Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-17 Sartrın “Varlıq və yoxluq” əsəri



Yüklə 88,35 Kb.
səhifə42/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-17
Sartrın “Varlıq və yoxluq” əsəri
Varlıq və yoxluq J.P.Sartrın məşhur fəlsəfi traktatıdır. Əsər 1943-cü ildə yazılmışdır. Ekzistensializmə xas olan lirik və aforistik deyim tərzi, məntiqi baxımdan bitkin sistemin mövcud olmaması bu əsərin özünəməxsusluğunu müəyyən edən cəhətlərdir. Ekzistensialist fəlsəfədə olduğu kimi bu əsərdə də fəlsəfə ilə ədəbiyyat arasında sərhəd pozulur.
“Varlıq və yoxluq” əsərinin kompozisiyası əhəmiyyətə malik anlayışlarla müəyyən olunur: birinci hissədə yoxluq, ikinci hissədə “Özü-üçün”, üçüncü hissədə “Başqası-üçün”, və dördüncü hissədə “azadlıq” bu cür anlayışlardır. Sartrın fəlsəfəsi Hüsserlin və Haydeggerin fəlsəfəsi əsasında təşəkkül tapmışdır. Buna görə də Sartra intensionallıq ideyası son dərəcə yaxın idi. İntensionallığa görə şüur həmişə nəyinsə dərk olunmasıdır. Bu o deməkdir ki, nəsnələr mövcuddurlar, lakin onlar şüur deyillər. Bu “Özü üçün” varlıqdır. Digər tərəfdən bu sübuta yetirir ki, şüur özünü nəsnədən fərqli bir şey kimi, yəni yoxluq kimi təsdiq edir. Sartıra görə yoxluq varlıqdan kənardadır, onun fövqündədir. İdrakın əsasında inkar durum, yəni nəsnə anlayışı onun şüurdan fərqi əsasında formalaşır. İnkarın köməyi ilə “Özü-üçün” özünün nəsnədən fərqini təsdiq edir və idrakı varlıq üsulu kimi müəyyən edir. Belə ki, limonun sarılığı limonu dərk etmək üsulu deyil, sarılıq elə limonun özüdür. Bütün digər keyfiyyətlər kimi o həmişə bütövlə əlaqədə mövcuddur. Varlığın hər bir keyfiyyəti elə varlığın özüdür. Beləliklə özünü inkar edən “Özü-üçün” “Özündə-varlığ”ın təsdiqinə çevrilir. Sartr göstərir ki, idrak mütləqliyi və həqiqiliyi açıqlayır. Lakin həqiqət “bəşəri” xarakterə malikdir, yəni idrak “məni mənə” istinad edir, yəni yoxluğa istinad edir. Yoxluq olmasa o da Varlıq həyata keçmir. Filosofun fikrincə xarici aləm daxili aləmlə bağlıdır. O, fəlsəfi fikir üçün ənənəvi olan ruh və şüur arasında kolliziyanı dəf etmək vasitəsidir. Sartr insan reallığını “özü-üçün” varlıq kimi müəyyən edir. Bu başqasının mövcudluğunu tələb edir. Əgər başqası mövcuddursa, mən “başqası” olmamalıyam. Bu inkar mənim varlığımı təsdiq edir. Bu isə insanlararası münasibətlərdə düşmənçilik durumunun təşəkkülünə səbəb olur. Sartr aforistik şəkildə buna bağlı qapı arxasında pyesində “Cəhənnəm” başqalarıdır fikri ilə ifadə etmişdir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin