Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Ekzistensializmin müasir dövrə münasbəti



Yüklə 88,35 Kb.
səhifə38/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Ekzistensializmin müasir dövrə münasbəti.
Ekzistensialistlər tarixi pessimizi onların bəşəriyyətin düçar olduğu və labüd şəkildə onun məhvinə aparan durumdan xilas yolunu tapa bilməməsi ilə bağlayır.Əgər Hegel bəşər nəslinin tarixini get-gedə yuxarıya yüksələn spiral kimi təsəvvür edirdisə, ekzistensialistlər üçün tarix dairədir-bu dairə heç bir yüksəlişə, özündən kənara çıxmağa imkan vermir. Onların fikrincə məhəbbətin hesabına həyatı, həyatın hesabına azadlığı qazanmaq olar. Azadlıq isə məlum olur ki, yeknəsək mövcudluqdan başqa bir şey deyildir. Bu isə tunelin o biri başında görünən işığın sönməsi deməkdir. Ekzistensialistlər daxilən belə bir durumla barışmırlar. Onlar var gücləri ilə həm totalitarizmin, həm də onun əks üzü olan demokratiyaları inkar edirlər. Ekzistensialistlərin heç bir müsbət proqramı olmamışdır. Özünün bədii konsepsiyasında ekzistensializm göstərir ki, insan mövcudluğunun əsasları absurd səciyyə daşıyırlar. Bu ilk növbədə onunla bağlıdır ki, insan ölümlü varlıqdır. Nəticədə tarix pisdən daha pisə, daha pisdən pisə doğru hərəkət edir. Ekzistensializmin bədii konsepsiyasının təsdiq etdiyi prinsipial təklik əks məntiqi nəticəyə də malikdir: əgər insan özünü bəşəriyyətdə davam etdirirsə, onun heç bir ictimai dəyəri yoxdur. Deməli o, gələcəkdən məhrumdur və bu halda ölüm mütləq səciyyə kəsb edir. Bu halda ölüm insanın üzərindən xətt çəkir və həyat mənasından məhrum olur. Hər yerdə insanı ölümün nəfəsi təqib edir. Ekzistensialistlər əmindirlər ki, belə bir şəraitdə insan dünyanı dəyişdirmək iqtidarında deyil. Lakin bununla belə hərəkət etmək lazımdır. Yalnız bu halda şəxsiyyət öz iradəsində azadlığını təmin edib gündəlik həyatın əsarətindən xilas ola bilər.
Ekzistensializm bədii ədəbiyyatının poetikasının əsas xüsusiyyəti intellektualizmlə, durumların bədii modelləşdirilməsi ilə, yüksək şərtiliklə bağlıdır. Ekzistensialistlərin əsərlərində etikliklə estetiklər arasında uçurum yaranır. Heç də təsadüfi deyildir ki, Sartr öz qəhrəmanlarının ruhi həyatından vicdan kateqoriyasını kənarlaşdırmışdır.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin