Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Ekzistensializmdə şəxsiyyət və cəmiyyət problemi



Yüklə 88,35 Kb.
səhifə37/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Ekzistensializmdə şəxsiyyət və cəmiyyət problemi
Dahi fizik A. Eynşteyn bəşəriyyəti öz gələcəyinə məsuliyyət hissi ilə yaşamağa çağırırdı. O, belə hesab edirdi ki, antronim kəşfi dünyada bizim düşüncə tərzimizdən başqa hər görünməmiş bir fəlakətə doğru gedir. Əgər bəşəriyyət bu bəladan xilas olmaq istəyirsə, ona yeni düşüncə tərzi tələb olunur. A. Kamü elə həmin fikri bir qədər başqa sözlərlə ifadə etmişdir: Biz gələcək fəlakətlərin anlamının fövqündə olmalıyıq, yəni insan gərək gələcək fəlakətləri öncədən görmək iqtidarında olsun. Deməli, əgər insan gələcəyi görmək iqtidarında deyilsə, o labüd şəkildə pessimist, inamsızlıq mövqeyindən çıxış edirdi: axı tarix şəxsiyyəti labüd şəkildə fəlakətlə üzləşdirir və bundan qurtulmaq qeyri-mümkündür.
Ekzistensializm şəxsiyyəti ziddiyyətli gerçəklikdən xilas etməyə cəhd göstərir. Lakin onun təklif etdiyi yol insanın tamamilə başqa səviyyədə məhv olunması demək idi. Kamü öz yaradıcılığı ilə milyonlarla tənha insanlara müraciət edirdi. Mütəfəkkir bu “tənhaların” sayını nəinki azaltmaq istəmirdi, məhz öz yaradıcılığı ilə onların sayını artırmaq, bütün bəşəriyyəti “tənhalaşdırmaq”, insanları bir-birindən təcrid etməyə can atırdı.
Bu ictimai mövqenin meydana gəlməsi nə ilə bağlı idi? Bu əlbəttə ki, ilk növbədə müasir insanın təbiətinin əsasını təşkil edən eqosentrizmlə özü də insanlara toplum çərçivəsində birləşməyə mane ola bilmirdi. Onda niyə görə məhz XX əsrin ortalarında A. Kamü tənhalığı ictimai güc və bəşəriyyətin xilas yolu kimi təqdim edir? Təcrid olunmaq əsasında yenidən birləşmək nədən xəbər verir. Belə bir birlik iki səbəbin kəsişməyindən meydana çıxır. Bunlardan biri eqosentrizmdir. İkincisi, müasir sivilizasiyada insanların mexaniki şəkildə birləşdirilməsidir. Bu, nəhəng dövlət maşınları vasitəsilə insan həyatlarını udub məhv etməkdir. Müasir bürokratik mexanizm, xüsusilə onun totalitar formaları bütün canlı təzahür formalarını məhv etməyə can atır. Bu fərdiliyin ümumilik tərəfindən məhv olunmasına, onun öz mahiyyətindən aralı düşməsinə səbəb olur. XX əsrin ortaları üçün səciyyəvi olan bu tendensiya A. Kamünü insanların tənhalığına müraciət etməyə məcbur edir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin