Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


A. Kamünün “Yad adam” əsərində Merso obrazı



Yüklə 88,35 Kb.
səhifə45/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

A. Kamünün “Yad adam” əsərində Merso obrazı
Mersonun qəribə, hər bir normal adamda qeyri-təbii məntiq təsiri bağışlayan düşüncə tərzi ilə oxucu romanın artıq ilk səhifələrində üzləşir. Sənətkar öz qəhrəmanının anasına olan biganəliyini xüsusilə qeyd edir. Kamü Mersonun biganəliyinin səbəbini açıqlayır: buna əsas günahkar insanları əhatə edən gündəlik qayğılar o qədər güclü və məhvedicidirlər ki, onlar ən yaxın adamları da bir-birindən uzaqlaşdırırlar. Məhz buna görə Merso üçün anasının ölümü onun cismən yoxa çıxmasından başqa bir şey deyildi. Qütblük prinsipi romanın fəlsəfi strukturunun əsasını təşkil edir. Hətta Mersonun fransız dilində adı (Meur-Sault) ölümün və günəşin çulğalaşmasından əmələ gəlib. Merso üçün ölüm labüddür, həyat isə təsadüflərin zəncirindən başqa bir şey deyildir. Məhz buna görə də o, məhəbbəti və dostluğu inkar edir, ancaq səthi və zahiri təmasları qəbul edir. Belə ki, anasının ölümündən bir gün sonra çimərlikdə təsadüfən rast gəldiyi Mari Kardona gözlənilmədən ehtirasla yanaşır. Merso dinsizdir: ondan ötrü nə günah hissi, nə də vicdan əzabı mövcuddur. O qadınlara yalnız fizioloji obyekt münasibəti bəsləyir. O, Mari ilə bir yerdə olmaq, onun saçlarından süzülən dəniz duzunun ətrini nəfəsinə çəkməyi xoşlayır. Merso üçün yüksək insan hissi kjmi məhəbbət mövcud deyil. Bununla Kamü fikrincə yalançı səciyyə daşıyan sabitlik ideyasını daxildən partlatmaq və bununla da insanın əbədi dəyişkənlik ideyasının mahiyyətini açıqlamağa cəhd göstərir. Romanın ikinci hissəsində Mersonu edam olmağa məhkum edirlər. Bu onun Mari üçün tamamilə yad bir adama çevrilməsinə səbəb olur. Mersonun özü üçün də Mari haqqında xatirələri mənasızlaşır.
Mersonun anasının dəfni zamanı nümayiş etdiyi hərəkətlər-onun tabutun yanında kofe içməsi, Mari ilə məhəbbət əlaqələri xristian dinində qəbul olunmuş kanonlara və standartlara yaddır və bu təbii ki, hakimlər tərəfindən qəhrəman ürəyinin insan hisslərini keçirdə bilməməsi kimi dəyərləndirilir.
A. Kamünün “Taun” romanı haqqında ümumi məlumat
A. Kamünün “Taun” romanı İkinci dünya müharibəsi illərində yaradılmışdır, lakin yalnız 1947-ci ildə çap olunmuşdur. Müharibənin və Müqavimət hərəkatında iştirakın təcrübəsi sənətkarın dünyaduyumunda müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb oldu. Öz absurd konsepsiyasının aparıcı kateqoriyalarını qoruyub saxlamaqla yanaşı “Yad adam” əsəri ilə müqayisədə “Taun” romanında A. Kamü anarxist-dağıdıcı qiyamçılıq mövqeyindən ümumbəşəri dəyərlərin müdafiə olunması mövqeyinə keçdi. Bu əsərdə insanın cəmiyyət qarşısında cavabdehliyi və bütün insanlarla həmrəyliyi, şərə müqavimət göstərmək və şərə qarşı mübarizə aparmaq motivləri üstünlük təşkil edirlər. Romanda yazıçının janra münasibəti də dəyişir: müəllif fəlsəfi pritça janrına xronika xassələri şamil edir. Bu isə A. Kamünün gerçəkliyə münasibətində köklü dəyişikliklərin meydana gəlməsinə səbəb oldu. Bu əsərdə hadisələr bir növ obyektiv salnamə dili ilə nəql olunurlar. Absurd yalnız mövcudluğun immanent qanunlarını təcəssüm etmir, eyni zamanda onları konkret-tarixi məzmunla doldurur. Kamü özü şəxsən belə hesab edirdi ki, “Taun” romanının məzmununu Avropa müqavimətinin faşizmə qarşı mübarizəsi təşkil edir.
“Taun” çoxplanlı əsərdir. Romanın fabulası Oran şəhərində taun epidemiyasının yayılması ona qarşı mübarizə və son nəticə etibarilə xəstəliyin geriyə çəkilməsi mövzusu ilə bağlıdır. Lakin bunlar romanda alleqorik şəkildə şərh olunurlar. Əsər mahiyyəti etibarilə şərin təbiətinin və onun konkret sosial-tarixi təcəssümü olan faşizmin tədqiq olunması cəhdidir. Bu məqsədlə sənətkar Oranın sakinlərini sərhəd durumunda təsvir edir. Kor-təbii hadisə olan taun onları adət etdikləri gündəlik həyat durumundan qoparmış və onları düşünməyə-dünyaya, özlərinə yeni nəzərlə baxmağa məcbur etmişdir. Müəllif belə hesab edir ki, taunun xronikası insanlar üçün dünyada absurdun idarə etdiyi şərin labüdlüyünü və təbiiliyini aşkarlayır.
“Yad adam”dan fərqli olaraq romanda hadisələrin tarixi-1946 təsbit olunur. Bu rəqəmlər yaxın keçmişdə baş vermiş hadisələrlə assosiasiya yaratmalı idi; oxucu özü başa düşməli idi ki, müəllif alleqorik formada İkinci dünya müharibəsindən, faşizmdən söhbət açır. XX əsrdə geniş yayılması qeyri-mümkün olan taun insanın şərlə mübarizəsinin mübarizəsi kimi dərk olunur. Mifoloji strukturdan istifadə yazıçıya müasirliklə saysız-hesabsız analogiyalar, bənzəyişlər tapıb üzə çıxartmağa imkan verdi.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin