığında xüsusi yer tutan insanın dünyadan özgələşməsi mövzusunun açıqlanmasına xidmət edir. Bencamenin anlaşılmaz şüur axınının mənasını oxucunu 18 il əvvəl Kbentinin intiharına həsr olunmuş Kventin Kompsonun monoloqu açıqlayır. Qəhrəmanın ölümdən qabaq monoloqu Kompsonlar ailəsinin çökməsinin faciəvi tarixini yaradır. Öz ifadə tərzi və mənası etibarilə tamamilə fərqli səciyyəyə malikdir. Əgər Bencamen Kompsonlar ailəsinin bioloji iflasını simvolizə edirsə, vulqar və merkantil Ceyson, Kventinin qardaşı öz valideynlərini ələ salır və bununla da aristokrat nəslinin deqrodasiyasını ifadə edir. Təhkiyəçi tərəfindən aparılan dördüncü hissədə romanda yüksək mənəvi dəyərlərin daşıyıcıları olan zəncilər ön plana çıxırlar.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin