Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-16 Ekzistensializm haqqında ümumi məlumat (existentia-mövcudluq sözündəndir)



Yüklə 88,35 Kb.
səhifə39/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-16
Ekzistensializm haqqında ümumi məlumat (existentia-mövcudluq sözündəndir)
Ekzistensializm terminini ilk dəfə fransız filosofu və dramaturqu Q. Marsel elmi-ədəbi dövriyyəyə buraxmışdır. Ekzistensializm insanın mövcudluğu, onun dünyada yeri və rolu haqqında insanın Allaha münasibəti ilə bağlı fəlsəfi konsepsiyadır. Ekzistensializmin mahiyyəti mövcudluğun mahiyyətdən əvvəl gəlməsi ilə izah olunur. Ekzistensial komponent bütün bəşər mədəniyyəti tarixindən qırmızı xətt kimi keçmişdir. Bəşər mədəniyyətinin nümayəndələrini həmişə absurdlu üz-üzə qalan insan problemi maraqlandırmışdır. Öz bədii qaynaqlarına görə ekzistensializm ekspressionizmlə bağlıdır. Onun fəlsəfi köklərini isə danimarkalı S. Kyerkeqorun fəlsəfəsində axtarmaq lazımdır. Ekzistensializm şəxsiyyətin eqoist özünüyetərliliyini təsdiq edir. Ekzistensialistlər üçün şəxsiyyət tarixdən üstündür. Rus filosofu, Avropa ekzistensializminin ilk və önəmli nümayəndələrindən biri olan Lev Şestov deyirdi ki, tarixin dramında zamanlar arasında bağlılıq qırılan dövrlər ən maraqlı dövrlərdir. Şestova görə absurd idrakdan köklü imtina nöqtəsidir. Bu inanc və azadlıq nöqtəsidir. Şestov belə hesab edirdi ki, günaha batmır, idrakın olan təbiətindən xəbər verir. Fransız filosofu J. P. Sartr göstərirdi ki, ekzistensializm humanizmdir. Sartrla yanaşı digər ekzistensialist A. Kamü belə hesab edirdilər ki, şəxsiyyət adi dəyərdir və o prinsipial şəkildə orijinaldır. İnsanlar o qədər fərdidirlər və o qədər bir-birinə bənzəmirlər ki, onların arasında əsl təmas qeyri-mümkündür. Buna görə hər bir insan tənhalığa məhkumdur. İnsan eqosentrik şəkildə özünə qapanmışdır. O öz naminə və özü üçün yaşayır. Məhz buna görə də ölüm onun həyatının üstündən bir xətt çəkir. Özü üçün yaşayan şəxsiyyət tamamilə sonucludur və ölüm vasitəsilə izsiz-tozsuz yoxa çıxır. Bu insanı öz qabığına qapadır və insan tarixinin sələf-xələf münasibətlərini dağıdır. Ekzistensializmin ən yüksək müddəası dünyanın absurdluğu konsepsiyasıdır. Bu insanın həyatının və bəşəriyyətin mövcudluğunun mənasızlığı deməkdir. Ekzistensialistlərə görə şəxsiyyət ən ali dəyərə malikdir. Lakin əgər dünya absurddursa, bu humanist ideya paradoksal şəkildə öz əksinə çevrilir: insan heç bir dəyərə malik deyil, çünki onun həyatı absurd səciyyə daşıyır.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin